Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2406/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2370/2010 saylı, xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx xxxxxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1990-cı ilin oktyabr ayında faktiki nikaha daxil olaraq evlənib ailə qurmuşlar. Faktiki nikahlarından xx xxxxxx 2003-cü il tarixdə X2 anadan olmuşdur. Cavabdehlə uzun müddət bundan qabaq ayrılmışlar. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2010cu il tarixdən hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat, ümumilikdə 250 manat miqdarında alimentin alınıb onun xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatını ödəmir, həddindən artıq azdır. Uşağın təhsili ilə bağlı, həmçinin sağlamlığı, qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun təkbaşına uşağın bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(006)-2370/2010 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2010-cu il tarixdən hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment və azyaşlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat, ümumilikdə xx xxx 2010-cu il tarixdən hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin öncələr nikahda olmaları, onların 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(006)-2370/2010 saylı qətnaməsi ilə Cavabdeh uşağın saxlanılması üçün onun xeyrinə tutulan aliment məbləğinin (150 manat) artırılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(006)-2370/2010 saylı qətnaməsi ilə Cavabdeh “azyaşlı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 manat sabit pul məbləğində” tutulan məbləğin dəyişdirilməsi (artırılması və ya azaldılması) tələb edilməyib, həmin məsələyə münasibət bildirilməsinə zərurət yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(006)-2370/2010 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin bundan daha artıq aliment ödəmək imkanına malik olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(006)-2370/2010 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2406/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2406/2021
15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver