Məhkəmə qərarları › İş №2(006)-2567/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2567/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2567/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Rası̇ m oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rası̇ m oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğinin Cavabdeh Rası̇ m oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Rası̇ m oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində tutulmasına razı olduğunu (məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan) bildirmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehlə aralarında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmadığını, mediator tərəfindən ona təqdim edilmiş bütün sənədləri məhkəməyə verdiyini bildirmişdir. Cavabdeh Rası̇ m oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, məhkəmədən qabaq mediasiya xidməti onu dəvət etmişdir və o, iddiaçının tələbini nəzərə alaraq öz razılığını vermişdir. xx.xx.2023cü il tarixə təyin olunmuş məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində cavabdehlə aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim etdi. Barışıq sazişindən sonra cavabdehin ona ödəniş etməsinə baxmayaraq, məsələ ilə bağlı qətnamə qəbul edilməsini istədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin ona ödənilməmiş aliment borcu vardır, buna görə də iş üzrə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Rası̇ m oğlu məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, mülki işin materiallarını və tərəflər arasında bağlanmış barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, “alimentin artırılması tələbinə dair ailə mübahisəsi üzrə İddiaçı və Cavabdeh aşağıda göstərilən şərtlərlə razılığa gəlmişlər: İkinci tərəf – Cavabdeh övladları – xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində alimenti xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 10-15-i aralığında birinci tərəf – İddiaçı ödənilməsini öhdəsinə götürür”. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hazırki tələbi üzrə məhkəmədən əvvəl – xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlanmış, tərəflər xx.xx.2023-cü il tarixdən başlayaraq sazişin hər ayın 10-15-i aralığında icra olunacağı barədə razılığa gəlmişlər. Lakin buna baxmayaraq, iddiaçı sazişin icra vaxtının (xx.xx.2023) çatmasını gözləmədən xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini məhkəməyə təqdim edərkən barışıq sazişi barədə məlumatları ərizədə qeyd etməyərək və sazişi iddia ərizəsinə əlavə etməyərək, bundan başqa iş üzrə keçirilmiş ilkin hazırlıq iclasında aralarında barışıq olduğunu təkzib edərək, iddiaçı qeyd olunan məsələni gizlətməyə cəhd etmiş, lakin yalnız cavabdehin verdiyi ərizə məhkəməyə daxil olduqdan sonra – hazırki baxış iclasında iddiaçı mediasiya sessiyası nəticəsində aralarında bağlanılmış barışıq sazişini məhkəməyə təqdim etmiş, barışıq sazişi bağlandıqdan sonra cavabdeh tərəfindən göstərilən məbləğdə ödəniş edildiyini etiraf etmişdir. Buna baxmayaraq, cavabdehin ona ödənilməmiş aliment borcu olduğunu əsas gətirərək, iş üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya aralarında barışıq sazişi olduğundan, hər iki tərəfin sazişin şərtlərinə əməl etməyə borclu olduğu, eyni zamanda, cavabdeh barışıq sazişini icra etməkdən imtina etdiyi və ya sazişi könüllü icra etmədiyi təqdirdə həmin barışıq sazişinin təsdiq edilməsi tələbi ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ olduğu izah olunsa da, iddiaçı hazırki iş üzrə iddia icraatı çərçivəsində qətnamə çıxarılmasını təkid etmişdir. Məhkəmə iddiaçının cavabdehin ona ödənilməmiş aliment borcu olduğuna əsaslanaraq, barışıq sazişini icra etməkdən də boyun qaçıracağından ehtiyat etməsi və buna görə də iş üzrə qətnamə qəbul edilməsini tələb etməsinə münasibətdə bir daha qeyd edir ki, iddiaçının cavabdeh barışıq sazişini icra etməkdən imtina etdiyi və ya sazişi könüllü icra etmədiyi təqdirdə həmin barışıq sazişinin təsdiq edilməsi tələbi ilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək və müvafiq qətnamə qəbul edilməsini xahiş etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iddia icraatı çərçivəsində baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinin tələbinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Halbuki, Mülki Prosessual Məcəllənin: 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh Rası̇ m oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Rası̇ m oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar