Məhkəmə qərarları › İş №2(006)-2379/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2379/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2379/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh ilə xx.xx.2009-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Bundan sonra ailə daxili yaranmış münaqişələrdən cavabdehlə ayrı ünvanlarda yaşamağa başlanmışdır. Ayrı ünvanlarda yaşadıqları müddətdə cavabdeh maddi köməklik etmədiyindən o, aliment tələbinə dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müaciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3272/2010 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay borclu Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X6 verilməsi əmr edilmişdir. Cavabdehlə ailə münasibətləri bərpa etmək mümkün olmadığından rəsmi qaydada boşanmağa qərara gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2494/2011 saylı, xx.xx.2011-ci il tarxili qətnaməsi ilə, iddia tələbi təmin edilərək, X10 ilə Cavabdeh arasında Bakı Nikah Evin tərəfindən qeydə alınmış xx.xx.2009-cu il tarixli, 1908 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 Vüsalə Ramiz qızının yanında saxlanılması qət edilmişdir. Hazırda aşağıda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı məcburiyyətində qalmışdır. Uşağın normal həyat yaşaması üçün qidalar, vitaminlər, uşaq əylənsələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür. Cavabdeh Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkilidir və onun rəsmi əmək haqqının minimumum qeyd etməyinə baxmayaraq qeyri-rəsmi digər əlavə gəlirləri yüksəkdir və buna baxmayaraq cavabdeh məhkəmə əmrind qeyd olunmuş aliment məbləği ¼ hissəsi yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumla aliment ödəyir. Bu isə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Bundan başqa, 2021-ci il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın qismən qəbul edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün 11 ildir ki, 110 manat aliment ödəyir. Həmin alimentin artırılmasını istəmir. O, ikinci dəfə ailə həyatı qurmuş, ikinci nikahından 3 azyaşlı uşağı vardır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3272/2010 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə əmrindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay borclu Cavabdeh qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X6 verilməsi əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2494/2011 saylı, xx.xx.2011-ci il tarxili qətnaməsindən görünür ki,iddia tələbi təmin edilmiş, X10 ilə Cavabdeh arasında Bakı Nikah Evin tərəfindən qeydə alınmış xx.xx.2009-cu il tarixli, 1908 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 Vüsalə Ramiz qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X4 valideyinləridir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 293№ ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin məhkəmə qətnaməsinə əsasən hər ay ödədiyi aliment uşağın saxlanılması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2494/2011 saylı, xx.xx.2011-ci il tarxili qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2494/2011 saylı, xx.xx.2011-ci il tarxili qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar