Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-24/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «borcun tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 fevral 2016-cı il tarixli, 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 12 faizlə 6 ay müddətinə 153143 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 24 avqust 2016-cı il tarixə Cavabdeh banka 24 fevral 2016-cı il tarixli 100.LN. 1604.240216.00001 saylı kredit müqaviləsi üzrə 153143 ABŞ dolları əsas, 7502,70 ABŞ dolları faiz və 51,05 ABŞ dolları cərimə olmaqla, cəmi 160696,75 ABŞ dolları borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 fevral 2016-cı il tarixli 100.LN. 1604.240216.00001 saylı kredit müqaviləsi üzrə 153143 ABŞ dolları əsas, 7502,70 ABŞ dolları faiz və 51,05 ABŞ dolları cərimə olmaqla, cəmi 160696,75 ABŞ dolları (milli manat ekvivalentində) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 100.LN.1604.240216.00001 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 12 faizlə, 06 ay müddətinə, 153143 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 10.08.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 153.143 ABŞ dolları əsas, 7502,70 ABŞ dolları faiz, 51,05 ABŞ dolları cərimə olmaqla, cəmi 160.696,75 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11695 saylı, 18 yanvar 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 24 fevral 2016-cı il tarixli, 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh müqavilə bitən müddətə, yəni 24.08.2016-cı il tarixinədək banka olan borcu 160.595,58 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 153.143 ABŞ dolları, faiz borcu üzrə 7452,58 ABŞ dolları. Ekspert tədqiqatının dəyəri 120 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6791 saylı, 08 iyul 2019-cu il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında məlumatlara əsasən Cavabdeh 24.02.2016-cı il tarixli, 100.LN1604.240216.00001 saylı müqavilə üzrə əsas borc 108.447,99 ABŞ dolları, faiz borcu —0 ABŞ dolları müəyyən edilir. 24 fevral 2016-cı il tarixli, 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsi bağlanana qədər kredit kart müqaviləsi üzrə aparılmış kredit əməliyyatları və ödənişlər nəzərə alınmaqla -110.719.78 ABŞ dolları məbləği göstərilib 24.02.2016-cı il tarixli, 100.LN1604.240216.00001 saylı kredit müqaviləsi 153.143,00 ABŞ dolları kart hesabına köçürüləndən sonra, kart hesabında 42.422,38 ABŞ dolları məbləğində qalıq yaranır. Qeyd edilir ki, iş materiallarında olan ödəniş tapşığı və vəsatətə cavab olaraq 19.04.2019-cu il tarixdə Mərkəzə daxil olmuş hesabdan çıxarışların mötəbərliyi və həmin sənədlərdə əks olunan əməliyyatların qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(006)-4940/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı ASC arasında tərtib edilən 24 fevral 2016cı il tarixli, 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsinin və 20160224 saylı ödəniş tapşırığının etibarsız hesab edilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin akt əsasında tərəflər arasında bağlanılmış 24 fevral 2016-cı il tarixli, 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məhkəməyə müraciət edərək kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını və imzalanmadığını bildirərək bankla onun arasında tərtib edilən 24 fevral 2016-cı il tarixli, 100.LN.1604.240216.00001 saylı kredit müqaviləsinin, eləcə də eyni tarixli, 20160224 saylı ödəniş tapşırığının etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə xətşünaslıq ekspertizasının” 28 noyabr 2019-cu il tarixli 26511 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: ekspertizaya təqdim edilmiş, mülki işin 7-10-cu vərəqələrində "xxxx" ASC ilə X4 adına olan 24 fevral 2016-cı il tarixli, 100.LN.240216.00001 nömrəli kredit müqaviləsinin 4-cü vərəqəsində “Cavabdeh” yazıları üstündəki imza və 44-cü vərəqəsindəki əksi ekspertizaya təqdim olunmuş kredit məlumatlarının alınmasına dair razılıq ərizəsinin kserosurətində “imza”: qrafasındakı imza- X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tələbi»nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 220 (iki yüz iyirmi) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 220 (iki yüz iyirmi) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-24/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-24/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver