Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2428/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 5320 manat məbləğində maddi ziyanın və 2660 manat həcmində əldən çıxmış faydanın, ümumilikdə 7980 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan vətəndaşı Cavabdeh xx.xx.2022-ci il tarixində saat 03:00 radələrində ona məxsus Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində yerləşən mağazanın giriş qapısının üst hissəsində sınıq vəziyyətdə olan lambrindən qanunsuz daxil olmaqla piştaxtanın altında olan 5000 manat məbləğində pulu, həmin piştaxtanın üzərində olan dəmir qabın içərisindəki 170 manat 40 qəpik məbləğində dəmir pulları və girişdən sağ tərəfdə yerləşən siyirtmədəki 1 manatlıq pul əskinasları formasında olmaqla ümumilikdə 150 manat məbləğində pulu oğurlamış, mağazadan çıxarkən oğurladığı 170 manat 40 qəpik məbləğində dəmir pulları mağazada unutmuş, ümumilikdə ona 5320 manat 40 qəpik məbləğində pulunu oğurlayaraq maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(059)-4/2023 saylı hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını gizli yolla talamaq məqsədilə İddiaçı məxsus Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində yerləşən mağazaya xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində mağazanın giriş qapısının üst hissəsində sınıq vəziyyətdə olan lambirindən qanunsuz daxil olmaqla, piştaxtanın altında olan 5000 manat məbləöində pulu, həmin piştaxtanın üzərində olan dəmir qabın içərisindəki 170 manat 40 qəpik məbləğində dəmir pulları və girişdən sağ tərəfdə yerləşən siyirtmədəki 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 150 manat məbləğində pulu oğurlamış, mağazadan çıxarkən oğurladığı 170 manat 40 qəpik məbləğində dəmir pulları mağazada unutmuş, ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda yəni, 5320 manatt 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya 5320 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa iddiaçının ona zərərin vurulduğu 2023cü il üzrə hazırda iddianın verildiyi vaxtadək 1 illik müddət üçün məbləğin 5%-i qədər 266 manat məbləğində gecikdirilmiş vaxt üçün illik faiz tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olan 5320 manat və gecikdirilmiş vaxt üçün illik faiz məbləği olan 266 manat cavabdeh X3 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən qeyd etdiyi qədər məbləğdə əldə çıxmış fayda olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olan 5320 manat və gecikdirilmiş vaxt üçün illik faiz məbləği olan 266 manat cavabdeh X2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2428/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2428/2023
08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver