Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2374/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin və 61 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-6050/2021 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda uşaqların tələbatı günü-gündən artır, onların qidalanmasına, geyimlərinə, müalicə xərclərinə və digər xərclərə ona verilən alimentin miqdarı heç cür çatmır. İndi qızı Fatimənin 8 yaşı var. Belə yaş dövründə onun maddi cəhətdən dəstəyə ehtiyacı çoxdur. Belə ki, qızı balaca olduğu üçün, o da heç yerdə işləyə bilmir. Heç yerdən gəliri yoxdur, qohumlarından da heç bir maddi kömək almır. Ancaq qızının müalicəsi üçün xeyli miqdarda pula ehtiyac vardır. Qızının bu vəziyyəti ona çox ağır təsir göstərir. Bu səbəbdən, Cavabdeh məhkəmə vasitəsi ilə tutulan alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına ehtiyacı var. Cavabdeh aylıq gəliri, qazancının miqdarı və müntəzəmliyi barədə dəqiq məlumatı yoxdur. Ancaq eşitdiyinə görə, o, hansısa şirkətdə mühafizəçi vəzifəsində işləyir və aylıq qazancı 850-1.000 manatdır. Cavabdeh bir ata kimi övladlarının saxlanılması üçün aliment öhdəliyi daşıyır. Tələb etdiyi alimenti cavabdehin maaşına yönəldilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 103654 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.2017-ci il tarixdə 91 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 223303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.2013-cü il tarixdə 1240 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(006)-2611/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(006)-1974/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 269541 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında bağlanmış nikah pozulmuş, bu barədə müvafiq akt qeydləri kitabında 24 iyun 2017-ci il tarixdə 210 saylı akt qeydi aparılmışdır. Bakı 20 saylı Mediasiya təşkilatının 19 fevral 2025-ci il tarixli MŞB/20/2025-00111 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 12.30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, lakin Cavabdeh bu barədə məlumat verilməsinə baxmayaraq həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemində verilmiş müvafiq sorğulara əsasən müəyyən edilmişdir ki, cavabdeh Mahmudov X1 Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsində tikinti üzrə usta vəzifəsində işləməklə, hər ay 763 manat əmək haqqı alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, İddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olduğunu, aylıq qazancının 850-1.000 manat təşkil etdiyini bildirsə də, qeyd edilən halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsini tənzimləyən maddi hüquq normasına əsasən alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişdirilə bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyətində pozitiv (gəlirlərinin artımı yönündə) dəyişiklik olmasına dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən iddiaçının məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsi ilə bağlı məhkəmə qərarlarının icrası qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2374/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2374/2025
08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver