Məhkəmə qərarları › İş №2(006)-2619/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2619/2020

27.10.2020 · Müqavilələrin bağlanması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2619/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X29 qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 nümayəndəsi X13, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı və X6 cavabdeh “xxxxxxxx” MMMC-nə qarşı “çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan, qanuna zidd fəaliyyəti” tələbinə dair ilkin; iddiaçı “xxxxxxxx” MMMC-nin cavabdehlər İddiaçı və X7 qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X9 cavabdeh “xxxxxxxx” MMMC-nə qarşı “çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan, qanuna zidd fəaliyyəti” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxxx» MMMC-nin çoxmənzilli binanın mülkiyyətçiləri ilə 2017-ci ilin may ayından xidməti müqavilə bağlanması və kommunal xərclər tarifləri müəyyən edilməsi öhdəliyini «xxxxxxxxx» MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxx” MMMC cavabdehlər X14 və X7 qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 iyun 2020-ci il daxil olmaqla MMCnin fonduna 3145 manat olan borcunun və X10 iyun 2020-ci il daxil olmaqla MMC-nin fonduna 1380 manat olan borcunun məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxx” MMMC qarşılıqlı iddia ərizəsinə məhkəməyə əlavə təqdim edərək, X5 xx xxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 manat tutularaq MMC-nə ödənilməsi, İddiaçı xx xxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 manat tutularaq MMC-nə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X19 və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 nümayəndəsi X22 məhkəmə iclasında izahat verərək bildirmişdirlər ki, «xxxxxxxx» MMMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlərinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. «xxxxxxxx» MMMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasıda Dövlət və İctimai Mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil -kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozululması faktdır. Yəni xidməti və kommunal xərclərə görə bu günədək sudan, istifadəyə görə pul alınması barəsində xidməti müqavilə bağlanmadan özbaşna hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirlər. Eyni zamanda «xxxxxxxx» MMMCnin idarə heyətinin səlahiyyət müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin ilin sentyabr ayından qanunla səlahiyyəti olmayan, X24 xx xxxxx 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşna saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. «xxxxxxxx» MMMC-nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyəti göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə kommual müqaviləsi bağlanmadan X24 qeri-qanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd otağa görə 85 manat məbləqində pul alır. X17 qanunsuz fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciətləri olmuş və müraciətlərində iddiaçılara cavab verilmişdir ki, iddiaçılar və digər mülkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Hal-hazırdada mənzil sakinlərindən kommunal müqavilə bağlanmadan pul yığılır. Kommunal müqavilə bağlanması tələblərinə cavab verilmir. Son dəfə xx xxxxxx 2020-ci il tarixdə təkrarən Cəmiyyətə müraciət etmişlər, müraciətlərinə cavabsız qalmışdır. Yəni mülkiyyətçilərin çoxlusayda dövlət orqanlarına rəsmi müraciətlərinə cavab verilmir. «xxxxxxxx» MMMC-nin rəhbərliyinin İdarə Heyəti ilə 2017-ci il may ayından, xidməti müqavilə və kommunal xidməti, müqavilə bağlanması müyyən edilmədiyindən bağlanması öhdəliyini «xxxxxxxx» MMMC- nin rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilsin. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etməkdən istifadə edərək, qaz, elektrik enerjinin və su xidmətləri dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, cəmiyyət üzvləri ilə müqavilə öhdəlikləri olmadan öz istəyi ilə pul tələb etməsi çoxlusayda mənzil mülkiyyətçilərin haqlı narazılığına əsas olmuşdur. Lakin su dəyərinin dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, cavabdeh öz istəyi ilə qanunsuz olaraq müqavilə öhdəlikləri olmadan öz istəyi ilə mülkiyyətçilərdən su pulu tələb edir. Məlumat üçün bildirirlər ki, ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaların, Q.Quliyev 21, İmran Qasımov küçəsi 16 və Xan Şusinski 12 saylı binaların eyni zamanda iddiaçılar tərəfindən binanın ümumi əmlakının istismarı məqsədi ilə «xxxxxxxx» MMMC qeyri- kommersiya qurumu kimi yaradılmış və həmin Cəmiyyət xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2017-ci il tarixdə vergi orqanında uçotuna alınmışdır. Cəmiyyət fəaliyyətə başladığı anda nizamnamə əsasında Cəmiyyətə rəhbərlik , mənzil mülkiyyətçilərinin və nizamnamə ilə müəyyən edilmiş, Cəmiyyətin qanuni təmsilçisi X20 iki il müddətinə seçilmişdir. Eyni zamanda qeyd edirlər ki, X20 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Audit idarəsinin rəis müavini vəzifəsini icra edir. Eyni zamanda «xxxxxxxx» MMMC-nin sədri kimi dövlət reyesteri və Cəmiyyətin bank hesabıda onun adınadır. «xxxxxxxxx» MMMC-nin sədri N. Kərimov xx xxxxx 2019-cu ildə səlahiyyət müddəti bitdiyinə görə rəsmi olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş və müraciət əsasında yeni idarə heyətinin və sədrin çeçilməsi öz həllini tapmamışdır. Buna baxmayaraq X24 xx xxxxx 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşna saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. «xxxxxxxxx» MMMC -nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyət göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə komnual müqaviləsi bağlanmadan X24 qeri-qanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd-otağa görə 85 manat məbləqində pul alır. X17 qanunsuz fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciətim olmuş və müraciətlərində iddiaçılara cavab verilmişdir ki, iddiaçılar və digər müİkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Yəni Cəmiyyətin qanuni təmsilçisi X3 müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Lakin Cəmiyyətin sədri qanuna zidd olaraq öz fəaliyyətini davam etdirməkləklə, özbaşınalıqla qanunsuz hesab etdikləri, qanunsuz əməlləri ilə mənzil mülkiyyətçilərin hüquqlarını kobud pozurlar. Yəni xx.xx.2019-cu il tarixdən idarə heyətinin sədrin və idarə heyətinin digər üzvlərinin səlahiyyət müddəti bitməsinə baxmayaraq, yeni idarə heyəti yaradılmadan Ədliyyə Nazirliyinin qeydiyatından keçməyərək X24 özünü qeyri-qanuni idarə heyətinin sədri kimi, qanuna zidd əsaslarla fəaliyyət göstərməklə çoxlusayda mülkiyyətçilərin hüquqlarına zidd fəaliyyət göstərir. Yəni mülkiyyətçilərin düşdüyü şəraitin, birbaşa mülkiyyətçilərə özünü Cəmiyyətin sədri kimi elan edən X17 əməli araşdırılmasının labüdlüyünü nəzərə alaraq, qanunsuz hərəkətləri hesab edirlər ki, MPM-nin 265.4-ci maddəsinə görə, «Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad prbkurora xəbər verir.» Qeyd edilən normanın tələbini nəzərə alımasını və hesab edirlər ki, X17 qanunsuz və özbaşına əməllərinə hüquqi qiymət verilməlidir. Belə ki, X17 qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçilərdən qanunsuz olaraq aldığları ödəmələr, ondan alınaraq ödənilməlidir və ondan tələb olunmalıdır. Eyni zamanda mülkiyyətçilərdən qanunsuz pul tələbi, yəni X17 qanunsuz mülkiyyətçilərdən aldığları məbləqin qaytarılmasımda tələb edirlər. «xxxxxxxx» MMMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin İdarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlərinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. «xxxxxxxx» MMMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasıda Dövlət və İctimai mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil -kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozurulması faktdır. Qeyd olunanlara əsasən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X19 və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 nümayəndəsi X22 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X6 2017-ci ilin may ayından 2020-ci ilin iyun ayı da daxil olmaqla, 4 otaqlı mənzilə görə hər ay 85 manat olmaqla “xxxxxxxx” MMMC-nin fonduna olan borcu 3145 AZN təşkil edir, X10 isə 2017-ci ilin may ayıı 2019-cu ilin iyun ayınadək borcu 960 manat (həmin müddətdə 3 otaqlı mənzilə görə hər ay 65 manat ödəməli olduğu halda hər ay 25 manat pul ödəmişdir), 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayınadək borcu isə 420 manat (həmin müddətdə 3 otaqlı mənzilə görə hər ay 65 manat ödəməli olduğu halda hər ay 30 manat pul ödəmişdir), cəmi 1380 manat təşkil edir. Qarşılıqlı iddia qaldıraraq, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 İyun 2020-ci il daxil olmaqla “xxxxxxxx” MMC-nin fonduna 3145 AZN olan borcunu və eləcə də digər iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X10 İyun 2020-ci ii daxil olmaqla “xxxxxxxx” MMC-nin fonduna 1380 AZN olan borcunu məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edirlər. Cavabdehlər ilə “xxxxxxxx” MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçündə məcburi olduğundan, “xxxxxxxx” MMMC-si qarşılıqlı iddia üzrə cavabdehlərdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx.xx.2017-ci il tarixliqərarından görünür ki; “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; “xxxxxxxx”mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi; "xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “xxxxxxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hüquqi ünvanının müəyyən edilməsi; “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi, "xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. “xxxxxxxx” mənzil mülkyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri X2. Kompleksdə, xx.xx.2017-ci il tarixindən etibarənsakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər ücün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər ücün - 85 (səksən bes) manat təyin olunmuşdur.Sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış «xxxxxxxx» Mənzil Mülkiyvətcilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Cavabdehlər kompleksdə təyin olunmuş aylıq ödənişlərlə Aprel 2017-ci il tarixindən məlumatlıdırlar və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayırlar. Sadəcə məqsədləri müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəliklərdən yayınmaq, “xxxxxxxx” MMMC-nin istər əvvəlki istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınırlar. Lakin, “xxxxxxxx” MMMC-i Qanunun Aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri Qanuna riayət etməyə çağırır. Cavabdehlər ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olurlar, axı digər sahə mülkiyyətçiləri onların əvəzinizə ödəməli deyirlər !!! «xxxxxxxx» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin qanuni təmsilçisi seçilmiş X1 müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. “xxxxxxxx” MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx xxxx 2019-cu iltarixli protokolundan görünür ki, “xxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi, “xxxxxxxx” MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyəti şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi ifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə ifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə “xxxxxxxx” MMMC İdarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. “xxxxxxxx” MMMC idarə heyətinin sədri X4. “xxxxxxxx” MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X4. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 manat təyin olunmuşdur. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşməklərinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, AR-da minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, “xxxxxxxx” MMMC-i xx.xx.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini (qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksi daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Qeyd olunanlara əsasən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X11 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, o, öz ailəsi ilə birlikdə iyul 2014-cü ildən atasına məxsus olan ünvan 2 ünvanında yaşayır. Yaşadığı mənzil Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və “xxxxx” MTK tərəfindən inşa etdiyi çoxmənzilli (4 yeni inşa edilmiş bina, 272 mənzil) yaşayış kompleksində yerləşir. Əvvəllər onların çox mənzilli yaşayış kompleksi “xxxxx” MTK” tərəfindən idarə edilirdi, çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmiri üçün 3 otaqlı mənzillərdən 110 manat, 4 otaqlı mənzillərdən isə 130 manat alırdı. Lakin, 2016-cı ilin sonunda AR-da energi istifadəsinin, xüsusən də İşığın və Gazın qiymətlərinin artması səbəbindən “xxxxx” MTK” aylıq ödənişləri artıraraq 2017-ci ilin yanvar ayından 3 otaqlı mənzillər üçün 180 manat, 4 otaqlı mənzillər üçün isə 220 manat səviyyəsinə qaldırdı. Bundan narazı qalan sakinlər birgə toplanaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər mövcud Qanunvericiliklərə uyğun olaraq, “xxxxx” MTK-nı ləğv edibbunun əvəzində isə xx xxxxx 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud Qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək “xxxxxxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdırlar. Beləliklə. xx.xx.2017-ci il tarixindən etibarən binaların idarəetməsi sakinlər tərəfindən əl-ələ verərək həyata keçirildi: kompleksin mərkəzi işıqlandırılması, təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift servizi, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun verilməsi, kompleksin ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65(altmış beş) manat;4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər mövcud Qanunvericiliklərə uyğun olaraq hər bir sahə mülkiyyətçisi təyin edilmiş bu məbləği vaxtında və tam məbləğdə ödəməyə borcludur.Göründüyü kimi, kompleksin ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər üçün təyin olunmuş məbləğ bütün sahə mülkiyyətçiləri üçün bərabər olmaqla bu məbləğlər vaxtında və tam ödənilməlidir. Lakin, yaradılmış gözəl və şəffaf şəraitə baxmayaraq, binaların saxlanması üçün lazım olan bu aylıq ödənişin vacibliyini bütün yaşayış kompleksinin xx.xx.2017-ci il tarixindəkeçirilən ümumi yığıncaqda səsə qoyulmuş və 145 sahə mülkiyyətçisi tərəfindən təsdiq edilmiş bu qərara baxmayaraq bəzi sahə mülkiyyətçiləri və o cümlədən hazırda “xxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə iddia qaldıran bu 2 sakin müxtəlif səbəblər, bəhanələr və hətta reketlik edərək ödənişlərdən yayınmağa başlamışlar. “xxxxx” MTK idarəçiliyi zamanı sanki 110/130 manat ödəyən bu sakinlər hazırda 65/85 manat ödəməkdən boyun qaçırlar. Axı kompleksdə təyin olunmuş aylıq ödənişlərlə bütün sakinlər Aprel 2017-ci il tarixindən məlumatlıdırlarvə bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu sözügedən bu 2 sakin də tam anlayır. Sadəcə onların məqsədləri müxtəlif yalan və bəhanələrlə ödənişlərdən yayınmaq, “xxxxxxxx” MMMC-nin istər əvvəlki istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədəqorxular edərək ödənişlərdən yayınırlar. Eşitdiyimə görə, bunların “xxxxxxxx”-ə qarşı iddiasının predmeti odur ki, sanki “xxxxxxxx” MMMC-si bunlarla xidməti müqavilə bağlamır və sair... “xxxxxxxx” MMMC-si bütün sakinlərlə müqavilə bağlanmasını təklif etmiş və bunu həyata keçirmişdir. Bugün, yaşayış kompleksinin sakinlərinin çox böyük əksəriyyətinin “xxxxxxxx” MMMCsi ilə müqavilələr mövcuddur. Halbuki, AR-nın Mənzil Məcəlləsi heç bu müqavilələrin olubolmamasından asılı olmayaraq təyin edilmiş ümumi xərclərdə HƏR BİR mülkiyyətçinin iştirak etməyini müəyyən edir. Və demək ki, əgər bugünə qədər sözügedən 2 mənzil sahibkarları X9 və İddiaçı Haciağa qızının müqavilərəri yoxdursa bu YALNİZ və YALNİZ onların özlərinin səbəbindəndir. “xxxxxxxx” MMMC-si onlara müqavilə imzalamağa dəfələrlə təklif etmiş, hətta onların hətta qapisina bu təkliflə gəlmiş, lakin idarəetmə heyyəti onların qapılarından qovalanmışar. “xxxxxxxx” MMMC-sinin yeni seçkiləri keçən il xx xxxx 2019-cuil tarixdə baş tutmuşdur. Cəmiyyət özünə yeni Sədr və idarəetmə heyyəti seçmişdir. Seçkilərdə 156 sahə mülkiyyətçisi iştirak etmiş və binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər üçün tutulan məbləğ qaldırılmamışdır. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşməmizə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, AR-da minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq,3 otaqlı mənzillər üçün - 65 manat; 4otaqlı mənzillər üçün - 85 manat dəyişdirilmədən saxlanmışdır, Lakin bütün bunlara baxmayaraq, bir neçə sahə mülkiyyətçiləri, o cümlədən X9 və İddiaçı Haciağa qızı qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmişaylıq ödənişləri nəinki yerinə yetirmirlər, hətta müxtəlif yollarla “xxxxxxxx” MMMC-nin qanuni idarəetməsinə mane olurlar. Məhkəmə iclasında iştirak edən şahid X16 şahid X15 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 nümayəndəsi X13, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X8 və şahidlərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3. və 135.2.4-cü maddələrinə görə, mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 138.4-cü maddəsinə görə, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 138.5-ci maddəsinə əsasən, Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 146.0 kv.m ümumi, 82.9 kv.m yaşayış sahəsi, 63.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1077 nömrəli reyestr kitabının 97225 nömrəli vərəqində qeydiyyata alınmış və Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 179.8 kv.m ümumi, 106.1 kv.m yaşayış sahəsi, 73.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1834 nömrəli reyestr kitabının 168895 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X9 məhkəməyə müraciət edərək, «xxxxxxxxx» MMMC-nin çoxmənzilli binanın mülkiyyətçiləri ilə 2017-ci ilin may ayından xidməti müqavilə bağlanması və kommunal xərclər tarifləri müəyyən edilməsi öhdəliyini «xxxxxxxxx» MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulmasını tələb edirlər. Belə ki, “xxxxxxxx” MMMC ümumi yığıncağın protolundan çıxarışda qeyd edilir: “ iştirak edirlər 142 sayda mənzil mülkiyyətçisi. Gündəlik duran məsələlər. 1. Cəmiyyətlə mənzil mülkiyyətçiləri arasında xidmət müqavilələrinin bağlanması. 2. Mənzil mülkiyyətçilərinin, kompleksin saxlanılması üçün tələb olunan xirclərdən irəli gələn smetasına uyğun olaraq aylıq “kommunal xərc”lərin təyin olunması. Gündəlik duran məsələlər üzrə müzakirələr keçirilərək qərar qəbul olundu. 1. Cəmiyyətlə mənzil mülkiyyətçiləri arasında, müvafiq məzmunda, qanunvericiliyə uyğun mətndə “xidmət müqaviləsi” tərtib olunaraq imzalansın. 2. Kompleksin ümumi orta aylıq xərclərinin məcmu göstəricilər nəzərə alınaraq və mənzillərin sahəsindən asılı olaraq, mənzillərin aylıq “kommunal xərclər”i aşağıdakı cədvəldə göstərilən tərzdə təyin olunsun: təmirli 3 otaqlı mənzillər üçün 65 manat, təmirli 4 otaqlı mənzillər üçün 85 manat.” ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X9 məhkəməyə öz iddialarına dair heç bir sübut təqdim etmirlər. Halbu ki, 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz onların üzərinə düşür. Odur ki, İddiaçı və X6 iddiası tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilərək X5 xx xxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 (səksən beş) manat tutularaq “xxxxxxxx” MMMC-nə ödənilməli, İddiaçı xx xxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 (altmış beş) manat tutularaq “xxxxxxxx” MMMC-nə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə “xxxxxxxx” MMMC ı tərəfindən 30 manatdövlət rüsumuödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1cimaddəsinəgörə“Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə “xxxxxxxx” MMMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəziolaraq30 manatməbləğindəpulİddiaçı və X5 “xxxxxxxx” MMMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim edilmiş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi mövcud qanunvericilik nümayəndənin göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi zamanı konkret halların və çıxış üçün təqdim edilmiş hesabın nəzərə alınması ilə yanaşı, məbləğin ağlabatanlığının gözlənilməsi tələbini də müəyyən etmişdir. Məhkəməninqənaətincə, vəkiləödəniləcək məbləğin ağlabatanlığının müəyyən edilməsi, vəkil tərəfindən görülmüş işlərin dəyərinin, habelə bu dəyərin, xidməti zəruri edən mübahisəli borcun məbləğinə münasibliyinin qiymətləndirilməsindən dəasılıdır. Məhkəməvəkilə hüquqi yardım üçün ödənilmiş pulun 300 manat məbləğində qiymətləndirilməsini ağlabatan sayır və hesab edir ki, qarşılıqlı iddia həmin hissədə qismən300manatməbləğindətəminedilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı və X6 cavabdeh “xxxxxxxx” MMMC-nə qarşı “çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan, qanuna zidd fəaliyyəti” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İddiaçı “xxxxxxxx” MMMC-nin cavabdehlər İddiaçı və X7 qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh X5 xx xxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 (səksən beş) manat tutularaq “xxxxxxxx” MMMC-nə ödənilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx xxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 (altmış beş) manat tutularaq “xxxxxxxx” MMMC-nə ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardın üçün ödənilmiş 300 (üç yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X5 müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxx” MMMC-nə ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar