Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-261/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin numayəndəsi X2, Cavabdeh numayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 29 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4801.59 AZN əsas borc, 133.76 AZN faiz borcu və 157.39 AZN cərimə dövlət rüsumunun tutulması, Cavabdeh ilə “Yelo Bank" ASC arasında bağlanmış 29 iyul 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 iyul 2021-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.3 faizlə 24 ay müddətinə 30000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şənlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il iyulun 21-dək Cavabdeh banka 29 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4801.59 AZN əsas borc, 133.76 AZN faiz borcu və 314.78 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 5250.13 AZN borcu vardır. Cavabdeh 29 iyul 2 21-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 314.78 AZN təşkil etməsinə - baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 157.39 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçınr. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh numayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dair mülahizə təqdim edərək qeyd etmişdir ki, İddiaçıASC-nin Cavabdeh qarşı əsassız pul tələbinə dair iddiasını qəbul etmirlər. İddia üzrə tələb olunan borc məbləği həddən artıq şişirdilmişdir. Beləki, 29 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə illik 15.3 %-lə, 24 aylıq 30 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi müddətində cavabdeh 33 825 manat kredit ödənişi etsə də, İddiaçı ASC əsassız olaraq, Cavabdeh 5250 manat vəsait tələb edir. Məhkəmə araşdırılması zamanı məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı məhkəməyə vəsatət vermiş və vəsatətdə ekspertiza qarşısında işin ədalətli araşdırılması üçün suallar qoyulmuşdu. Vəsatət təmin edilmiş və Məhkəmə Mühasibatlıq ekspertizası ilkin olaraq cavabdehin bank qarşısında 1182 manat əsas, 10,56 faiz borcunun olduğuna dair rəy vermişdir. İddiaçı ekspert rəyindən narazı olmuş və təkrar ekspertizanın təyin olunması barədə vəsatət vermiş və təkrar ekspertiza rəyinə əsasən Məhkəmə Mühasibatlıq ekspertizası cavabdehin bank qarşısında 1182 manat əsas, 11,56 faiz borcunun olduğuna dair rəy vermişdir. Hər iki ekspert rəyi reallığı tam əks etdirməsə də, onlar rəyləri qəbul edirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız pul tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. 29 iyul 2021-ci il tarixli, 22-Y-1-0-1420-21 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalan Cavabdeh 24 ay müddətinə illik 15.3% dərəcəsi ilə 30.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 29 iyul 2021-ci il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh hesabına 30.000 manat məbləğində kredit köçürülmüşdür. İddiaçı ASC tərəfindən borcluya ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu ödəməli olduğu barədə Bank tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 29 iyul 2021ci il tarixli, 22-Y-1-0-1420-21 nömrəli kredit müqaviləsi üzrə kreditin bitmə tarixi xx.xx.2023cü il tarixə 4801,59 manat əsas, 133,76 manat faiz borcu, 314,78 manat cərimə borcu olmaqla cəmi 5250,13 manat borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8399 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 22- Y-1-0-1420-21 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 1193,50 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1182,94 manat, faiz borcu üzrə 10,56 manatdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/562 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 22- Y-1-0-1420-21 saylı kredit müqaviləsinə əsasən, iddia tələbinin tarixinə, yəni xx.xx.2023cü il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 1194,5 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1182,94 manat, faiz borcu üzrə 11,56 manatdır. Ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, 29 iyul 2021-ci il tarixli, 22-Y-1-0-1420-21 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə illik 15.3% dərəcəsi ilə 30.000 manat məbləğində kredit verməyi, o, isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə iş materiallarından göründüyü kimi, İddiaçı ASC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun iddiaçıya xx.xx.2024-cü il tarixli, 9/562 nömrəli ekspert rəyinə əsasən 1182,94 manat əsas, 11,56 manat faiz borcu, cəmi 1194,5 manat borcu vardır. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iş üzrə 2 dəfə ekspertiza təyin olunmuş birinci ekspertiza rəyi ilə əsas borc üzrə 1182,94 manat, faiz borcu üzrə 10,56 manat müəyyən edilmiş cavabdeh bu rəylə razılaşmamış və ikinci ekspert rəyi ilə isə yenə cavabdehin əsas borcunun 4801,59 manat deyil 1182,94 manat, faiz borcunun 133,76 manat deyil, 11,56 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin olunan hər iki ekspertiza zamanı verilmiş ekspert rəyində ( ekspert rəyləri arasında fərq yalnız 1 manat faiz hissədə göstərilmişdir) cavabdehin ödənilməmiş borcunun iddia tələbində qeyd edilən məbləğdən kəskin fərqlənən məbləğ olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, bu zaman sonuncu ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. MM-in 462.1 və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və 29 iyul 2021-ci il tarixli, 22-Y-1-0-1420-21 saylı kredit müqaviləsi üzrə 100 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq iddianın “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli 22-Y-1-0-1420-21 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 1182,94 manat, faiz borcu üzrə 11,56 manat, cərimə borcu üzrə 100 manat, cəmi 1294,50 manat və dövlət rüsumu kimi ödənilmiş 70,93 manatın 18 manatı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, 22-Y-1-0-1420- 21 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 1182,94 manat, faiz borcu üzrə 11,56 manat, cərimə borcu üzrə 100 manat, cəmi 1294,50 (bir min iki yüz doxsan dörd manat, əlli qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 70,93 manatin 18 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 200 manat məbləğində pul vəsaitinin 149,2 manatı iddiaçı "xxxx" ASC-dən, 50,8 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE********************) köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-261/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-261/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver