Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2606/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı “X4” ASC-nin cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X4” ASC iddia ərizəsi ilə 03 noyabr 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 846,57 (səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 8,30 (səkkiz manat otuz qəpik) manat faiz, cəmi 854,87 (səkkiz yüz əlli dörd manat səksən yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X4” ASC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X4” ASC ilə borclu X3 arasında bağlanmış 21.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 27,90% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Kontoruna 22.04.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Kontorunun 22.04.2020-ci il tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar vərəsələr ünvan 1 ünvanında qeydiyyatda olan X2 və Cavabdeh2 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan X1 varisi kimi cavabdeh-vərəsələr X2 və Cavabdeh2 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 02.11.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 664,16 manat əsas, 9,86 manat faiz, cəmi 674,02 manat borcu yaranmışdır. Cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan “X4” ASC ilə borclu X3 arasında bağlanmış 21.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 27,90% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Kontorunun 22.04.2020-ci il tarixli cavab məktubundan görünür ki, X3 vəfat etməsi ilə əlaqədar vərəsələr ünvan 1 ünvanında qeydiyyatda olan X2 və Cavabdeh2 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan X1 varisi kimi cavabdehvərəsələr X2 və Cavabdeh2 müəyyən olunması anlamına gəlir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 02.11.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 664,16 manat əsas, 9,86 manat faiz, cəmi 674,02 manat borcu yaranmışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü 846,57 (səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 8,30 (səkkiz manat otuz qəpik) manat faiz, cəmi 854,87 (səkkiz yüz əlli dörd manat səksən yeddi qəpik) manat borc cavabdehlərdən ASC-nin xeyrinə tutulması barədə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 443.1 maddəsinə əsasən, “öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Kontorunun 22.04.2020-ci il tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar vərəsələr ünvan 1 ünvanında qeydiyyatda olan X2 və Cavabdeh2 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan X1 varisi kimi cavabdeh-vərəsələr X2 və Cavabdeh2 müəyyən olunması anlamına gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərvərəsələr Cavabdeh1, Cavabdeh2 846,57 (səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 8,30 (səkkiz manat otuz qəpik) manat faiz, cəmi 854,87 (səkkiz yüz əlli dörd manat səksən yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 846,57 (səkkiz yüz qırx altı manat əlli yeddi qəpik) manat əsas, 8,30 (səkkiz manat otuz qəpik) manat faiz, cəmi 854,87 (səkkiz yüz əlli dörd manat səksən yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2606/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2606/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver