Məhkəmə qərarları › İş №2(006)-2476/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2476/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2476/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxx 2005-ci il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatanadək Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə (hakim S.Əhmədova) birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən 100 manat alimenti ödəməkdən imtina edərək, Apelyasiya Məhkəməsinə şikayətlə müraciət etmişdir. Apelyasiya şikayətində yeni ailə qurduğunu, heç bir əmlak biznesinin olmadığını əsas tutaraq məbləğin azaldılmasını tələb etmişdir. Lakin o, Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi, cənab İlham Əmirəliyevə müraciət edərək, cavabeh Cavabdeh qeyri-qanuni sahibkarlıq fəaliyyətini üzə çıxarmışdır. Onun həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri, cavabdehin vergi orqanlarda uçota durmadan sahibkarlıq fəaliyyəti və onun vergi qanunvericiliyini pozması məsələsinə aydınlıq gətirilmişdir. Müvafiq sənədləri Cavabdeh hər ay haqqı yüksək maaşla ödənilən işdə çalışması, bundan əlavə müntəzəm gəlirlərinin olması, maşın alqısatqısı ilə məşğul olması, xaricdən ucuz qiymətə maşın gətirib burada baha qiymətə satması, şəxsi avtomobili və şəxsi avtobusunun olması, **-BL-*** nömrəli şəxsi avtobusunu icarəyə verməsi, oradan da müntəzəm gəlir götürməsi, naməlum səbəblərə görə heç həqiqi hərbi xidmət belə çəkməməsi, İİ qrup əlillik kağızını düzəltdirməsi, apelyasiya şikayəti zamanı sağlamlığı barədə saxta sənəd təqdim etməsi üzə çıxarılmaqla o, məhkəməyə onları təqdim edərək prosesi udmuşdur. 2019-cu ildə o, tək ana olaraq maddi əziyyət çəkdiyini və uşağın getdikcə artan tələbatlarını əsas götürərək “aliment məbləğinin artırılması’' barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. O, 2019-cu ildə ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumunun hər uşaq üçün 160 manat müəyyən edilməsini əldə rəhbər tutaraq Nəsimi Rayon Məhkəməsinə aliment məbləğinin həcminin artırılması üçün iddia ərizəsi ilə müraciət etmişdir. xx xxxx 2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə Cavabdeh tutulan alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir və hər ay sabit pul məbləğində cavabdehdən tutularaq ona verilmişdir. Cavabdeh isə özü həmin məhkəmə prosesinə heç gəlməmiş, məhkəmə prosesində iştirak etməmiş və yazılı surətdə məhkəmənin çıxaracağı qərarla tam razı olduğunu yazıb məhkəməyə təqdim etmişdir. Cavabdeh uşaqla qətiyyən maraqlanmır. Hətta alimenti ona özü deyil, anası X4 göndərir. Hal-hazırda onun maddi vəziyyəti çox pisdir. Hazırki qiymətlərin qalxması şəraitində maddi çətinliyi nəzərə alınmalıdır. X2 15 yaşı var. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Anadan olduğu gündən bəri uşağın bütün qayğısını və ehtiyacını tamamilə o çəkir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Hazırda ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da, dəyişdirilmiş və 2021-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 94-cii maddəsinin 1 hissəsinin 16-cı bəndində hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Bu qanun 2021-ci ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minmişdir. Bunu əldə rəhbər tutaraq o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-4099/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından olan xx xxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin öncələr nikahda olmaları, onların 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli,8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-4099/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-4099/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar