Məhkəmə qərarları › İş №2(006)-2294/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2294/2023

31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2294/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızınun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçı X2, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı X2, Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1813/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilən 9 adda cehiz əşyalarının: boşqab dəsti-200 manat-15 ədəd kasa- 100 manat, 1 ədəd adyal-100 manat, 7- ədəd pastel- 440 manat, qazan dəsti -60 manat, uşaq üçün velisoped- 70 manat, çamadan qaşıq dəsti- 90 manat, 24- ədəd xrustal stəkan dəsti - 40 manat, 8-ədəd padnos- 30 manat, 4- ədəd gəzmək paltarları- 400 manat, çamadan içi dolu paltarlarla (4 dəst adidas ev paltarları, 6 ədəd lasina-şalvar, 6-ədəd kofta, 3 ədəd kutka-1 ədəd qış, 1 ədəd payız, 1 ədəd balonka, 3 ədəd çanta, 4 ədəd cins şalvar, gecə penjamaları, 2 ədəd toy, 2 ədəd yay ayaqqabısı) 700 manat Cavabdeh tərəfindən ona verilmədiyindən 2130 manat məbləğində, 8-si isə yararsız vəziyyətə düşdüyünə görə: mebel dəsti-2600 manat, tofqa - 290 manat, ətçəkən maşın- 150 manat, 6 ədəd meyvə qabı- 50 manat, süfrə - 4 ədəd-100 manat,uşaq beşiyi - 300 manat, çaydan dəsti - 50 manat 3640 manat məbləğində, cəmisi 5770 manat məbləğində pulun, ödənilmiş 78 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildə Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuş, onunla birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda cavabdehlə olan faktiki nikahından xx.xx.2020-ci ildə X6 adında oğlan uşağı doğulmuşdur. Cavabdehlə rəsmi nikahı olmadığına görə onunla birlikdə hər ikisinin razılığı ilə 1 saylı «ASAN Xidməl» Mərkəzinin qeydiyyat şöbəsinə rəsmi ərizələrlə müraciət edərək xx.xx.2020-ci ildə övladı X4 doğum haqqında şəhadətnamə almışlar. xx.xx.2021 -ci ildə cavabdeh onu azyaşlı uşağı İsmayıl ilə birlikdə birgə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-dən dava-dalaşla qovub çıxarmış, uşağı əlindən almış və həmin vaxt atası X5 102 Polis xidmətinə zəng vurmuş, 102 Polis xidmətindən polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-ə gəlib araşdırma aparmış və oğlu İsmayılı cavabdehdən alıb ona vermişlər. Bundan sonra atası İsmayılla onu öz yaşadıqları ünvana ünvan 2 gətirmiş və həmin vaxtdan İsmayılla birlikdə həmin ünvanda qalırlar. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-4034/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən «iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "qızıl-qaytarılması" tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 7032 (yeddi min otuz iki) manat məbləğində cehiz əşyaları: mebel dəsti, 2 ədəd pərdə, tofqa, ətçəkən maşın, 1 ədəd boşqab dəsti, adyal, 8 ədəd pastel dəsti, döşək dəsti, xalça, yorğan, qazan dəsti, süfrə, uşaq beşiyi, çaydan dəsti, uşaq üçün vanna dəsti, uşaq üçün velosiped, mikser, tava, sok maşını, vilka-qaşıq dəsti, 6 ədəd qənd qabı, 3 ədəd balıq qabı, 6 ədəd meyvə qabı, 6 ədəd salat qabı, 24 ədəd stəkan dəsti, 2 ədəd tort qabı, 2 ədəd ləpə qabı, 12 ədəd duz qabı, padnos, 36 ədəd stəkan dəsti, 2 ədəd bulud, 4 ədəd gəzmək paltarı, içi paltarlarla dolu çamadan İddiaçı qaytarılması və mediasiyaya dair ödənilən 50 (əlli) manat məbləğində mediasiya xərci və 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia ərizəsinin qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyaların qaytarıiması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1813/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4034/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirılən hissədə - ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, qolbağ, sırğa, sep, üzükdən ibarət komplekt (dəyəri 756 manat) və nişan üzüyü (dəyəri 126 manat), naturada olmadıqda isə ümumi dəyəri olan 882 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi, qətnamədən kassasiya şikayətinin verilə bilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1813/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi yazılaraq Nəsimi rayon İcra Şöbəsinə göndərilmiş,xx.xx.2023-cü ildə Nəsimi rayon İcra Şöbəsinin əməkdaşları qeyd etdiyi icra vərəqəsinin icra edilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsindəki 97 saylı evə gəlmiş, lakin cehiz əşyalarımın müəyyən hissəsi Cavabdeh tərəfindən yararsız vəziyyətə salındığına və müəyyən hissəsi isə ümumiyyətlə olmadığına görə o, çehiz əşyalarının alınmasından imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdi. xx.xx.2023-cü ildə isə Nəsimi rayon İcra Şöbəsinin əməkdaşları Bakı Apellyasiya Məhkəməsinin Mülk: Kollegiyasının 2(103)-1813/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsini məcburi qaydada icra etmiş (çehiz əşyalarımı təhvil almadığı halda həmin əşyaları anbara yığaçaqlarını bildirdiklərinə görə), o, icra vərəqəsi əsasında çehiz əşyalarını Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsindəki 97 sayh evdən götürmüş və atasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Əhmədov küçəsi (köhnə adı Daş Karxanası) 311 sayh evə gətirmişdir. Qeyd etdiyi kimi cehiz əşyalarının bir qismi yararsız vəziyyətə düşmüş, digər bir qismi isə tamamilə yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsindəki 97 saylıevdə mebel dəsti-2600 manat- yararsız, tofqa - 290 manat-yararsız, ətçəkən maşın- 150 manat – yararsız, 6 ədəd meyvə qabı- 50 manatyararsız, süfrə - 4 ədəd-100 manat- yararsız, uşaq beşiyi - 300 manat-yararsız, çaydan dəsti - 50 manat-yararsız, 1 ədəd adyal-100 manat-yararsız, boşqab dəsti-200 manat-15 ədəd kasa verilməyib -100 manat, 8-ədəd pastel -7-ədəd pastel- 440 manat - verilməyib, qazan dəsti -60 manat-verilməyib, uşaq üçün velisoped- 70 manat-verilməyib, çamadan qaşıq dəsti- 90 manat - verilməyib, 24- ədəd xrustal stəkan dəsti 40 manat dəyərində verilməyib, 8-ədəd padnos- 30 manat-verilməyib, 4- ədəd gəzmək paltarları 400 manat dəyərində verilməyib, çamadan içi dolu paltarlarla (4 dəst adidas ev paltarları, 6 ədəd lasina- şalvar, 6-ədəd kofta, 3 ədəd kutka-1 ədəd qış, 1 ədəd payız, 1 ədəd balonka, 3 ədəd çanta, 4 ədəd cins şalvar, gecə penjamaları, 2 ədəd toy, 2 ədəd yay ayaqqabısı) 700 manat-verilməyibdir. Beləlilklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1813/2023 sayh xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilən 5770 manat məbəlğində cehiz əşyalarımın 8-si yararsız-3640 manat məbləğində, 9-nu isə - yəni 2130 manat məbləğində olan cehiz əşyalarım isə verilməyib.Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2294/2023 saylı iş üzrə 24 iyul 2023-cü il tarixli qərardadı ilə iddianın “dəyəri 70 manat olan uşaq üçün velosipedin Cavabdeh tərəfindən verilmədiyindən onun dəyərinin cavabdehdən tutulması” hissəsi ilə bağlı icraata xitam verilmişdir. Hazırda məhkəmə iddianın “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1813/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilən 9 adda cehiz əşyalarının: boşqab dəsti-200 manat-15 ədəd kasa- 100 manat, 1 ədəd adyal-100 manat, 7- ədəd pastel- 440 manat, qazan dəsti -60 manat, çamadan qaşıq dəsti- 90 manat, 24ədəd xrustal stəkan dəsti - 40 manat, 8-ədəd padnos- 30 manat, 4- ədəd gəzmək paltarları- 400 manat, çamadan içi dolu paltarlarla (4 dəst adidas ev paltarları, 6 ədəd lasina-şalvar, 6-ədəd kofta, 3 ədəd kutka-1 ədəd qış, 1 ədəd payız, 1 ədəd balonka, 3 ədəd çanta, 4 ədəd cins şalvar, gecə penjamaları, 2 ədəd toy, 2 ədəd yay ayaqqabısı) 700 manat Cavabdeh tərəfindən ona verilmədiyindən 2130 manat məbləğində, 8-si isə yararsız vəziyyətə düşdüyünə görə: mebel dəsti-2600 manat, tofqa - 290 manat, ətçəkən maşın- 150 manat, 6 ədəd meyvə qabı- 50 manat, süfrə - 4 ədəd-100 manat,uşaq beşiyi - 300 manat, çaydan dəsti - 50 manat 3640 manat məbləğində, cəmisi 5700 manat məbləğində pulun, ödənilmiş 78 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi” hissəsinə baxır. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddianı qəbul etmədi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyev ifadəsində bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1813/2023 saylı qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün onun icraatına daxil olmuşdur. O, icraata başlamaq haqqında qərar qəbul etmiş və tərəflərə göndərmişdir. Cavabdeh (borclu) qətnaməni könüllü olaraq icra etməyə razı olduğunu bildirmişdir. O, iddiaçı (tələbkar), Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cavabdehin (borclunun) yaşadığı ünvan 4 ünvanda ünvan 5ləbkara) aid əmlaklar tərəflərin iştirakı ilə götürülmüş və iddiaçıya (tələbkara) təhvil verilmiş və bu barədə akt tərtib olunmuş və imzalanmışdır. Həmin əmlaklardan yalnız velosiped iddiaçı (tələbkar) tərəfindən qəbul edilməkdən imtina edilmiş və bu hal da aktda qeyd olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin vəkil və nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4034/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçi (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması’ tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 7032 (yeddi min otuz iki) manat məbləğində cehiz əşyaları: mebel dəsti, 2 ədəd pərdə, tofqa, ətçəkən maşın, 1 ədəd boşqab dəsti, adyal, 8 ədəd pastel dəsti, döşək dəsti, xalça, yorğan, qazan dəsti, süfrə, uşaq beşiyi, çaydan dəsti, uşaq üçün vanna dəsti, uşaq üçün velosiped, mikser, tava, sok maşını, vilka-qaşıq dəsti, 6 ədəd qənd qabı, 3 ədəd balıq qabı, 6 ədəd meyvə qabı, 6 ədəd salat qabı, 24 ədəd stəkan dəsti, 2 ədəd tort qabı, 2 ədəd ləpə qabı, 12 ədəd duz qabı, padnos, 36 ədəd stəkan dəsti, 2 ədəd bulud, 4 ədəd gəzmək paltan, içi paltarlarla dolu çamadan İddiaçı qaytarılması, mediasiyaya dair ödənilən 50 (əlli) manat məbləğində mediasiya xərci və 85 (səksən beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı xeyrinə ödəniməsi, İlkin iddia ərizəsi qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilməməsi, qarşiliqli iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı ‘cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyaların qaytarılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1813/2023 saylı qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4034/2022 saylı iş 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi həmin hissədə iddia tələbi qismən təmin edilməsi, qolbağ, sırğa, sep, üzükdən ibarət komplekt (dəyəri 756 manat) və nişan üzüyü (dəyəri 126 manat), naturada olmadıqda isə ümumi dəyəri olan 882 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1813/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə icraya yönəlmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin tərtib etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarının surətindən görünür ki, icra vərəqəsi üzrə tələb olunan əmlak cavabdeh (borclu) tərəfindən iddiaçı (tələbkara) təqdim olunmuş və iddiaçı (tələbkar) X1 göstərilən velosipeddən başqa bütün əmlakları qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 11 aprel 2023-cü il tarixli 51-3/2-3699/23 saylı məktubunun surətindən görünür ki, ünvan 4 ünvanda Nərimanov rayonu, F.Əhmədov küçəsi ev 311 ünvanda qeydiyyatda olan vətəndaş X2 cehiz əşyalarının qaytarılması üçün ictimai asayişin və ictimai qaydanın qorunması təmin olunmuşdur. İş materiallarında olan fotoşəkillərin surətindən görünür ki, X2 cehiz əşyaları Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmurlari və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə götürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2019-cu ildə Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuş, onların faktiki nikahından xx.xx.2020-ci ildə X6 adında oğlan uşağı doğulmuşdur. Tərəflər birlikdə Bakı şəhəri. Nəsimi rayonu, Əbilov küçəsi, ev 97-də birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Amma bir müddətdən sonra xasiyyətlərinin uyğunsuzluğundan aralarında olan nikah pozulmuşdur. İddiaçi (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "qızılzinət və cehiz əşyalarının qaytarılması" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı "cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyalarının qaytarılması’ tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4034/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması’ tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 7032 (yeddi min otuz iki) manat məbləğində cehiz əşyaları: mebel dəsti, 2 ədəd pərdə, tofqa, ətçəkən maşın, 1 ədəd boşqab dəsti, adyal, 8 ədəd pastel dəsti, döşək dəsti, xalça, yorğan, qazan dəsti, süfrə, uşaq beşiyi, çaydan dəsti, uşaq üçün vanna dəsti, uşaq üçün velosiped, mikser, tava, sok maşını, vilka-qaşıq dəsti, 6 ədəd cənd qabı, 3 ədəd balıq qabı, 6 ədəd meyvə qabı, 6 ədəd salat qabı, 24 ədəd stəkan dəsti, 2 ədəd tort qabı, 2 ədəd ləpə qabı, 12 ədəd duz qabı, padnos, 36 ədəd stəkan dəsti, 2 ədəd bulud, 4 ədəd gəzmək paltan, içi paltarlarla dolu çamadan İddiaçı qaytarılması, mediasiyaya dair ödənilən 50 (əlli) manat məbləğində mediasiya xərci və 85 (səksən beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı xeyrinə ödəniməsi, İlkin iddia ərizəsi qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilməməsi, qarşiliqli iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı ‘cehiz əşyalarının çıxarılması və qızıl-zinət əşyaların qaytarılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan X3 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4034/2022 saylı iş 06 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi həmin hissədə iddia tələbi qismən təmin edilməsi, qolbağ, sırğa, sep, üzükdən ibarət komplekt (dəyəri 756 manat) və nişan üzüyü (dəyəri 126 manat), naturada olmadıqda isə ümumi dəyəri olan 882 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Həmçinin iş materialarına əlavə edilmiş Bakı şəhəri İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin tərtib etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarının surətindən görünür ki, icra vərəqəsi üzrə tələb olunan əmlak cavabdeh (borclu) tərəfindən iddiaçıya (tələbkara) təqdim olunmuş və iddiaçı (tələbkar) X3 tərəfindən siyahıda göstərilən velosipeddən başqa bütün əmlakları qəbul etmişdir. Həmin əşyaların iddiaçı X3 tərəfindən qəbul edilməsi iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan (həmin akt iddiaçı X3 tərəfindən imzalanmışdır) və icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş əşyaların təhvil alınması zamanı çəkilmiş foto şəkillərlə də öz təsdiqini tapmışdır. Həmçinin iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi də izahatında bildirmişdir ki, o özü 166 nömrəli yükdaşıma xidmətini çağırmış və öz hesabına həmin əşyalar mənzildən daşınmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi iddiaçının nümayəndəsi (Hacıəliyeva Arifənin atası) birbaşa həmin əşyaların evdən çıxarılmasında və təhvil alınmasında birbaşa iştirak etmişdir. Lakin iddiaçı əşyaların Cavabdeh tərəfindən yararsız vəziyyətə salınması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçi X2 Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar