Məhkəmə qərarları › İş №2(006)-253/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-253/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-253/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Allahverdı̇ yev Şükür İsmayıl oğlu, Allahverdı̇ yeva Vüsalə Yayməddı̇ n qızı və Cavabdeh3 Nərı̇ man oğluna qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 qarşı «kreditin, kredit faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" K.B ASC-nin xeyrinə 11.12.2013-cü il tarixli 139BK/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.05.2018-ci il tarixli 27İK/BKƏ/18 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 19888,88 (on doqquz min səkkiz yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) AZN, faiz borcu üzrə 4817,51 (dörd min səkkiz yüz on yeddi manat, əlli bir qəpik) AZN, cəmi 24706,39 (iyirmi dörd min yeddi yüz altı manat, otuz doqquz qəpik) AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh3 04.05.2018-ci il tarixli 27İK/BKƏ/18 saylı əlavə kredit müqaviləsi üzrə 24706,39 (iyirmi dörd min yeddi yüz altı manat, otuz doqquz qəpik) AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilin ilkin satış qiymətinin 82.000 (səksən iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinın 09 avqust 2021-ci il tarixli 2(006)- 4583/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. 27 dekabr 2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən keçirilmiş 17 dekabr 2021-ci il tarixli, № 9/8166 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Sonradan (26.01.2022-ci il tarixdə) - iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi S.Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli №3 saylı Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Allahverdı̇ yev Şükür İsmayıl oğlu, Allahverdı̇ yeva Vüsalə Yayməddı̇ n qızı və Cavabdeh3 Nərı̇ man oğluna qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait iddiaçı "xxxx" Kommersiya Bankı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Allahverdı̇ yev Şükür İsmayıl oğlu, Allahverdı̇ yeva Vüsalə Yayməddı̇ n qızı və Cavabdeh3 Nərı̇ man oğluna qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar