Məhkəmə qərarları › İş №2(102)-5115/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5115/2021

28.10.2021 · Müqavilələrin bağlanması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5115/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan qanunazidd fəaliyyəti, qarşılıqlı iddia – öhdəliyin icra edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi X9, vəkili Vəkil, iddiaçı X5 nümayəndəsi X12 iştrakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3210/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 146.0 kv.m ümumi, 82.9 kv.m yaşayış sahəsi, 63.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1077 nömrəli reyestr kitabının 97225 nömrəli vərəqində qeydiyyata alınmışdır. A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 179.8 kv.m ümumi, 106.1 kv.m yaşayış sahəsi, 73.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı2 Ağababa qızının adına daşınmaz əmlakın dövlət reyestrində 1834 nömrəli reyestr kitabının 168895 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, 1.1 bəndi: "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, Xa n Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya hüquqi şəxslərin X15 şəhadətnamənin surətindən görünür ki, “Nəsimi-8” MMMC 28 aprel 2017-ci il tarixdi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən 28.04.2017-ci ildə verilmiş çıxa rışdan görünür ki, "xxxx" MMMC-nin qanuni təmsilçisi X11r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən 30.10.2019-cu ildə verilmiş çıxarışdan görünür ki, "xxxx" MMMC-nin qanuni təmsilçisi X18r. 05.06.2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən Cavabdeh2 hesabına 500 manat pul ödənilmişdir. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 142 sahə mülkiyyətçisi iştirak etmiş 01.05.2017-ci il tarixli ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, müzakirələr nəticəsində qərara alınmışdır ki, kompleksin ümumi orta aylıq xərclərinin məcmu göstəriciləri nəzərə alınaraq və mənzillərin sahəsindən asılı olaraq, mənzillərin aylıq “kommunal xərcləri”i aylıq ödənişin miqları təmirli 3 otaqlı mənzil ə görə 65,0 manat, 4 otaqlı mənzilə görə 85,0 manat müəyyən olunsun. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 168 sahə mülkiyyətçisi iştirak etmiş 27.06.2019-cu il tarixli ümumi yığıncağının protokolundan görünür ki, müzakirələr nəticəsində qərara alınmışdır ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarət heyətinin sədri X6. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətldəri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və.s bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq, sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqları 3 otaqlı mənzilə görə 65,0 manat, 4 otaqlı mə nzilə görə 85,0 manat müəyyən olunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Ağababa qızı cavabdeh "xxxx" MMMC-nə qarşı “çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan, qanuna zidd fəaliyyəti” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin çoxmənzilli binanın mülkiyyətçiləri ilə 2017-ci ilin may ayından xidməti müqavilə bağlanması və kommunal xərclər tarifləri müəyyən edilməsi öhdəliyini "xxxx" MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlə rinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. "xxxx" MMMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasıda Dövlət və İctimai Mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil-kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozululması faktdır. Yəni xidməti və kommunal xərclərə görə bu günədək sudan, istifadəyə görə pul alınması barəsində xidməti müqavilə bağlanmadan özbaşna hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirlər. Eyni zamanda "xxxx" MMMC-nin idarə heyətinin səlahiyyət müddəti 28.04.2019-cu il tarixdə başa çatmışdır. Həmin ilin sentyabr ayından qanunla səlahiyyəti olmayan, X24 28 aprel 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşna saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. "xxxx" MMMC-nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyəti göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə kommual müqaviləsi bağlanmadan X24 qeri-qanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd otağa görə 85 manat məbləqində pul alır. X16 qanunsuz fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciətləri olmuş və müraciətlərində iddiaçılara cavab verilmişdir ki, iddiaçılar və digər mülkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Hal-hazırdada mənzil sakinlərindən kommunal müqavilə bağlanmadan pul yığılır. Kommunal müqavilə bağlanması tələblərinə cavab verilmir. Son dəfə 21 yanvar 2020-ci il tarixdə təkrarən Cəmiyyətə müraciət etmişl ər, müraciətlərinə cavabsız qalmışdır. Yəni mülkiyyətçilərin çox sayda dövlət orqanlarına rəsmi müraciətlərinə cavab verilmir. "xxxx" MMMC-nin rəhbərliyinin İdarə Heyəti ilə 2017-ci il may ayından, xidməti müqavilə və kommunal xidməti, müqavilə bağlanması müyyən edilmədiyindən bağlanması öhdəliyini "xxxx" MMMC-nin rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilsin. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etməkdən istifadə edərək, qaz, elektrik enerjinin və su xidmətləri dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, cəmiyyət üzvləri ilə müqavilə öhdəlikləri olmadan öz istəyi ilə pul tələb etməsi çoxlusayda mənzil mülkiyyətçilərin haqlı narazılığına əsas olmuşdur. Lakin su dəyərinin dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, cavabdeh öz istəy i ilə qanunsuz olaraq müqavilə öhdəlikləri olmadan öz istəyi ilə mülkiyyətçilərdən su pulu tələb edir. Məlumat üçün bildirirlər ki, ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaların, Q.Quliyev 21, İmran Qasımov küçəsi 16 və Xan Şusinski 12 saylı binaların eyni zamanda iddiaçılar tərəfindən binanın ümumi əmlakının istismarı məqsədi ilə "xxxx" MMMC qeyri- kommersiya qurumu kimi yaradılmış və həmin Cəmiyyət 28.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, 08.05.2017-ci il tarixdə vergi orqanında uçotuna alınmışdır. Cəmiyyət fəaliyyətə başladığı anda nizamnamə əsasında Cəmiyyətə rəhbərlik, mənzil mülkiyyətçilərinin və nizamnamə ilə müəyyən edilmiş, Cəmiyyətin qanuni təmsilçisi X19 iki il müddətinə seçilmişdir. Eyni zamanda qeyd edirlər ki, X19 hal -hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Audit idarəsinin rəis müavini vəzifəsini icra edir. Eyni zamanda "xxxx" MMMC-nin sədri kimi dövlət reyesteri və Cəmiyyətin bank hesabıda onun adınadır. "xxxx" MMMC-nin sədri N. Kərimov 29 aprel 2019-cu ildə səlahiyyət müddəti bitdiyinə görə rəsmi olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş və müraciət əsasında yeni idarə heyətinin və sədrin seçilməsi öz həllini tapmamışdır. Buna baxmayaraq X24 28 aprel 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşına saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. "xxxx" MMMC-nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyət göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə komunal müqaviləsi bağlanm adan X24 qeri-qanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd-otağa görə 85 manat məbləqində pul alır. X16 qanunsuz fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciətim olmuş və müraciətlərində iddiaçılara cavab verilmişdir ki, iddiaçılar və digər müİkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Yəni Cəmiyyətin qanuni təmsilçisi X3 müddəti 26.04.2019-cu il tarixdə başa çatmışdır. Lakin Cəmiyyətin sədri qanuna zidd olaraq öz fəaliyyətini davam etdirməkləklə, özbaşınalıqla qanunsuz hesab etdikləri, qanunsuz əməlləri ilə mənzil mülkiyyətçilərin hüquqlarını kobud pozurlar. Yəni 28.04.2019-cu il tarixdən idarə heyətinin sədrin və idarə heyətinin digər üzvlərinin səlahiyyət müddəti bitməsinə baxmayaraq, yeni idarə heyəti yaradılmadan Ədliyyə Nazirliyinin qeydiyatından keçməyərək X24 özünü qeyri-qanuni idarə heyətinin sədri kimi, qanuna zidd əsaslarla fəaliyyət göstərməklə çoxlusayda mülkiyyətçilərin hüquqlarına zidd fəaliyyət göstərir. Yəni mülkiyyətçilərin düşdüyü şəraitin, birbaşa mülkiyyətçilərə özünü Cəmiyyətin sədri kimi elan edən X16 əməli araşdırılmasının labüdlüyünü nəzərə alaraq, qanunsuz hərəkətləri hesab edirlər ki, MPM-nin 265.4-ci maddəsinə görə, «Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad prokurora xəbər verir.» Qeyd edilən normanın tələbini nəzərə alınmasını və hesab edirlər ki, X16 qanunsuz və özbaşına əməllərinə hüquqi qiymət verilməlidir. Belə ki, X16 qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçilərdən qanunsuz olaraq aldığları ödəmələr, ondan alınaraq ödənilməlidir və ondan tələb olunmalıdır. Eyni zamanda mülkiyyətçilərdən qanunsuz pul tələbi, yəni X16 qanunsuz mülkiyyətçilərdən aldığları məbləqin qaytarılmasımda tələb edirlər. "xxxx" MMMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin İdarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlərinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. "xxxx" MMMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasıda Dövlət və İctimai mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil -kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozurulması faktdır. Qeyd olunanlara əsasən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi X21 və ilkin iddia üzrə id diaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Ağababa qızının nümayəndəsi X23 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı "xxxx" MMMC cavabdehlər X13 və İddiaçı2 Ağababa qızına qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Ağababa qızının iyun 2020-ci il daxil olmaqla MMC-nin fonduna 3145 manat olan borcunun və X9 iyun 2020-ci il daxil olmaqla MMC-nin fonduna 1380 manat olan borcunun məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMMC qarşılıqlı iddia ərizəsinə məhkəməyə əlavə təqdim edərək, İddiaçı2 Ağababa qızından 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 manat tutularaq MMC-nə ödənilməs i, İddiaçı1 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 manat tutularaq MMC-nə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Ağababa qızının 2017-ci ilin may ayından 2020-ci ilin iyun ayı da daxil olmaqla, 4 otaqlı mənzilə görə hər ay 85 manat olmaqla "xxxx" MMMC-nin fonduna olan borcu 3145 AZN təşkil edir, X9 isə 2017-ci ilin may ayıı 2019-cu ilin iyun ayınadək borcu 960 manat (həmin müddətdə 3 otaqlı mənzilə görə hər ay 65 manat ödəməli olduğu halda hər ay 25 manat pul ödəmişdir), 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayınadək borcu isə 420 manat (həmi n müddətdə 3 otaqlı mənzilə görə hər ay 65 manat ödəməli olduğu halda hər ay 30 manat pul ödəmişdir), cəmi 1380 manat təşkil edir. Qarşılıqlı iddia qaldıraraq, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Ağababa qızının iyun 2020-ci il daxil olmaqla "xxxx" MMC-nin fonduna 3145 AZN olan borcunu və eləcə də digər iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X9 iyun 2020-ci ii daxil olmaqla "xxxx" MMC-nin fonduna 1380 AZN olan borcunu məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edirlər. Cavabdehlər ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçündə məcburi olduğundan, "xxxx" MMMC-si qarşılıqlı iddia üzrə cavabdehlərdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 01.04.2017-ci il tarixliqərarından görünür ki; "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi; "Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “ünvan 2 ünvanının müəyyən edilməsi; “ünvan 3eydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciə t edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi, "Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. "xxxx" mənzil mülkyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri X2. Kompleksdə, 01.04.2017-ci il tarixindən etibarənsakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər ücün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər ücün - 85 (səksən bes) manat təyin olunmuşdur.Sahə mülkiyyətçilərinin 01.04.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyvətcilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etm əkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Cavabdehlər kompleksdə təyin olunmuş aylıq ödənişlərlə aprel 2017-ci il tarixindən məlumatlıdırlar və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayırlar. Sadəcə məqsədləri müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınırlar. Lakin, "xxxx" MMMC-i Qanunun Aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri Qanuna riayət etməyə çağırır. Cavabdehlər ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olurlar, axı digər sahə mülkiyyətçiləri onların əvəzinizə ödəməli deyirlər !!! "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasınd an nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin qanuni təmsilçisi seçilmiş X1 müddəti 28.04.2019-cu il tarixdə başa çatmışdır. "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu iltarixli protokolundan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi, “Nəsimi-8“ MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyəti şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi ifadə edilməsi haqqında; yaşayış komplek sinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə ifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC İdarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X4. “Nəsimi-8“ MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X4. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, liftservis, kompleksin mərkəzi işıqlandırılması, mən zillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün 85 manat təyin olunmuşdur. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşməklərinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, AR-da minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, "xxxx" MMMC-i 01.04.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini (qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksi daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının ist ismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Qeyd olunanlara əsasən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Cavabdeh2 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2619/2020) iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağababa qızının cavabdeh "xxxx" MMMC-nə qarşı “çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan, qanuna zidd fəaliyyəti” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, iddiaçı "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 Ağababa qızına qarşı “öhdəliyin icra edilməsi” tələbi nə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Ağababa qızından 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 (səksən beş) manat tutularaq "xxxx" MMMC-nə ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 (altmış beş) manat tutularaq "xxxx" MMMC-nə ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardın üçün ödənilmiş 300 (üç yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Ağababa qızından müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-nə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, "xxxx" MMMC-nin çoxmənzilli binanın mülkiyy ətçiləri ilə 2017-ci ilin may ayından xidməti müqavilə bağlanması və kommunal xərclər tarifləri müəyyən edilməsi öhdəliyini "xxxx" MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulmasını tələb edirlər. Belə ki, “Nəsimi-8“MMMC ümumi yığıncağın protolundan çıxarışda qeyd edilir: “iştirak edirlər 142 sayda mənzil mülkiyyətçisi. Gündəlik duran məsələlər.

1. Cəmiyyətlə mənzil mülkiyyətçiləri arasında xidmət müqavilələrinin bağlanması.

2. Mənzil mülkiyyətçilərinin, kompleksin saxlanılması üçün tələb olunan xirclərdən irəli gələn smetasına uyğun olaraq aylıq “kommunal xərc”lərin təyin olunması. Gündəlik duran məsələlər üzrə müzakirələr keçirilərək qərar qəbul olundu.

1. Cəmiyyətlə mənzil mülkiyyətçiləri arasında, müvafiq məzmunda, qanunvericiliyə uyğun mətndə “xidmət müqaviləsi” tərtib ol unaraq imzalansın.

2. Kompleksin ümumi orta aylıq xərclərinin məcmu göstəricilər nəzərə alınaraq və mənzillərin sahəsindən asılı olaraq, mənzillərin aylıq “kommunal xərclər”i aşağıdakı cədvəldə göstərilən tərzdə təyin olunsun: təmirli 3 otaqlı mənzillər üçün 65 manat, təmirli 4 otaqlı mənzillər üçün 85 manat.” ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Ağababa qızı məhkəməyə öz iddialarına dair heç bir sübut təqdim etmirlər. Halbuki, 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz onların üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev, Ş.Məmmədova, iş № 2(103)-3210/2021) iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağababa qızı tərəfindən verilən apelyasiya şikayətləri qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)-2619/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Ağababa qızından 01.05.2017-ci il tarixdən hesablanmaqla (əvvəlki ödənişləri nəzərə almaqla) 85 manat tutularaq, "xxxx" MMMC-ə ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 01.05.2017ci il tarixdən hesablanmaqla (əvvəlki ödənişləri nəzərə almaqla) 65 manat tutularaq, "xxxx" MMMC-ə ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə 300 (üç yüz) manat pulun İddiaçı2 Ağababa qızı və İddiaçı1 müştərək qaydada tutularaq, "xxxx" MMMC-ə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən ümumi yığıncağın qərarında göstərilən şərtlərlə müqavilə bağlanması təklif olunsa da, iddiaçılar həmin müqaviləni bağlamaqdan imtina etmişlər. Bu hal apelyasiya mərhələsində də, müəyyən olunmuşdur. Buna görə də, kollegiya ilkin iddia tələbinin "xxxx" MMMC-nin çoxmənzilli binanın mülkiyyətçiləri ilə 2017ci ilin may ayından xidməti müqavilə bağlanması hissəsində iddianın təmin edilməməsi qənaətinə gəlir. Kollegiya ilkin iddia tələbinin kommunal xərclər tarifləri müəyyən edilməsi öhdəliyinin "xxxx" MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması hissəsində iddianı əsassız hesab hesab edərək, qeyd edir ki, kommunal xidmətlərin ödənilməsi ali orqan olan ümumi yığıncağın qərarı ilə müəyyən olunur. Kollegiya hesab edir ki, iddiaçılar mülkiyyətçilərin səs çoxluğu ilə qəbul edilmiş həmin qərarı mübahisələndirmədən, kommunal xərclər tariflərinin müəyyən edilməsi öhdəliyinin "xxxx" MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması xahiş etməkdə haqlı olmamışlar. Belə ki, iddiaçıların mülkiyyətçilərin səs çoxluğu ilə qəbul edilmiş həmin qərarı mübahisələndirmədən, kommunal xərclər tariflərinin müəyyən edilməsi öhdəliyinin "xxxx" MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması tələbi, digər mülkiyyətçilərin hüquqlarını pozmuş olar. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015ci il tarixli Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçılarla cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Buna görə də, qarşılıqlı iddia İddiaçı2 Ağababa qızından 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 manat tutularaq MMC-nə ödənilməsi, İddiaçı1 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 manat tutularaq MMC-nə ödənilməsi hissəsində İddiaçı2 Ağababa qızı və İddiaçı1 əvvəlki ödənişləri nəzərə alınmaqla təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, kassasiya şikayətini təmin edərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3210/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qə bul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin mübahisələndirilən hissə üzrə dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 nümayəndəsi X21 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası digər iddiaçı Mehdiyva Rəqsanə Ağababa qızının nümayəndəsi X14 izahatını dinləməmişdir Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəl məmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı1 kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi tələb bölünən olduğuna görə həmin iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binan ın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddət ində verilə bilər. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.2- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə. 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyə tinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. 121.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. 126.9-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.3- cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4- cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plen umunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllən in 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərə ncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti koo perativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4cü maddəsində göst ərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. İş materiallarından "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, 1.1 bəndi: "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış b inalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. 3.1.1-ci bəndinə əsasən cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququna malikdir. 4.1.2-ci bəndinə əsasən cəmiyyətin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakını n saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq cəmiyyətin vəzifəsidir. 6.3-cü bəndinə əsasən cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 6.3.3-cəmiyyətin idarə heyətini və təftiş komissiyasının (müfəttişi) seçmək: 6.3.4-cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlu matlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən ş əxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şik ayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apelyasiya instansiyası məhkəməsi baxılan hissə və kassasiya şikayətinin dəlilləri üzrə qeyd et mişdir ki, «… "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 168 sahə mülkiyyətçisi iştirak etmiş ali orqanı olan ümumi yığıncağının 27.06.2019-cu il tarixli qərarı ilə "xxxx" mənzil ülkiyyətçilərinin müştərək cəmiyyətinin idarət heyətinin sədri X7, kompleksdə, akinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətldəri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və.s bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq, sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqları 3 otaqlı mənzilə görə 65,0 manat, 4 otaqlı mənzilə görə 85,0 manat müəyyən olunması qərara alınmışdır.» «… çoxmənzilli binanın sahə mülkiyyətçiləri ü mumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçılarla cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur.» Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiası məhkməsi baxılan iş üzrə mübahisələndirilən hissə üzrə ilk iddiaçının dəlilləri tam olaraq araşdırılmışdır. Bu baxımdan iddiaçının hazırkı şikayətində irəli sürdüyü dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallar a maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3210/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (İddiaçı1 münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar