Məhkəmə qərarları › İş №2(006)-2304/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2304/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2304/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bir ədəd elektron nəzarət vəsaitəsinin koplektinin dəyəri olan 639.91 manat vəsaitin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum Nuriyev X1 Rayon Məhkəməsinin 1 (005)-47/2020 saylı, 15.01 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, habelə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin xx.xx.2020-cı il tarixli göstərişi xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra V. Nuriyevin hökmdə qeyd olunan ünvanına 3 gün ərzində idarəyə gəlib qeydiyyatdan keçməsi üçün bildiriş göndərilmişdir. Məhkum Cavabdeh 02 03.2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyata alınmış, ondan izahat alınaraq məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri izah edilmişdir. Məhkum Cavabdeh cəza müddətinin sonu xx.xx.2023- cü il tarixə hesablanmışdır. xx.xx.2020-ci il tarixdə məhkum Cavabdeh yaşadığı ünvanda elektron qolbaq tətbiq edilərək, ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün elektron qolbaq məhkumun üzərindən açılaraq mobil qurğu ilə birlikdə götürülmüş və aidiyyəti üzrə Elektron Monitorinq idarəsinə təhvil verilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssəsi vasitəsilə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh iddiaya dair münasibətini məhkəməyə göndərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respulbikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişinin surətindən görünür ki, yuxarıda qeyd olunan hökm icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslə aparılmış ilkin fərdi söhbətin nəticəsi barədə xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzasını icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin dəyişdirilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Probasiya İdarəsinin Elektron monitorinq idarəsinin məsləhətçisi və icra məmuru həmin aktı ondan ötrü tərtib etmişlər ki, Cavabdeh üzərindən çıxarılmış 2219 nömrəli “Attenti” markalı elektron nəzarət vasitəsi komplektləri sonuncuya təhvil verilmişdir. Məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə daxil olan elektron qolbağın korpusu sınmış vəziyyətdədir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında xx.xx.2022-ci il tarixli texniki rəydən görünür ki, 2219 nömrəli komplektə texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və elektron qolbağın platası yararsız hala salınmışdır. İş materiallarında olan arayışdan görünür ki, komplekt elektron nəzarət vasitəsitəyə daxil olan - 1 ədəd biometrik məlumatların yoxlanması üçün lisenziyalar dəyəri 88,26 manat, 1 ədəd ev siqnal ötürücüsün dəyəri 108,32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə dəyəri 1346,03 manat, 1 ədəd elektron qolbağın dəyəri 637,91 manat təşkil edir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respulbikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında ümumi dəyəri 639.91 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuş, lakin komplektə texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və elektron qolbağın platası yararsız hala salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh ümumi dəyəri 639.91 manat olan elektron nəzarət komplektinə ziyan vurulması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 639.91 manat alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 639.91 manat alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar