Məhkəmə qərarları › İş №2(006)-2416/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2416/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2416/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinin silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə hesablanmış 10 934,64 manat borc məbləğinin 5 144,03 manat hissəsinin silinməsi, qalan 5 790,61 manat məbləğinə görə isə onunla Əmanətlərin Sığortalanması Fondu arasında kreditin ödənilməsinə dair yeni qaydalarla yeni müqavilə bağlaması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ASC ilə kredit müqaviləsi bağlayaraq, 13 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı kredit öhdəliyini yerinə yetirmiş, lakin 2015-ci ildə baş verən devalvasiya səbəbindən borcu kəskin artmış və o, müqavilə üzrə öhdəlikləri tam yerinə yetirə bilməmişdir. İddiaçı həmin kredit müqaviləsinin də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əhatə olunduğunu bildirmiş, Cavabdeh1 ASC-nin məhkəmə qərarı ilə müflis elan edildiyini də qeyd etmişdir. Hazırda bankın lisenziyası ləğv olunduğundan səlahiyyətləri Əmanətlərin Sığortalanması Fonduna verilmişdir. Cavabdeh təşkilata hesablanmış 10 934,64 manat borc məbləğinin 5 144,03 manat hissəsinin silinməsi, qalan 5 790,61 manat məbləğinə görə isə onunla Əmanətlərin Sığortalanması Fondu arasında kreditin ödənilməsinə dair yeni qaydalarla yeni müqavilə bağlamasına dair etdiyi müraciətə xx.xx.2021-ci ildə məktubla imtina edilmişdir. Halbuki, problemli kreditlərin kompensasiyası hesablanmasına görə həmin məbləğlər təsdiq olunur. Göstərilənlərə əsasən, cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə hesablanmış 10 934,64 manat borc məbləğinin 5 144,03 manat hissəsinin silinməsi, qalan 5 790,61 manat məbləğinə görə isə onunla Əmanətlərin Sığortalanması Fondu arasında kreditin ödənilməsinə dair yeni qaydalarla yeni müqavilə bağlaması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-6333/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin iddiaçının iştirakı olmadan çıxarıldığını, qətnamənin ona xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə verildiyini bildirmiş, hazırda həmin qətnamədən apellyasiya şikayəti verdiyini və işlərin əlaqəli olmasını nəzərə alıb icraatı dayandırmağı məhkəmədən xahiş etmişdir. Hakim ərizəni nəzərdən keçirərək təmin edilməməsini və işə iddiaçının iştirakı olmadan baxılmasının mümkün olduğunu qərara aldı. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbinin təmin edilməsini, əsas məbləğlə razı olub faiz məbləği ilə razı olmadığını, barəsində çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən xəbəri olmadığını və buna görə də onu mübahisələndirmədiyini, qətnamənin hazırda Xətai rayon İcra Şöbəsinin icraatında olmasına baxmayaraq, ipoteka predmeti olan avtomobilin hazırda onun istifadəsində olduğunu bildirmiş və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun olaraq iddia tələbini qəbul etmədiyini, iddianın əsassız olduğunu, iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu, iddiaçının həmin qətnaməni mübahisələndirmədiyini və həmin qətnamənin hazırda Xətai rayon İcra Şöbəsinin icraatında olduğunu bildirdi. Əlavə olaraq kompensasiya olunaraq silinməli məbləğin artıq silindiyini, restrukturizasiya müqaviləsinin bağlanması ilə bağlı isə iddiaçının vaxtında Apellyasiya Şurasına müraciət etməli olduğunu qeyd etdi. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(006)-2416/2022 saylı qərardadı ilə iddia tələbinin “borc məbləğinin silinməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 1147 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC İddiaçı avtomobil alınması məqsədilə 13 000 ABŞ dolları məbləğində kredit verməyi, İddiaçı isə illik 27 % ödəmək şərti ilə xx.xx.2015-ci il tarixinədək həmin krediti banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 1147 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli 1147 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus dəyəri ekspert rəyinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə 21 800 ABŞ dolları məbləğində müəyyən edilmiş “Mercedes Benz-E320” minik markalı, 90MP108 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli AA seriyalı 072535 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus “Mercedes Benz-E320” minik markalı, 90MP108 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 1147 saylı müqavilə əsasında xx.xx.2015-ci il tarixinədək Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 6333/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 6 432,14 (altı min dörd yüz otuz iki dollar 14 sent) ABŞ dolları məbləğində əsas borc, 2 974,29 (iki min doqquz yüz yetmiş dörd dollar 29 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 9 406,43 (doqquz min dörd yüz altı dollar 43 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus “Mercedes Benz-E320” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9 406,43 (doqquz min dörd yüz altı dollar 43 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin ediməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4991/2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3057/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli **********211 saylı cavab məktubundan görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31də başa çatdığı İddiaçı bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, İddiaçı LPO "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə əsas kredit borcu 10 934,64 manat, borcun azaldılmasına yönəldilən məbləğ 5 144,03 manat, qalıq borcunun məbləği isə 5 790,61 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.16-2-2022-6521 saylı cavab məktubundan görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2013cü il tarixində bağlanmış 13 000 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüş və cavabdehə cəmi 5 472,39 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə İddiaçı qeyd edilən kredit müqaviləsi üzrə 6 432,14 ABŞ dolları (10 934,64 manat) məbləğində, habelə digər kredit təşkilatı ilə bağlanılmış müqavilə üzrə 698 manat ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olduğundan, hesablanmış bu kompensasiya 2019-cu il ərzində Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada (birinci müqavilə üzrə borca 5 144,03 manat, ikinci müqavilə üzrə borca 328,36 manat olmaqla) əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. Beləliklə, məlumat bazalarına əsasən kompensasiyanın borca yönəldilməsindən sonra qalıq əsas borc məbləği 3 406,24 ABŞ dolları (5 790,61 manat) təşkil etmişdir. Məktubda qeyd edilənlər ona əlavə edilən xx.xx.2022-ci il tarixli problemli kreditlərin kompensasiyası barədə çıxarışda öz təsdiqini tapmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə kredit öhdəliyi üzrə LPO Cavabdeh1 ASC-yə 3 406,24 ABŞ dolları əsas borc, 2 974,29 ABŞ dolları faiz borcu, 13 321,85 ABŞ dolları əldən çıxmış fayda üzrə borcu olmaqla, cəmi 19 702,38 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 6333/2018 saylı cavab məktubundan görünür ki, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(011)- 6333/2018 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-4991/2019 saylı qərarı ilə xx.xx.2019-cu il tarixində qanuni qüvvəsini almışdır. Həmçinin, məlumat üçün bildirilmişdir ki, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə aktının surətinin ona təkrarən verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixində məhkəmə qəbzinə imza edilməklə qətnamənin surəti ona təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2013-cü il tarixli 1147 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı bankdan avtomobil alınması məqsədilə 13 000 ABŞ dolları məbləğində kredit götürmüş və illik 27 % ödəmək şərti ilə xx.xx.2015-ci il tarixinədək həmin krediti banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2013-cü il tarixli 1147 saylı ipoteka müqaviləsi bağlanmış və iddiaçıya oğluna məxsus dəyəri ekspert rəyinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə 21 800 ABŞ dolları məbləğində müəyyən edilmiş “Mercedes Benz-E320” minik markalı, 90MP108 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrində qeydiyyat aparılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-6333/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 6 432,14 (altı min dörd yüz otuz iki dollar 14 sent) ABŞ dolları məbləğində əsas borc, 2 974,29 (iki min doqquz yüz yetmiş dörd dollar 29 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 9 406,43 (doqquz min dörd yüz altı dollar 43 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus “Mercedes Benz-E320” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9 406,43 (doqquz min dörd yüz altı dollar 43 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 4991/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 ASC-nin kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3057/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və qərar xx.xx.2019-cu il tarixində qanuni qüvvəyə minmişdir. Hazırda həmin qərar icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin icraatındadır. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış 13 000 ABŞ dolları dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüş və cavabdehə cəmi 5 472,39 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixinə iddiaçının qeyd edilən kredit müqaviləsi üzrə 6 432,14 ABŞ dolları (10 934,64 manat) məbləğində, habelə digər kredit təşkilatı ilə bağlanılmış müqavilə üzrə 698 manat ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olduğundan, hesablanmış bu kompensasiya 2019-cu il ərzində Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada (birinci müqavilə üzrə borca 5 144,03 manat, ikinci müqavilə üzrə borca 328,36 manat olmaqla) əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. Beləliklə, məlumat bazalarına əsasən kompensasiyanın borca yönəldilməsindən sonra qalıq əsas borc məbləği 3 406,24 ABŞ dolları (5 790,61 manat) təşkil etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixinədək kredit borcunun restrukturizasiyası məqsədilə müvafiq orqana müraciət etməmiş və beləliklə də, restrukturizasiya ilə əlaqədar müraciət etmə müddətini ötürmüşdür. Hazırda isə iddiaçının xx.xx.2022-ci il tarixə kredit öhdəliyi üzrə LPO Cavabdeh1 ASC-yə 3 406,24 ABŞ dolları əsas borc, 2 974,29 ABŞ dolları faiz borcu, 13 321,85 ABŞ dolları əldən çıxmış fayda üzrə borcu olmaqla, cəmi 19 702,38 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, buna görə də təmin edilməməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 1-2-ci hissələrində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın 8.1-ci hissəsinə əsasən, Fərmanın məqsədləri üçün fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi müəyyən edilsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 6.16-cı maddəsinə görə, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə, iddiaçının restrukturizasiya məqsədilə xx.xx.2019-cu il tarixinədək müvafiq orqana müraciət etmədiyi müəyyən edildiyindən məhkəmə iddia tələbinin əsassız olduğu və buna görə də təmin edilməməsi qənaətinə gəlir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin ödənilməsinə dair yeni qaydalarla yeni müqavilənin bağlanılması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar