Məhkəmə qərarları › İş №2(006)-2583/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2583/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2583/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı "nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı "alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək NAS 01/465/19- N №-li xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş cari ödənişlər üzrə 2985,36 manat, əmlakın dəyərinin qalığı üzrə 213,29 manat, cərimə üzrə 300,00 manat, cəmi 3498,65 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-dən tutularaq "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aralarında bağlanmış xx xxxxxx 2019cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsinə əsasən qiyməti 3.198,65 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazımatları ilə birlikdə Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq İddiaçı MMC-yə aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əlavə olan Ödəniş qrafikinə əsasən xx.xx.2021-ci il tarixinədək, ödənişləri üzrə 2835,36 manat, əsas borc qalığı üzrə 213,29 manat, cərimə üzrə 1618,46 manat, cəmi 4817,11 manat məbləğində borcu yaranmışdır. xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn ödənişlərin həyata keçirilməsi barədə İddiaçı MMC tərəfindən rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh1 tərəfindən ödənişlərin edilməsi 413 gün müddətində gecikdirilmiş və beləliklə müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. İddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, NAS 01/465/19-N №-li xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3198,65 manat məbləğində borc, 300 manat məbləğində dəbbə pulunun, cəmi 3498,65 manat borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh1 tutularaq "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3-yə məhkəmə bildirişi göndərilsə də, cavabdehlərə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li ödəniş qrafikindən görünür ki, Cavabdeh1 xx.xx.2019-xx.xx.2021-ci il tarixləri müddətində hər ay 213,24 manat "İddiaçı" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsindən görünür ki, qiyməti 3.198,65 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazımatları ilə birlikdə Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq pul məbləğini hissə-hissə 15 (on beş) ay müddətinə İddiaçı MMC-yə aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, "İddiaçı" MMC-nin adından satıcı Əhməd Çobanov xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsi üzrə 1 (bir) ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazımatları (1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd polobarot vintil, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 20 ədəd 35-lik radiator, 80 ədəd radiator, 9 ədəd radiator asqı seti, 1 ədəd tanqıt ip, 18 ədəd radiator vintil və 18 ədəd rekor 25) alıcı Cavabdeh1 təhvil vermişdir. Mülki işin materiallarında olan bildirişlərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi barədə Cavabdeh1 xəbərdar edilmişdir. Mülki işin materiallarında olan "İddiaçı" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsi əsasən ödənişlər üzrə borc qalığı 3198,65 manat, dəbbə pulu 2495,88 manat, cəmi 5694,53 manat borcu vardır. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, "İddiaçı" MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixli NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsinin 13.1.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim günündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdiribsə, satıcı müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NAS 01/465/19-N №-li nisyə alqı-satqı müqaviləsinə əsasən "İddiaçı" MMC dəyəri 3198,65 manat olan əşyaları Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə ödəməyi öhdəsinə götürsə də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etməmiş və nəticədə "İddiaçı" MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin materiallarında olan maliyyə arayışında hazırk iş üzrə cavabdehin 2495,88 manat dəbbə pulu borcunun olması qeyd edilsə də, iddiaçı tərəfindən cavabdehdən 300 manat məbləğində dəbbə pulunun tutulması tələb edildiyindən, məhkəmə tərəfindən tələb edilən 300 manat məbləğində dəbbə pulunun tutulması məsələsinə münasibət bildirilməsi daha ədalətli olardı. Məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulu ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 300 manat dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 150 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi zaminlərə münasibətdə əsassızdır və həmin hissədə rədd edilməlidir. Azərbycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 89.1-ci maddəsinə əsasən yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Beləliklə, iddiaçı "İddiaçı" MMC digər cavabdehlər-zaminlər Cavabdeh2 və Cavabdeh3-yə münasibətdə iddia tələblərini əsaslandırmaq üçün heç bir sübutu məhkəməyə təqdim etməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilərlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, Cavabdeh1 NAS 01/465/19-N №-li xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş cari ödənişlər üzrə 3198,65 manat əsas borc, 150 manat dəbbə pulu, cəmi 3348,65 manat məbləğində pul alınaraq "İddiaçı" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh1 iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 NAS 01/465/19-N №-li xx xxxxxx 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə edilməmiş cari ödənişlər üzrə 3198,65 (üç min yüz doxsan səkkiz manat altmış beş qəpik) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3378,65 (üç min üç yüz yetmiş səkkiz manat altmış beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "İddiaçı" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar