Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2543/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, İddiaçınının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, 25 iyul 2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh arasında yazılı şəkildə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “borc verən” 10.000 (on min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “borc alan”a verməyi, “borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndində qeyd olunur ki, “borc verən” bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən tam həcmdə “borc alan”a nağd şəkildə verir. Həmin müqavilənin 2.2.1-ci bəndində qeyd olunur ki, “borc” məbləğini “borc alan” müqavilə qüvvəyə mindiyi tarixdən hər ayda 300 manat olmaqla iki ay, bundan sonra hər ay üçün 400 manat ödəməklə 25 sentyabr 2025-ci il tarixinədək tam həcmdə geri qaytaracaq. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən "borc alan” borc məbləğini vaxtından əvvəl “borc verən”ə geri qaytara bilər. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə bütün əlavə dəyişikiliklər yalnız tərəflərin qarşılıqlı razılğı ilə edilə bilər. Həmin Müqavilənin 4.1-ci bəndində qeyd olunur ki, tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Həmin Müqavilənin 4.2-ci bənində əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq olaraq məhkəmə qaydasında raxılacaq. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı andan qüvvəyə minir və “borc alan” tərəfindən borcun tam həcmdə “borc verən”ə geri qaytarılğı günədək qüvvədə qalır. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən bu Müqavilə tərəflər arasında tam razılaşmanı təşkil edir və borc münasibətləri ilə əlaqədar bütün əvvəlki yazılı və şifahi öhdəlik və razılaşmadan üstündür. Sonradan Cavabdeh həmin müqavilə öhdəliklərini yerinə yetirməyib və həmin borcu iddiaçıya qaytarmamışdır. Belə ki, Cavabdeh həmin 10.000 (on min) manat borcdan cəmi 1.000 (bir min) qaytarmışdır və xx.xx.2024-cü il tarixli iltizamla bunu etiraf edərək bildirib ki, maddi vəziyyəti ağır olduğundan borcu qaytara bilmir və xahiş etmişdir ki, ona 2 ay möhlət verilsin və söz vermişdir ki, xx.xx.2024-cü ildən aldığı borc pulu müqaviləyə uyğun olaraq hər ayın 25-ə qədər 400 manat olmaqla qaytaracaq. Lakin bugünə qədər xəbərdar olmasına baxmayaraq ödəmə olmayıb. Bununla bağlı Cavabdeh 08 iyul 2024-cü ildə rəsmi bildiriş göndərilib və ona bildirib ki, götürdüyü borc puldan ödənməmiş olan hissədə 9.000 manat pulu tam həcmdə ödənməsini xx.xx.2024-cü ilə qədər təmin etsin, əks halda məhkəməyə iddia qaydasında müraciət olunacağı bildirilib. Lakin Cavabdeh aradan 4 aydan çox vaxt keçməsinə baxmayaraq heç bir ödəmə etməyib. Belə olan halda mübahisə olduğundan işə məhkəmə qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya müqavilə üzrə borclu olduğu 9.000 manat, dövlət rüsumu olan 120 manat və vəkilə hüquqi yardıma görə ödənilən 300 manat pulun alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə cavabdehin hazırda 9000 manat borcdan 600 manatı ödədiyini, ona 8400 manat məbləğində borcu qaldığını, həmin ödəməni iyun və iyul ayında, avqust ayında ödəməli olduğu pulu isə sentyabrın əvvəli ödədiyini bildirmişdir. 4.Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul edərək, borcun olduğunu etiraf etmiş, sonda isə iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan borcverən İddiaçı və borcalan Cavabdeh arasında bağlanan 25 iyul 2023-cü il tarixli borc müqaviləsinə əsasən borc verən 10.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə gri qaytarmağ öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən borc alan borc məbləğini müqavilə qüvvəyə mindiyi tarixdən hər ay 300 manat olmaqla iki ay, bundan sonra hər ay üçün 400 manat ödəməklə 25 sentyabr 2025-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli “cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması”na dair bildirişə əsasən cavabdehdən götürmüş olduğu borc puldan ödənilməmiş hissəsi olan 9000 manat pulu tam həcmdə iddiaçıya ödənilməsi məhkəmədənkənar öz aralarında xx.xx.2024-cü il tarixədək həll edilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. 9.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən yazılan xx.xx.2024-cü il tarixli iltizama əsasən o, İddiaçı xx.xx.2023-cü il tarixində götürdüyü 10.000 manat borc puldan cəmi 1.000 manat ödədiyini və hal-hazırda maddi vəziyyətinin ağır olduğuna görə bu səbəbdən pulu mütəmadi ödəyə bilmədiyini bildirərək, ona 2 ay müddət verilməsini xahiş etmiş və bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən aldığı borc pulu müqaviləyə uyğun olaraq hər ayın 25-nə qədər 400 manat olmaqla ödəyəcəkdir. 10.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11.Mülki işin materiallarında olan iddiaçı tərəfindən hazırki işlə bağlı 4 saylı vəkil bürosuna 300 manat məbləğində vəkil xərci ödəmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 25 iyul 2023-cü il tarixli borc müqaviləsinə əsasən 10.000 manat məbləğində borc pul verilmiş, cavabdeh həmin pulu 25 sentyabr 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh yazılı iltizam yazaraq borcu olduğunu etiraf etmiş, həmin pulu ödəyəcəyini vəd etmişdir. Sonradan iddiaçı cavabdehə pulun qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən borc pul qaytarılmamış, iddiaçı məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır. 13.Sonuncu məhkəmə iclasında iddiaçı, cavabdeh tərəfindən borcdan 600 manat ödədiyini, qalıq borcun 8400 manat məbləğində olduğunu bildirmiş, cavabdeh isə iddiaçıya borcu olduğunu etiraf etmiş və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 16.İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddaçı İddiaçı tərəfindən Cavabdeh borc müqaviləsi əsasında 10.000 manat məbləğində pulun verilməsi, cavabdeh tərəfindən həmin puldan ümumilikdə 1600 manat (1.000 manat, 600 manat olmaqla) qaytarması, qalıq borcun 8.400 manat olması işin mübahisəsiz hallarıdır. Hazırda cavabdeh iddiaçıya borcunun olduğunu etiraf edir. 17.Məhkəmə iddia tələbinin 9.000 manat məbləğində borcun pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, iddiaçı, tələbində 9.000 manat tələb etsə də, məhkəmə araşdırması dövründə cavabdeh tərəfindən iddiaçıya ümumi borcdan 600 manat məbləğində pul ödənilmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı özü bunu təsdiq edərək, qarşı tərəfin ona 8.400 manat məbləğində borcu qaldığını bildirmiş və cavabdeh də borcunu etiraf etmişdir. Odur ki, iddia tələbi həmin hissədə tələb olunan məbləğdə yox, 8.400 manat həddində təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 18.Daha sonra məhkəmə iddia tələbinin məhkəmə xərcləri hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı ödədiyi 120 manat dövlət rüsumu və 300 manat vəkil xərcinin cavabdehdən tutulmasını tələb edir. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən həmin məbləğlər ödənilmişdir. İddia tələbi cavabdeh tərəfindən ödənilməli olan borca münasibətdə tam təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. 19.Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8.400 (səkkiz min dörd yüz) manat məbləğində əsas borc, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xərcinin əvəzi olaraq, ümumilikdə 8.820 (səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8.400 (səkkiz min dörd yüz) manat məbləğində əsas borc, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xərcinin əvəzi olaraq, ümumilikdə 8.820 (səkkiz min səkkiz yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2543/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2543/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver