Məhkəmə qərarları › İş №2(006)-2570/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2570/2022

02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2570/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər ay üçün 193 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 25 iyul 2013-cü il tarixdə rəsmi nikah bağlanmışdır. 10.05.2009-cu il təvəllüdlü X3 adlı bir övladları var. Cavabdehlə aralarında bağlanmış rəsmi nikah Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin məhkəmə həmin qətnamə ilə övladlarının onun yanında qalmasını qət etmişdir. Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh övladları X1 üçün hər ay 100 manat olmaqla, sabit pul məbləğində pul tutulması qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə həmin aliment məbləği artırılaraq 136 manat 60 qəpik olmuşdur. Daha sonra, Nəsimi rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(006)-3700/2020 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq 170 manat məbləğində müəyyən olunmuşdur. Hal-hazırda övladları X3 idmanla məşğul olur və təhsilini inkişaf etdirmək üçün hazırlıq kurslarına gedir. Bu səbəbdən, övladının saxlanılması üçün xərclər xeyli miqdarda artmışdır. Hal-hazırda maddi vəziyyəti bu xərcləri qarşılamağa imkan vermir. O, aralarında olan alimentin miqdarının artırılması ilə bağlı mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün əvvəlcə cavabdehə təklif göndərdikdən sonra, mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda uşaqlar üçün yaşayış minimumu 193 manat həddində müəyyən edilmişdir. Cavabdehin maddi imkanları çox yaxşıdır. Əvvəlki qətnaməyə əsasən müəyyən olunmuş aliment məbləğini müəyyən aylarda ödəmişdir. Övladı onun himayəsindədir və övladının təlim-tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh ona maddi yardım etmir, mənəvi dəstək göstərmir. Cavabdeh atalıq vəzifəsini yerinə yetirməli və uşağına kifayət edən məbləğdə aliment verməlidir. Cavabdeh övladının normal böyüməsi üçün ona qayğı göstərməli, onun bütün ehtiyaclarını ödəməlidir. Bu cavabdehin həm atalıq borcudur, həm də qanunun birmənalı tələbidir. Cavabdehlə boşandıqdan sonra övladı onun himayəsində qalmışdır. Uşaqla özü tək məşğul olur. Böyüdükcə uşağın tələbatları çoxalır və o, təkbaşına bu tələbatları qarşılamaq iqtidarında deyil. Bu səbəbdən, alimentin artırılmasını tələb etmək məcburiyyətindədir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.03.2020-ci il tarixli 2(006)-3700/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli 2(006)-4633/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 10 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 6 saylı Mediasiya Agentliyinin 04 aprel 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh arasında olan alimentin artırılması tələbinə dair mübahisə üzrə 04.04.2022-ci il tarixdə saat 15.15-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və bununla bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.03.2020-ci il tarixli 2(006)-3700/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.03.2020-ci il tarixli 2(006)-3700/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar