Məhkəmə qərarları › İş №2(006)-2295/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2295/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2295/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul vəsaitinin tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma əsasında xitam verilmiş xx.xx.2022-ci il tarixli BBUÇ5418247A117 nömrəli “X4” kredit xətt müqaviləsi üzrə hesablanmış 225,20 manat məbləğində borcun hesabından silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh bankla aralarında bağlanmış xx.xx.2022-ci il tarixli BBUM5418247A117 nömrəli “X4” kredit xətt müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma əsasında aralarında bağlanmış xx.xx.2022-ci il tarixli BBUM5418247A117 nömrəli “X4” kredit xətt müqaviləsində nəzərdə tutulmuş borc ödənilmiş və həmin müqaviləyə xitam verilmişdir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin müqavilə üzrə tərəfindən 4500 manat və 104 manat məbləğində tam ödəniş edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi TT**********3401 nömrəli qəbzdən görünür ki, BBUM5418247A117 nömrəli kreditin tam ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə olunan ödəniş kartı üzrə çıxarışdan görünür ki, 225,20 manat məbləğində borc hesablanmışdır. Həmin borcun hansı qaydada hesablanması, kreditin tam ödənişi həyata keçirildikdən sonra necə yaranması barədə banka dəfələrlə müraciət etsə də, heç bir məlumay verilməmiş, xx.xx.2023-cü il tarixli razılaşma ilə xitam verilmiş müqaviləyə borcun hesablanması bank tərəfindən əsaslandırılmamışdır. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul vəsaitinin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Birkart Umico kredit kartından istifadə etdiyi 225.20 manat və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - Cavabdeh) ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC (bundan sonra - İddiaçı və ya Bank) arasında xx.xx.2022-ci il tarixdə BBUM5418247A117 nömrəli “Birkart Umico” kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank İddiaçıya “Birkart Umico” ödəniş kartı verir və istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, iddiaçı isə kartdan və kredit xəttindən istifadəyə görə yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcları, dəbbə pulu və s.) ödəyir. xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən bank əməliyyat sistemində həmin vaxta təsdiq olunmuş əməliyyatlara uyğun olaraq ödəniş olunmuş və sistemdə borc 0 manat göründüyündən Bank ilə Cavabdeh arasında kredit xətti müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı razılaşma bağlanmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə istifadə edilmiş 222,20 manat məbləğində (200 AZN köçürmə və həmin köçürmə üzrə 1 AZN xidmət haqqı; 20.20 AZN köçürmə) və xx.xx.2023-cü il tarixində istifadə edilmiş 3 AZN (mobil ödəmə təyinatlı 3 dəfə 1 AZN köçürmə) kredit xətti müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı razılaşma bağlandıqdan sonra təsdiqləndiyindən Cavabdehin adına sistemdə borc yaranmışdır. Banka olan borcun qaytarılması üçün Cavabdehə şifahi olaraq müraciət olunsa da, o, borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən qeyd olunan borcun qaytarılması üçün tərəfimizdən hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunan qərardan da göründüyü kimi müqavilənin ləğv edilməsi onun ləğv olunmasına qədər yaranmış borcun qaytarılmasını istisna etmir. Təqdim olunmuş çıxarışlardan da göründüyü kimi Cavabdehdən hazırda tələb olunan məbləğlər xitam razılaşmasından əvvəl istifadə olunmuş əməliyyatlar üzrə yaranmış borc məbləğidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-nin nümayəndəsi X2 qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli Birkart Umico Kredit Müqaviləsindən görünür ki, ilkin iddia üzrə iddiaçının ilkin olaraq istifadə edə biləcəyi məbləğ 500 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə olan Qarşılıqlı Razılaşmanın surətindən görünür ki, tərəflər – İddiaçı və Cavabdeh ASC-nin Xəzər filialının qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli Müqaviləyə bu razılaşma imzalandığı gündən xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki mülki işə baxan məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 529-cu maddəsinə əsasən: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Göründüyü kimi, sadalanan maddi hüquq normaları baxımından ilkin iddia üzrə idiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Qarşılıqlı iddia üzrə iddiadan və iş materiallarına əlavə edilmiş hesab hərəkətlərindən də göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh 222,20 manat məbləği xx.xx.2023-cü il tarixdə, yəni müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməzdən öncə götürmüşdür. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqaviləyə xitam barədə qarşılıqlı razılaşmada bu razılaşmanın imzalandığı tarixdən qüvvəyə minməsi göstərilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 3 manat məbləğin götürülməsi, bankın həmin razılaşma üzrə müqaviləyə xitam verilməsinin nəticəsi olaraq nəzərdə tutulmuş texniki əməliyyatları lazımınca və vaxtında icra etməməsindən irəli gəlmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının müqavilə üzrə öhdəliklərinə qarşılıqlı razılaşma əsasında xitam verildiyindən ilkin iddia üzrə cavabdeh banka heç bir borcu mövcud deyildir. Bu səbəbdən ilkin iddia təmin edilməli və sistem üzrə hesablanmış borc ona aid hesabdan silinməlidir. Cavabdeh ASC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul vəsaitinin tutulması” tələbinə dair qarşılıqlı iddiası isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, öhdəliyə xitam verildikdən sonra daha əvvəl yaranmış borcun tutulması əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh ASC əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli Birkart Umico Kredit Müqaviləsi üzrə Umico Kredit Müqaviləsi üzrə hesablanmış 225,20 manat məbləğində borc ona aid hesabdan silinməlidir. İlkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh ASC əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına xx.xx.2022-ci il tarixli, BBUM5418247A117 nömrəli Birkart Umico Kredit Müqaviləsi üzrə hesablanmış 225,20 manat məbləğində borc ona aid hesabdan silinsin. İlkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh ASCdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh ASC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul vəsaitinin tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar