Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-254/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş “İdrak” markalı elektron nəzarət vasitəsinin dəyəri 2.180,52 manat və “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2.277,40 manat olmaqla, cəmi 4.457,92 manat pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkum Cavabdeh Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-127/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 23.00-dan səhər saal 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2020-ci il tarixdə Nəsimi rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə məhkum Cavabdeh ünvanına 3 gün müddətində idarəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Məhkum Cavabdeh axtarış tədbirləri nəticəsinə şöbəyə gətirilərək xx.xx.2021-ci il tarixdə izahatı alınmış, onunla ilkin qaydada fərdi söhbət aparılmış və həmin tarixdə ona yaşadığı ünvanda “İdrak” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bundan sonra məhkum Cavabdeh yenidən cəzanın icrası qaydalarını pozmuş, yaşadığı ünvanı müvafiq icazə olmadan 10 gündən artıq müddətdə tərk etmiş və qeyd olunan səbəbdən yenidən axtarışa verilmişdir. Məhkum Nəsimi RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçınə təhvil verilmişdir. Məhkuma təhkim edilmiş elektron nəzarət vasitəsi komplektinə baxış keçirilən zaman həmin qolbağın açıldığı və məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkum N.Nəbizadayə yeni növ “Smart" tipli “Attenti" markalı elektron qolbaq tətbiq edilmişdir. Lakin əvvəlki “İdrak" markalı elektron nəzarət vasitəsi dəsti məhkum tərəfindən İdarəyə təhvil verilməmişdir. xx.xx.2021-ci il tarixdə X1 daxil olmuş məlumatdan müəyyən edilmişdir ki, məhkum Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 17:46-da elektron qolbağı açması barədə siqnal daxil olmuşdur və məhkumun elektron qolbağa müdaxilə etməsində əsaslı şübhələr olduğundan dəvət olunub qolbağa baxış keçirilməsi bildirilmişdir. Daxil olmuş məlumat əsasında qolbağa baxış keçirmək məqsədi ilə edilmiş çağırışlara baxmayaraq, məhkum Cavabdeh İdarəyə gəlmədiyindən və cəzanın çəkilməsi məqsədi ilə qaçıb gizləndiyindən onun barəsində növbəti dəfə axtarış elan edilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Nərimanov RPİ-nin MSY-yə yerləşdirilmiş və cəzanın icrasından qərəzli şəkildə yayındığına görə cəzasının müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsinə dair Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 7(006)-140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum X2 əvəz edilmişdir. Məhkəmə prosesi zamanı Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş və qolbağın məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Cavabdeh futbol oynayan zaman qolbağın onun üzərində açılaraq itdiyini məhkəmə prosesində etiraf etmişdir. Bu fakt məhkəmnin 7(006)-140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışna görə həmin “İdrak” markalı elektron nəzarət vasitəsinin dəyəri 2180,52 manat və "Attenti” markalı elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadğından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. İddiaçı böyük icra məmuru Nəsimi Abuşov tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iş üzrə qiyabi qətnamənin çıxarılmasına etiraz etmədikləri qeyd edilmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfin mülki işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 254/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-127/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 13 yanvar 2020-ci il tarixdən 15 yanvar 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,375 qram heroin və 1,270 qram metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, ekspertiza tədqiqatının dəyərinin 108,46 (bir yüz səkkiz, qırx altı) manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə maddi sübut – 02 ədəd “CD” diskin iş materiallarında saxlanılması hökm edilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, Cavabdeh “İdrak” markalı elektron nəzarət vasitəsi tətbiq edilərək, ona mobil qurğu təhkim edilmiş, yaşadığı ünvana 3 ədəd ev siqnal ötürücüsü quraşdırılmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-127/2020 saylı hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş elektron nəzarət vasitəsinin yenisi ilə əvəz edilməsinə dair protokolun surətindən görünür ki, məhkum Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-127/2020 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş “Şans” markalı elektron qolbağı açdığından, ona “Attenti” markalı elektron qolbaq tətbiq edilərək, həmin cihazın çıxarılmasının yolverilməzliyi, qanunla nəzərdə tutulmuş tədbirlər izah edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron nəzarət vasitəsinin cəmi məbləği 2.180,52 manat təşkil edir. "xxxx" ("xxxx") QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96-21 saylı məktubundan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin cəmi məbləği 2.277,40 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7587 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96-21 nömrəli arayışına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli 21/-3-1717 nömrəli məktuba əsasən qeyd edilən mobil nəzarət qurğularına vurulmuş ziyanın miqdarı aşağıdakı kimi müəyyən olunur:
1. “İdrak” markalı elektron nəzarət vasitəsi - 2.180,52 manat;
2. “Attenti” markalı elektron nəzarət vasitəsi – 2.277,40 manat Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cəzaların İcrası Məcəlləsinin 15-2-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-127/2020 saylı hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş, lakin qolbağın məhkumun üzərində olmadığı müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin maliyyə arayışına, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96-21 saylı məktubuna, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7587 saylı rəyinə əsasən “İdrak” markalı elektron nəzarət vasitəsinin dəyəri 2.180,52 manat və “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2.277,40 manat olmaqla, cəmi 4.457,92 manat təşkil edir. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq “İdrak” markalı elektron nəzarət vasitəsinə görə 2.180,52 manat və “Attenti” markalı elektron nəzarət vasitəsinə görə 2.277,40 manat olmaqla, cəmi 4.457,92 manat pul vəsaiti alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh ğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq “İdrak” markalı elektron nəzarət vasitəsinə görə 2.180,52 manat və “Attenti” markalı elektron nəzarət vasitəsinə görə 2.277,40 manat olmaqla, cəmi 4.457,92 manat pul vəsaiti alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh ğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev