Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2342/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı İxtı̇ yar qızının iştirakı ilə, İddiaçı İxtı̇ yar qızının (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğluna qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İxtı̇ yar qızı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğluna qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı qətnaməsi ilə 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan tutulan aliment məbləğinin artırılaraq hər ay 235 manat məbləğində olmaqla təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İxtı̇ yar qızı cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlu ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlu adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)- 6547/2015 saylı qətnaməsi ilə aralarında Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış, 1580 saylı qeyd ilə qeydiyyata alınmış nikahın pozulması, Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan tutularaq İddiaçı İxtı̇ yar qızına verilməsi qət edilmişdir. Lakin hazırda tutulan həmin aliment məbləği uşağın maddi təlabatının ödənilməsi üçün kifayət etmir. Məlumdur ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği də dəyişdirilmişdir. Uşağın maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı qətnaməsi ilə 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması və cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İxtı̇ yar qızı ilə cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlunun 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlu adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Mustafayev Ramı̇ l Namurazpaşa oğlu ilə Mustafayeva Gülnar İxtı̇ yar qızı arasında nikah pozulmuş və bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında 05 fevral 2016-cı il tarixdə, 58 saylı nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan İddiaçı İxtı̇ yar qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan tutularaq İddiaçı İxtı̇ yar qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00165 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı İxtı̇ yar qızı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Mustafayev Ramı̇ l Namurazpaşa oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Məlumat bazası”ndan çıxarışın surətindən görünür ki, Mustafayev Ramı̇ l Namurazpaşa oğlunun X2 ilə birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü Mustafayev Sübhan Ramı̇ l oğlu adlı uşağı da vardır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 17 avqust 2013-cü tarixdə Mustafayev Əkbər Ramı̇ l oğlu adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6547/2015 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı qətnaməsinə əsasən cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan İddiaçı İxtı̇ yar qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan İddiaçı İxtı̇ yar qızının xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı İxtı̇ yar qızına ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin başqa nikahdan da bir azyaşlı uşağı vardır. Hazırda İddiaçı İxtı̇ yar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı qətnaməsi ilə 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan tutulan aliment məbləğinin artırılaraq hər ay 235 manat məbləğində olmaqla təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddələrin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 160 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin bir neçə dəfə artırılaraq 2024-ci il üzrə 235 manata çatdırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Lakin məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Məhkəmə prosesi zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da bir azyşlı uşağı vardır. Lakin cavabdehin qazancının əvvəlkindən çox olduğu iş materialları ilə müəyyən edilmir (iddiaçı bununla bağlı sübut təqdim edə bilməmişdir). Ona görə də, məhkəmə valideynlərin uşaqların saxlanmasında iştirakının bərabər olmasını, habelə cavabdehin də maddi imkanını, ikinci dəfə ailə həyatı qurduğunu və ikinci nikahından da bir azyaşlı uşağının olduğunu nəzərə alaraq, ondan tutulacaq alimentin hər ay 200 manat sabit pul məbləğində tutulmasını daha ağlabatan hesab edir. Beləliklə, məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı İxtı̇ yar qızına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, miqdarı dəyişdirilmiş həmin alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası • Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment. alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 40 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 480 manat (40x12=480) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3464/2019 qətnaməsi ilə 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun saxlanması üçün cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan İddiaçı İxtı̇ yar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan 17 avqust 2013-cü il təvəllüdlü Mustafayev Əkbər Ramı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı İxtı̇ yar qızına ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulması hesablansın. İddia qalan hissədə rədd edilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdeh Mustafayev Ramı̇ l Namurazpaşa oğlundan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2342/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2342/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver