Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2492/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 (üç min üç yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 555,37 (beş yüz əlli beş manat otuz yeddi qəpik) manat faiz borcu, cəmi 3892,41 (üç min səkkiz yüz doxsan iki manat qırx bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 13 ədəd, çəkisi 116,6 qram, əyarı 750 olan qolbağ, 04 ədəd, çəkisi 39 qram, əyarı 750 olan sırğa, 05 ədəd, çəkisi 32 qram, 750 əyar olan üzük, 01 ədəd, çəkisi 4,4 qram, əyarı 750 olan qolbağ, 01 ədəd, çəkisi 4,8 qram, əyarı 916 olan üzük, 02 ədəd, çəkisi 22,3 qram, əyarı 585 olan qolbağ, 02 ədəd, çəkisi 7,9 qram, əyarı 585 olan üzük, 01 ədəd, çəkisi 1,7 qram, əyarı 750 olan kulona yönəldilməsi, əmlakların açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 9400 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3337,04 manat əsas, faiz borcuna görə 555,37 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 3892,41 manat təşkil edir. xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir. Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 13 ədəd, çəkisi 116,6 qram, əyarı 750 olan qolbağ, 04 ədəd, çəkisi 39 qram, əyarı 750 olan sırğa, 05 ədəd, çəkisi 32 qram, 750 əyar olan üzük, 01 ədəd, çəkisi 4,4 qram, əyarı 750 olan qolbağ, 01 ədəd, çəkisi 4,8 qram, əyarı 916 olan üzük, 02 ədəd, çəkisi 22,3 qram, əyarı 585 olan qolbağ, 02 ədəd, çəkisi 7,9 qram, əyarı 585 olan üzük, 01 ədəd, çəkisi 1,7 qram, əyarı 750 olan kulon. İddiaçı “xxxx” ASC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 (üç min üç yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 805,57 (səkkiz yüz beş manat əlli yeddi qəpik) manat faiz borcu, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 4142,61 (dörd min yüz qırx iki manat altmış bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 13 ədəd, çəkisi 116,6 qram, əyarı 750 olan qolbağ, 04 ədəd, çəkisi 39 qram, əyarı 750 olan sırğa, 05 ədəd, çəkisi 32 qram, 750 əyar olan üzük, 01 ədəd, çəkisi 4,4 qram, əyarı 750 olan qolbağ, 01 ədəd, çəkisi 4,8 qram, əyarı 916 olan üzük, 02 ədəd, çəkisi 22,3 qram, əyarı 585 olan qolbağ, 02 ədəd, çəkisi 7,9 qram, əyarı 585 olan üzük, 01 ədəd, çəkisi 1,7 qram, əyarı 750 olan kulona yönəldilməsi (cəmi 228.7 qr), əmlakların açıq hərracda satılması və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdehnin xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 (üç min üç yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 805,57 (səkkiz yüz beş manat əlli yeddi qəpik) manat faiz borcu, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 4142,61 (dörd min yüz qırx iki manat altmış bir qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraçiət edərək, mülki işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 9400 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3337,04 manat əsas, faiz borcuna görə 555,37 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 3892,41 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı ASCnin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir. Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 13 ədəd, çəkisi 116,6 qram, əyarı 750 olan qolbağ, 04 ədəd, çəkisi 39 qram, əyarı 750 olan sırğa, 05 ədəd, çəkisi 32 qram, 750 əyar olan üzük, 01 ədəd, çəkisi 4,4 qram, əyarı 750 olan qolbağ, 01 ədəd, çəkisi 4,8 qram, əyarı 916 olan üzük, 02 ədəd, çəkisi 22,3 qram, əyarı 585 olan qolbağ, 02 ədəd, çəkisi 7,9 qram, əyarı 585 olan üzük, 01 ədəd, çəkisi 1,7 qram, əyarı 750 olan kulon. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh üzərinə düşür. Lakin, mülki işdə Cavabdeh öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermişdir. Lakin, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu məbləğində pulun Cavabdeh tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır. Hazırki qətnamə ilə həmçinin «Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli NZLMB-4494 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borclun Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi» hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, iddianın bu hissəsi gələcəkdə baş verəcək hala yönəldilibdir və iddianın bu hissədə hazırki məqamda təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmə yolverilməz hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 manat əsas borc, 805,57 manat faiz borcu, cəmi 4142,61 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 13 ədəd, çəkisi 116,6 qram, əyarı 750 olan qolbağ, 04 ədəd, çəkisi 39 qram, əyarı 750 olan sırğa, 05 ədəd, çəkisi 32 qram, 750 əyar olan üzük, 01 ədəd, çəkisi 4,4 qram, əyarı 750 olan qolbağ, 01 ədəd, çəkisi 4,8 qram, əyarı 916 olan üzük, 02 ədəd, çəkisi 22,3 qram, əyarı 585 olan qolbağ, 02 ədəd, çəkisi 7,9 qram, əyarı 585 olan üzük, 01 ədəd, çəkisi 1,7 qram, əyarı 750 olan kulona yönəldilməli, əmlaklar açıq hərracda satılmalı və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdehnin xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 (üç min üç yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 805,57 (səkkiz yüz beş manat əlli yeddi qəpik) manat faiz borcu, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 4142,61 (dörd min yüz qırx iki manat altmış bir qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 (üç min üç yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 805,57 (səkkiz yüz beş manat əlli yeddi qəpik) manat faiz borcu, cəmi 4142,61 (dörd min yüz qırx iki manat altmış bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına - 13 ədəd, çəkisi 116,6 qram, əyarı 750 olan qolbağ, 04 ədəd, çəkisi 39 qram, əyarı 750 olan sırğa, 05 ədəd, çəkisi 32 qram, 750 əyar olan üzük, 01 ədəd, çəkisi 4,4 qram, əyarı 750 olan qolbağ, 01 ədəd, çəkisi 4,8 qram, əyarı 916 olan üzük, 02 ədəd, çəkisi 22,3 qram, əyarı 585 olan qolbağ, 02 ədəd, çəkisi 7,9 qram, əyarı 585 olan üzük, 01 ədəd, çəkisi 1,7 qram, əyarı 750 olan kulona yönəldilsin. Əmlaklar açıq hərracda satılsın və onun satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdehnin xx.xx.2019-cu il tarixli, NZLMB-4494 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 3337,04 (üç min üç yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 805,57 (səkkiz yüz beş manat əlli yeddi qəpik) manat faiz borcu, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 4142,61 (dörd min yüz qırx iki manat altmış bir qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2492/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2492/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver