Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-245/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh "xxxx" QSCnin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" MTKya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 42-03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 211 ay müddətinə 64200 (altmış dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,05 kv.m, yaşayış sahəsi 39,5 kv.m olan 2 otaqlı mənzilin (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 03.07.2019) ipotekaya qoyulması barədə 10.05.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı kimi Bankla Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında 03.04.2018-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. 42-03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixinə 61.348,44 (altmış bir min üç yüz qırx səkkiz manat 44 qəpik) manat əsas, 690,44 (altı yüz doxsan manat 44 qəpik) manat faiz borcu, cəmi 62038.88 (altmış iki min otuz səkkiz manat 88 qəpik) manat kredit borcu mövcuddur. Müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün Cavabdeh1 hesablanmış kredit borcunun tələb edilməsi, ona məxsus ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 12.04.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASCnin xeyrinə müştərək qaydada 42-03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 61.348,44 (altmış bir min üç yüz qırx səkkiz manat 44 qəpik) manat əsas, 690,44 (altı yüz doxsan manat 44 qəpik) manat faiz borcu, cəmi 62.038,88 (altmış iki min otuz səkkiz manat 88 qəpik) manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 0,65 (altmış beş qəpik) manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının və 0,77 (yetmiş yeddi qəpik) manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,05 kv.m, yaşayış sahəsi 39,5 kv.m olan 2 otaqlı mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 03.07.2019) yönəldilməsi və Cavabdeh1 qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, ipoteka predmeti olan mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 42-03-04-2018-TN-GT nömrəli, 03.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 61.348,44 manat əsas, 3937,80 manat faiz borcu olmaqla, cəmi 65.286,24 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 0,65 manat bank xidmət haqqının, eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının və 0,77 manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, “D” yaşayış sahəsi 21F, korpus 1, ünvanında yerləşən 81 saylı mənzilə (yüklülük çıxarışı: qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 03.07.2019) yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh1 mənzilə dair istifadə hüquqlarına xitam verilməklə, mənzilin ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz etməyərək, onun təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 42- 03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 211 ay müddətinə 64.200 (altmış dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.05.2019-cu il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,05 kv.m, yaşayış sahəsi 39,5 kv.m olan 2 otaqlı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mənzilin qiyməti 75.597 manat məbləğində müəyyən edilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 iyul 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,05 kv.m, yaşayış sahəsi 39,5 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2929 nömrəli reyestr kitabının 273354 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış 12.04.2021-ci il tarixli, **********08 №-li məktubundan görünür ki, mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış 03.04.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin "xxxx" MTK borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 12.04.2022-ci il tarixinə Banka 61.348,44 manat əsas, 3937,80 manat faiz borcu olmaqla, cəmi 65.286,24 manat borcu vardır. Həmçinin, işdə olan "xxxx" MMC-nin H/01-PLS saylı, 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə Hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., “D” yaşayış sahəsi, ev 21 F, bina 1, mənzil 81-in likvid dəyəri 65.000 (altmış beş min) manat təşkil etmişdir. Qiymətləndirmə xidmətinin dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 42-03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 8 faiz olmaqla, 211 ay müddətinə 64.200 (altmış dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ipotekaya qoyulması barədə 10.05.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı kimi Bankla Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında 03.04.2018-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. 42-03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin Banka 61.348,44 manat əsas, 3937,80 manat faiz borcu olmaqla, cəmi 65.286,24 manat kredit borcu var. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzilə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan Cavabdeh1 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Bundan əlavə, iddianın Bakı şəhəri, ünvan 1-də yaşayan Cavabdeh1 istifadə hüququna xitam verilməsi və evin Banka təhvil verilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, bu cür tələblə yalnız əmlakın mülkiyyətçi çıxış edə bilər. İddiaçı "xxxx" ASC isə qeyd olunan daşınmaz əmlaka münasibətdə ipotekasaxlayandır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" QSCdən müştərək qaydada 42-03-04-2018-TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 61.348,44 (altmış bir min üç yüz qırx səkkiz manat qırx dörd qəpik) manat əsas, 3937,80 (üç min doqquz yüz otuz yeddi manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 65.286,24 (altmış beş min iki yüz səksən altı manat iyirmi dörd qəpik) manat kredit borcu, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 0,65 (altmış beş qəpik) manat bank xidmət haqqı, eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı və 0,77 (yetmiş yeddi qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1-ə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməli, mənzilin satışından əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-dən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, Bakı şəhəri, ünvan 1 satıldıqdan sonra Cavabdeh1 ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla, ev boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-dən müştərək qaydada 42-03-04-2018- TN-GT nömrəli 03.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 61.348,44 (altmış bir min üç yüz qırx səkkiz manat qırx dörd qəpik) manat əsas, 3937,80 (üç min doqquz yüz otuz yeddi manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 65.286,24 (altmış beş min iki yüz səksən altı manat iyirmi dörd qəpik) manat kredit borcu, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 0,65 (altmış beş qəpik) manat bank xidmət haqqı, eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı və 0,77 (yetmiş yeddi qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1-ə yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. Mənzilin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Mənzilin satışından əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunacaq vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-dən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Bakı şəhəri, ünvan 1 satıldıqdan sonra Cavabdeh1 ən geci bir ay ərzində həmin evdən çıxarılmaqla, ev boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-245/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-245/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver