Məhkəmə qərarları › İş №2(006)-258/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-258/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-258/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlunun və Cavabdeh2 oğlunun iştirakları ilə, iddiaçı “YELO BANK" ASC-nin cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlu və Cavabdeh2 qarşı "borcun tutulması və s." tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “YELO BANK" ASC cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlu və Cavabdeh2 qarşı "borcun tutulması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelo Bank“ ASC-in xeyrinə 08 may 2018-ci il tarixli 24-BİZ-1-0-6-18 №li kredit müqaviləsi üzrə 15601.39 manat əsas, 1912.4 manat faiz və 67.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 17581.58 manat məbləğində borcun və 26 oktyabr 2018-ci il tarixli 24-BİZ-1-0- 6-18 №li kredit xətti müqaviləsi üzrə 44182.78 manat əsas, 6394.76 manat faiz və 308.03 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 50885.57 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və 0.0398 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin 0.0398 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və 0.0398 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və 0.0398 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılması, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 may 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “YELO BANK" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 26 oktyabr 2018-ci il tarixli 24-BİZ-1-0-6-18 (2) №İi kredit xətti müqaviləsi üzrə 43182.78 manat əsas, 13680.97 manat faiz və 2190.76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 59054.51 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə 0.0398 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin və 0.0398 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və 0.0398 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış, 80.5 kv.m yardımçı sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və 0.0398 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılması, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 may 2018-ci il tarixli Baş kredit müqaviləsinin və 26 oktyabr tarixli kredit xətti verilməsinə dair razılaşmanın ləğv edilməsi barədə qətnamə çıxarılması qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə və barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək ərizəyə əlavə olunmuş şərtlərlə hazırkı Barışıq Sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlu və Cavabdeh2 "borcun tutulması və s." tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə 24-BİZ-1-0-6-18(2) saylı 26 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 39.000 AZN əsas, 13.680,97 AZN faiz, 2.190,76 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.4871,73 (əlli dörd min səkkiz yüz yetmiş bir manat yetmiş üç qəpik) AZN məbləğində borcun olmasım qəbul edir.”

2. “Tərəflər arasında bağlanmış 08 may 2018-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış və 80.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 1 nömrəli fərdi yaşayış evinin və 0.0398 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilsin.”

3. “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin güzəşt olunmaqla qalıq məbləği olan 39.000 AZN əsas borc məbləğini illik 16 faiz olmaqla 21 ay müddətinə (ilk ödəniş 26 may 2022-ci il tarixdən başlanmaqla) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə hər ay 2.141,53 AZN Banka ödəməyi öhdəsinə götürür.”

4. “04 may 2022-ci il tarixə hesablanıb ödənilməyən 15.871,73 AZN məbləğində olan faiz və cərimə borcu yeni veriləcək ödəniş cədvəli üzrə son ödəniş tarixinə keçirilir.”

5. “Cavabdehlər yeni qrafik üzrə ödənişlərini hər ay qrafikdə göstərilən tarixlərdən 3 günü keçməməklə ödədiyi təqdirdə, sonuncu ödənişə keçirilmiş cəmi 15.871,73 AZN faiz və cərimə borcunu güzəşt etməyi Bank öz öhdəsinə götürür. Cavabdehlər tərəfindən yeni qrafik üzrə qalıq bütün əsas borc və həmin günə hesablanmış faiz borcu vaxtından əvvəl tam bağlanıldığı təqdirdə kredit tam bağlandığı gündən sonrakı aylara hesablanmış faiz borcu və 04 may 2022-ci il tarixə hesablanıb ödənilməyən 15.871,73 AZN məbləğində olan faiz və cərimə borcu tam güzəşt olunsun.” (cədvəl əlavə olunur)

6. “Cavabdehlər sazişin 5-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış və 80.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 1 nömrəli fərdi yaşayış evinin və 0.0398 ha torpaq sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.”

7. “Ödənişlərin bu Sazişin 5-ci bəndində göstərilən şərtlərə uyğun olaraq 2 (iki) dəfədən artıq icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 54.871,73 (əlli dörd min səkkiz yüz yetmiş bir manat yetmiş üç qəpik) AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankın xeyrinə tutulsun.”

8. “Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.”

9. “Məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödəniləcəkdir.”

10. “Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlu və Cavabdeh2 qarşı "borcun tutulması və.s" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 24.05.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" ASC ilə cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlu və Cavabdeh2 arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 24.05.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə 24-BİZ-1-0-6-18(2) saylı 26 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 39.000 AZN əsas, 13.680,97 AZN faiz, 2.190,76 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 5.4871,73 (əlli dörd min səkkiz yüz yetmiş bir manat yetmiş üç qəpik) AZN məbləğində borcun olmasım qəbul edir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

2. “Tərəflər arasında bağlanmış 08 may 2018-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış və 80.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 1 nömrəli fərdi yaşayış evinin və 0.0398 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilsin.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

3. “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kreditin güzəşt olunmaqla qalıq məbləği olan 39.000 AZN əsas borc məbləğini illik 16 faiz olmaqla 21 ay müddətinə (ilk ödəniş 26 may 2022-ci il tarixdən başlanmaqla) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə hər ay 2.141,53 AZN Banka ödəməyi öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

4. “04 may 2022-ci il tarixə hesablanıb ödənilməyən 15.871,73 AZN məbləğində olan faiz və cərimə borcu yeni veriləcək ödəniş cədvəli üzrə son ödəniş tarixinə keçirilir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

5. “Cavabdehlər yeni qrafik üzrə ödənişlərini hər ay qrafikdə göstərilən tarixlərdən 3 günü keçməməklə ödədiyi təqdirdə, sonuncu ödənişə keçirilmiş cəmi 15.871,73 AZN faiz və cərimə borcunu güzəşt etməyi Bank öz öhdəsinə götürür. Cavabdehlər tərəfindən yeni qrafik üzrə qalıq bütün əsas borc və həmin günə hesablanmış faiz borcu vaxtından əvvəl tam bağlanıldığı təqdirdə kredit tam bağlandığı gündən sonrakı aylara hesablanmış faiz borcu və 04 may 2022-ci il tarixə hesablanıb ödənilməyən 15.871,73 AZN məbləğində olan faiz və cərimə borcu tam güzəşt olunsun.” (cədvəl əlavə olunur) məzmunlu barışıq sazişi təsdiq edilsin.

6. “Cavabdehlər sazişin 5-ci bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 182.7 kv.m ümumi, 102.2 kv.m yaşayış və 80.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 1 nömrəli fərdi yaşayış evinin və 0.0398 ha torpaq sahəsini girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

7. “Ödənişlərin bu Sazişin 5-ci bəndində göstərilən şərtlərə uyğun olaraq 2 (iki) dəfədən artıq icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 54.871,73 (əlli dörd min səkkiz yüz yetmiş bir manat yetmiş üç qəpik) AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankın xeyrinə tutulsun.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

8. “Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

9. “Məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödəniləcəkdir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

10. “Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.” məzmunlu barışıq sazişi təsdiq edilsin.

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Vəlı̇ yev Elnur Namazalı oğlu və Cavabdeh2 qarşı "borcun tutulması və s." tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar