Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-246/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı cavabdeh “Bank VTB (Azərbycan)” ASC-yə qarşı “kredit müqaviləsi və əlavə razılaşmaların mübahisələndirilməsi”, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ilkin avtomobil kredit müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, bank hesabı müqaviləsinin, həmin müqavilələrə dair ödəniş cədvəllərinin, avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 01 saylı, avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli 02 saylı razılaşmaların və bu razılaşmalara dair ödəniş cədvəllərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116762-1-8560 saylı “Avtomobil krediti” müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı və xx.xx.2018-ci il tarixli 02 saylı Razılaşmalara əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 5.436,98 (beş min dörd yüz otuz altı dollar, doxsan səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 343,44 (üç yüz qırx üç dollar, qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 152,29 (bir yüz əlli iki dollar, iyirmi doqquz sent) ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 5.932,71 (beş min doqquz yüz otuz iki dollar, yetmiş bir sent) ABŞ dolları pul məbləğinin və 30 (otuz) manat məhkəmə üçün dövlət rüsumunun İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-246/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “Bank VTB (Azərbycan)” ASC-yə qarşı onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ilkin avtomobil kredit müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, bank hesabı müqaviləsinin, həmin müqavilələrə dair ödəniş cədvəllərinin, avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı, avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2018-ci il tarixli 02 saylı və bu razılaşmalara dair ödəniş cədvəllərinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116762-1-8560 saylı “Avtomobil krediti” müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı və xx.xx.2018-ci il tarixli 02 saylı Razılaşmalara əsasən 5.436,98 ABŞ dolları məbləğində əsas borc, 118 ABŞ dolları məbləğində faiz borcu, 152,29 ABŞ dolları məbləğində cərimə borcu cəmi 5.707,27 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı alınaraq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 10.000 manat müəyyən edilməsi, tutmanın “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh ASC-yə ödənilməsi, Cavabdeh ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manatın İddiaçı alınaraq Cavabdeh ASC-yə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 245 manatın İddiaçı alınaraq dövlət nəfinə köçürülməsi, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıraq hesab edir ki, İddiaçı cavabdeh “Bank VTB (Azərbycan)” ASC-yə qarşı “kredit müqaviləsi və əlavə razılaşmaların mübahisələndirilməsi”, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə çıxarılmış qətnamədə ipoteka predmeti olan “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunan məbləğ qətnamə ilə təmin edilən məbləğdən artıq olduğu təqdirdə, əldə edilən vəsaitin qalıq hissəsinin cavabdeh İddiaçı qaytarılması məsələsinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: -229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; -229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; -229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, ipoteka predmeti olan “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunan məbləğ qətnamə ilə təmin edilən məbləğdən artıq olduğu təqdirdə, əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İş üzrə əlavə qətnamə çıxarılsın. İpoteka predmeti olan “Seat İbiza minik” markalı, ağ rəngli, mühərrik VSSZZZ6JZDR161028, ban CGGA14595 olan **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunan məbləğ qətnamə ilə təmin edilən məbləğdən artıq olduğu təqdirdə, əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh İddiaçı qaytarılsın. Əlavə qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-246/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-246/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver