Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2423/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmaylova Səbinə İmran qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6 16 aprel 1976-cı il tarixdə Cəlilabad rayonu, Prişib qəsəbəsində anadan olmuşdur. O, 1994-cü ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu Hərbi Komissarlığı tərəfindən çağırışa çağırılaraq 1995-ci ilin oktyabr ayının axırına kimi Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 1995-ci ilin oktyabr ayının axırlarından sonra oğlundan xəbər ala bilməmişdir. Olduğu hərbi hissədən onun qaçdığını bildirmişlər. Bu hadisədən sonra iddiaçı Naxçıvan Muxtar Respublikasına getmiş, orada oğlunun barəsində Naxçıvan Muxtar Respublikasının prokurorluğuna müraciət edərək, oğlunun harada olması barədə məlumat vermələrini xahiş etmişdir. X9 Respublikası Prokurorluğu oğlu X6 barədə ona heç bir məlumat verə bilməmişlər. 1995-ci ilin oktyabr ayının axırlarından bu günki günədək oğlu X6 barəsində heç bir məlumat yoxdur. Bu barədə yaxın qonşuları da akt yazaraq oğlu X3 1994-cü ilin aprel ayından hərbi xidmətə getdikdən sonra bir daha geri qayıtmadığını təsdiq edirlər. Bundan əlavə olaraq Nəsimi rayon Polis İdarəsinin 20 saylı Polis Şöbəsi tərəfindən də uzun müddət axtarışda olmasına baxmayaraq axtarışın bir nəticəsi olmamışdır. Həyat yoldaşı X5 01.07.2020-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ondan qalan mənzilin vərəsəlik qaydasında sənədləşdirmək istəyir, lakin oğlu X6 barəsində heç bir məlumat olmadığı üçün həmin evi öz adına sənədləşdirə bilmir. Hesab edir ki, oğlu X6 hansısa şəraitdə ölmüşdür. Bu səbəblə oğlu X3 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı tərəfındən 28 dekabr 2020-ci il tarixində Maraqlı şəxs1nə və Nəsimi rayon Polis İdarəsinin 20 saylı Polis Bölməsinə ərizə ilə müraciət olunmuş, lakin müraciətinə cavab verilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının oğlu, X3 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizənin nümayəndəsi və vəkili ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək xüsusi icraat qaydasında baxılan işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə xüsusi icraat qaydasında baxılan işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkü hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, işdə olan İV-ЖГ seriyalı 327219 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı 16.04.1976-cı il tarixdə anadan olmuş X3 anasıdır. İşə əlavə edilmiş 16 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, iddiaçı oğlu, X6 1994-cü ilin aprel ayından hərbi xidmətə çağrılmış, 1995-ci ilin oktyabr ayından qulluq etdiyi hərbi hissəni tərk etmiş, həmin ildən hazıra kimi qayıtmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 28 may 2021-ci il tarixli 39/1781 saylı məktubundan müəyyən olunur ki, X3 dövlət dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19 may 2021-ci il tarixli 082- 18499-1221 saylı məktubundan görünür ki, 16.04.1976-cı il tarixdə anadan olmuş X1 Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 334.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışa elan olunmuş, barəsində Nəsimi Polis İdarəsində 01.01.1996-cı il tarixdə 6787 nömrəli axtarış işi açılmışdır və hazırda E.Xanışov axtarılır. İş materiallarında olan X2 Reyestri Xidmətinin 31 may 2021-ci il tarixli 05/2- 4112B/13 saylı məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən E.Xanışov barəsində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir; 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 1994-cü ilin aprel ayından hərbi xidmətə çağrılmış, 1995-ci ilin oktyabr ayından qulluq etdiyi hərbi hissəni tərk etmiş, bir daha geri qayıtmamış və 26 ildən artıq müddət ərzində yaşayış yerində görünməmiş, eləcə də onun axtarışı ilə bağlı göstərilmiş səylər nəticə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin xahişi qanuni və əsaslı olduğu üçün təmin edilməli, X6 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.04.1976-cı il tarixdə anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2423/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2423/2021
06.07.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver