Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2497/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətininin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LD/17206/00002 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə xx.xx.2021-ci il tarixə qədər aylıq borcun 0% dərəcəsini tətbiq etməklə 7242,74 məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri), BOKT “xxxx” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürülmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli arayışa əsasən BOKT “xxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1949,64 AZN, faiz üzrə 0,00 AZN, cərimə üzrə 0,00 AZN olmaqla, ümumilikdə 1949,64 AZN təşkil edir. Göstərilənlərə əsasən, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli, LD/17206/00002 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1949,64 AZN, faiz üzrə 0,00 AZN, cərimə üzrə 0,00 AZN və dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iddianı tam müdafiə etdiyini nəzərə alaraq mülki işə onların iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə göndərilmiş bildirişlər cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LD/17206/00002 №-li kredit müqaviləsinə əsasən BOKT Cavabdeh1 öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə 48 ay müddətinə, illik 0.00% tətbiq edilməklə 7242,74 AZN məbləğində kredit vermişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LD/17206/00002 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirmədikdə bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən verilmiş Hüquqların və tələblərin güzəştli haqqında xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, İlk Kreditor ləğv (iflas) prosesində olan Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin borclu Cavabdeh1 ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və xx.xx.2019-cu il tarixli vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Yeni Kreditor Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə keçmişdir. Həmçinin, işin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-cİ il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 BOKT-a xx.xx.2017-ci il tarixli, LD/17206/00002 saylı müqavilə üzrə kreditin ödəmə müddətinin sonuna 1949,64 AZN, faiz üzrə 0,00 AZN, cərimə üzrə 0,00 AZN olmaqla, cəmi 1949,64 AZN məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən BOKT tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 0,00 faiz olmaqla 7242,74 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, borcun ödənilməsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə güzəşt edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə 7242,74 AZN məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı qeyd olunan borc məbləğinin cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb edir. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin borcun tutulması vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı borcun tutulması öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun tutulmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun tutulması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında borc və zaminlik münasibətləri yaranmış, cavabdehlər müqavilə üzrə üzərilərinə götürdükləri icra etməmişlər. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli, LD/17206/00002 saylı kredit müqaviləsi üzrə 1949,64 AZN (bir min doqquz yüz qırx doqquz manat, altmış dörd qəpik) əsas borc və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli, LD/17206/00002 saylı kredit müqaviləsi üzrə 1949,64 AZN (bir min doqquz yüz qırx doqquz manat, altmış dörd qəpik) əsas borc və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2497/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2497/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver