Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2403/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn bərpa edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn bərpa edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işin təkrar icra edilməsinə dair sərəncam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kecıniş həyat yoldaşı Cavabdeh ilə rəsmi boşandıqdan sonra birgə nikah dövründə aldıqları Nəsimi r-nu R. Axundov 14.m 4 ünvanında yerləşən mənzili ünvan 2n 5/3 pay Cavabdeh və 5/2 pay iddiaçıya verilməklə bölünmüş, lakin hal hazırda vətəndaş Cavabdeh əsassız bəhanələr gətirərək, iddiaçının qanuni yaşayış sahəsinə buraxmır. Həmin mənzilin sökülməsi ilə əlaqədar əvəzində verilən yeni tikilidəki mənzilin açarlarını tikinti şirkətindən alaraq, iddiaçıya verilməli olan açar dəstini vermir. Tələb etdikdə şər ataraq, hədələyir. İddiaçı mövcud vəziyyətlə bağlı 21 saylı polis bölməsinə və sahə müvəkkilinə yazılı ərizə ilə müraciət etsə də, iddiaçı bu işin məhkəmə icraçısı olmadan yerinə yetirilməsinin mümkünsüzlüyü, icracı olmadan vətəndaşın yaşayış sahəsinə girmənin polisin səlahiyyətlərində olmadığı bildirildi. İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət etdikdə, orda da mənə, hələ o zaman Cavabdeh ərizəsinə əsasən işə xitam verilməsi bildirildi və müvafiq arayış verildi. Hal hazırda iddiaçı öz qanuni yaşayış sahəmdən istifadə edə bilmir, ərazi üzrə 21 saylı polis bölməsi və sahə müvəkkili isə məhkəmə icracısı olmadan evə daxil olmanın qəti şəkildə mümkünsüzlüyünü bildirirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi – yəni yaşayış sahəsinə istifadə hüququnun bərpa edilməsi qiymətləndirilməyən iddia ərizəsi olduğuna görə iddiaçı tərəfindən işin məhkəmədə baxılması üçün dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152.1.5, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn bərpa edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, yenidən, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2403/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2403/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver