Məhkəmə qərarları › İş №2(006)-2401/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2401/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2401/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 19 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan 28 yanvar 2009-cu il tarixdə Mahir adlı övladları doğulmuşdur. Rəsmi qaydada boşandıqdan sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(006)-1138/2018 saylı qətnaməsinə əsasən hər ay 136,60 manat məbləğində aliment almışdır. Hər il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaşayış minimumunun dəfələrlə artırılmasına baxmayaraq, cavabdeh buna heç bir məhəl qoymamışdır və hal-hazırda bu günkü günə kimi hər ay 136 manat 60 qəpik aliment ödəyir. Hal-hazırda uşaq 8-ci sinifdə oxuyur. Əlavə xərcləri olduğuna görə onun minimum tələbatını ödəyə bilmir. Həmçinin uşağın əlavə xəstəlikləri olduğu üçün ona lazım olan dərmanları ala bilmir. 01 yanvar 2023-cü il tarixdən uşaqların minimum dolanışıq xərcləri 220 manat həddində müəyyən edilmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, mülki işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək və izahatında bildirdi ki, o, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimenti mütəmadi olaraq ödəyir. Aliment ödənilməsində icra məmuruna və iddiaçıya hər hansı çətinlik yaratmamışdır. Birinci ailəsi dağılandan sonra ikinci dəfə ailə qurmuşdur və daha bir övladı doğulmuşdur. O, öz ailəsinə və ikinci ailədən olan övladına da baxmağa borcludur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(006)-1138/2018 saylı qətnaməsindən görünür ki, 28 yanvar 2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, bu nikahdan 1 övladlarının olması, nikah pozulandan sonra uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 3 saylı Mediasiya Təşkilatının 22 aprel 2023-cü il tarixli MŞB/3/2023-00349 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə saat 12.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 28 yanvar 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(006)-1138/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, cavabdeh iddiaçı ilə nikahları pozulandan sonra ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan bir övladı doğulmuşdur. Cavabdeh xx.xx.2012-ci il tarixdən «X3» PHŞ-nin Dəstək xidməti şöbəsinin Təsərrüfat bölməsində (KTM) fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 534 manat təşkil edir. O, birinci nikahdan doğulmuş övladına aliment ödəməklə yanaşı, ikinci dəfə qurduğu ailəsinə baxmalı, ikinci nikahdan doğulan övladının qayğılarını da həll etmədi, məsrəflərini qarşılamalıdır. 190 manat sabit aliment məbləği çıxılandan sonra, cavabdehə ailəsinin qayğılarını həll etmək üçün 344 manat pul vəsaiti qalır və həmin vəsaitin daha da azalması qeyri-məqbuldur. Məhkəmə mübahisəyə baxarkən, tərəflərin hər birinin maraqlarını nəzərə almalı və ədalətli qətnamə qəbul etməlidir. Bu səbəbdən, iddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 yanvar 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(006)-1138/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 190 manat sabit pul məbləğində aliment tutulsun. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar