Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2345/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 244.000 (iki yüz qırx dörd min) manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsdədilə tanışları Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qazanc verəcəyini vəd edərək iddiaçının etibarından sui istifadə edib, aldatma yolu ilə 14 avqust 2013-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və uydurduğu müxtəlif şəxslərin adından iddiaçıdan ona ünvan 1 ünvanın yaxınlığında hissə-hissə olmaqla qızıl-zinət məmulatları adı ilə üzərlərində qızıl elementlərinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş, kustar üsulla dəmir əsaslı ərintidən və əlvan metalların ərintisindən hazırlanmış 124 ədəd bilərzik , 85 ədəd boyunbağı, 5 ədəd lək sırğa, 94 ədədə cüt sırğa, 134 ədəd üzük, 16 ədəd kulon, 1 ədəd qol saatından ibarət bijuteriya məmulatlarını girov qoyub, hər ay 7 faiz ödəmək şərti ilə ümumilikdə 380.800 manat nağd pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs kimi iddiaçıya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. İddiaçı tərəfindən Polis İdarəsinə şikayət olunmuş və hər üç şəxs barəsində cinayət işi başlanmışıdır. Sonradan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hər üç şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Cavabdeh2 8 il 6 ay, Cavabdeh3 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdeh1 isə 6 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 06 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 il müddəti ilə şərti hesab edilmişdir. Sonradan hökmdən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh1 barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları hökmdən xaric edilmiş, Cavabdeh1 üzərində 6 il 11 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə iclaslarında işə baxılarkən cavabdehlərin iddiaçıya ümumilikdə 244.000 manat məbləğində maddi ziyan vurmaları müəyyən olunmuşdur. Ona görə də, iddiaçı 244.000 manat məbləğində maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cəza çəkdiyi müəssisəyə onlara təqdim edilməsi üçün iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdehlər müəssisə rəhbərliyi vasitəsi ilə öz etiraz və mülahizələrini məhkəməyə göndərməmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli 1(101)-76/2017 saylı hökmündən görünür ki, Cavabdeh2, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qazanc verəcəyini vəd edərək, İddiaçı etibarından sui-istifadə edib, aldatma yolu ilə 14 avqust 2013-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək özünün, Cavabdeh1, Cavabdeh3 və uydurduğu müxtəlif şəxslərin adından İddiaçı ünvan 2 ünvanın yaxınlığında hissə-hissə olmaqla, qızıl-zinət məmulatları adı ilə üzərlərində qızıl elementlərinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş, kustar üsulla dəmir əsaslı ərintidən və əlvan metallar ərintisindən hazırlanmış 124 ədəd bilərzik, 85 ədəd boyunbağı, 5 ədəd tək sırğa, 94 ədəd cüt sırğa, 134 ədəd üzük, 16 ədəd kulon, 1 ədəd qol saatından ibarət bijuteriya məmulatlarını girov qoyub, hər ay 7 faiz ödəmək şərti ilə ümumilikdə 380.800 manat nağd pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərər çəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli, 1(103)-96/2019 saylı qərarından görünür ki, Cavabdeh1 ittiham olunan əməldə özünü təqsirli bilməsə də o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qazanc verəcəyini vəd edərək, İddiaçı etibarından sui-istifadə edib, aldatma yolu ilə 14 avqust 2013-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək özünün, Cavabdeh2, Cavabdeh3 və uydurduğu müxtəlif şəxslərin adından İddiaçı ünvan 2 ünvanın yaxınlığında hissə-hissə olmaqla, qızıl-zinət məmulatları adı ilə üzərlərində qızıl elementlərinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş, kustar üsulla dəmir əsaslı ərintidən və əlvan metallar ərintisindən hazırlanmış 124 ədəd bilərzik, 85 ədəd boyunbağı, 5 ədəd tək sırğa, 94 ədəd cüt sırğa, 134 ədəd üzük, 16 ədəd kulon, 1 ədəd qol saatından ibarət bijuteriya məmulatlarını girov qoyub, hər ay 7 faiz ödəmək şərti ilə ümumilikdə 380.800 manat nağd pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərər çəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bunun nəticəsində İddiaçı 244.000 manat məbləğində ziyan vurmuşlar. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək, məhkum edilmişlər. Sonradan birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti və protesti verilsə də, cavabdehlərin barəsində bəraət hökmü çıxmamışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı həmin iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış, ona dəymiş ziyan təsbit olunmuşdur. İddiaçı cinayət işinə baxılarkən mülki iddia ərizəsi təqdim etməmiş, ona mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 244.000 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş 244.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş 244.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2345/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2345/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver