Məhkəmə qərarları › İş №2(006)-2367/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2367/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2367/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Cavabdeh" X1rşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" X1rşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC X7 və İddiaçı qarşı Yasamal Rayon Məhkəməsində kredit müqaviləsi üzrə yaranmış 2.754,47 manat əsas borcun tutulması, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının əmək haqqından xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsassız olaraq silinmiş 2.014,56 manat pul vəsaitinin iddiaçının hesabına bərpa olunması qət edilmişdir. İş üzrə yuxarıda qeyd edildiyi kimi Yasamal Rayon Məhkəməsində xx.xx.2019-cu il tarixli, 2(004)-214/2019 saylı qətnamə qəbul edilmişdir.Qətnamədən narazı qalan tərəf Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12948/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmuş, X2 və iddiaçıdan kredit müqaviləsi üzrə yaranmış 982,71 manat əsas borc, 2,73 manat faiz borcu olmaqla, cəmi 985,44 manat kredit borcunun onlardan müştərək qaydada tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda, 145 manat ekspertiza xərci onlardan tutularaq MEM-hesabına ödənilməsi göstərilmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsassız olaraq cavabdeh tərəfindən silinmiş (3.000-982,71-02,73=2.014,56) pul vəsaitinin iddiaçıya qaytarılmasını təmin etmişdir. Belə ki, bu müddət ərzində mülki işin icraatı dayandırılmış və iş ekspertizaya göndərilmişdir. Mülki iş ekspertizada olduğu dövr ərzində yəni xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi iddiaçının maaş kartından əsassız olaraq cavabdeh tərəfindən 2.014,56 manat pul tutulmuşdur. Bundan sonra, iddiaçının cavabdehə pretenziya məktubu göndərərək 2.014,56 manat pulun özünə qaytarılmasını tələb etməsinə baxmayaraq, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ASC-dən 2.014,56 manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsininn xx.xx.2019-cu il tarixli, 2(004)-214/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh X7 və İddiaçı qarşı “cavabdehlər X2 və İddiaçı xx.xx.2014-cü il tarixli 799xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.754,47 manat əsas borc, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 8,80 manat, cəmi 2.763,27 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 (yüz qırx beş) manat pulun iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilməsi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə cavabdeh (borcalan) X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 799-xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə cavabdeh (zamin) İddiaçı əmək haqqından (hesab nömrəsi: ********************AZN, İBAN: AZ521AZ********************) xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsassız olaraq silinmiş (3.000 - 982,71 - 02,73 = 2.014,56) 2.014,56 (iki min on dörd manat əlli altı qəpik) manat pul vəsaitinin İddiaçı (FİN xxxxxxx) hesabına bərpa olunmasının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin öhdəsinə qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12948/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-214/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, cavabdehlər X2 və İddiaçı xx.xx.2014-cü il tarixli, 799-xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə yaranmış 982,71 manat əsas borc, 2,73 manat faiz borcu olmaqla, cəmi 985,44 manat kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xərci 145 (yüz qırx beş) manat pulun cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN:**********, hesab:AZ34CTRE ********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 799-xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə zamin qismində onun əmək haqqından silinmiş pul vəsaitinin hesabına bərpa olunması barədə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə X7 və İddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı əmək haqqı kartından xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixə kimi hər ay 300 manat olmaqla, cəmi 3.000 manat pul vəsaiti borclu X4 borcunun əvəzində tutulmuşdur. Halbuki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, borclu X4 xx.xx.2014-cü il tarixli 799-xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə cəmi ödənilməmiş borcu 985,44 manat təşkil etmişdir. Odur ki, Cavabdeh ASC zamin İddiaçı əmək haqqı kartından (3.000 – 985,44 = 2.014,56) 2.014,56 manat pul vəsaitini qanunsuz və əsassız olaraq silməklə, zamin İddiaçı hesabına əsassız varlanmışdır. Belə ki, borc tam ödənildiyi halda, borcludan və zamindən əlavə vəsait tələb edilə və ya onların hesabından silinə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan əlavə, MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "Cavabdeh" X3 2014,56 (iki min on dörd manat, əlli altı qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2044,56 (iki min qırx dörd manat, əlli altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "Cavabdeh" X3 2014,56 (iki min on dörd manat, əlli altı qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2044,56 (iki min qırx dörd manat, əlli altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar