Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3210/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 nümayəndəsi X15, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMMC-nin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)-2619/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçılar İddiaçı və X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra-iddiaçılar) X21 və X11 cavabdeh “xxxx” MMMC-nə qarşı “çoxmənzilli binanın mülkiyyətçiləri ilə müqavilə bağlamadan, qanuna zidd fəaliyyəti” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMMC-nin çoxmənzilli binanın mülkiyyətçiləri ilə 2017-ci ilin may ayından xidməti müqavilə bağlanması və kommunal xərclər tariflərinin müəyyən edilməsi öhdəliyinin “xxxx” MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılır ki, “xxxx” MMMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlərinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. “xxxx” MMMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasında Dövlət və İctimai Mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil-kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozulması faktdır. Yəni xidməti və kommunal xərclərə görə bu günədək sudan, istifadəyə görə pul alınması barəsində xidməti müqavilə bağlanmadan özbaşna hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edirlər. Eyni zamanda “xxxx” MMMC-nin idarə heyətinin səlahiyyət müddəti 28.04.2019-cu il tarixdə başa çatmışdır. Həmin ilin sentyabr ayından qanunla səlahiyyəti olmayan, X26 28 aprel 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşna saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. “xxxx” MMMC-nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyəti göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə kommual müqaviləsi bağlanmadan X26 qeyri-qanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd otağa görə 85 manat məbləqində pul alır. X18 qanunsuz fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciətləri olmuş və müraciətlərində iddiaçılara cavab verilmişdir ki, iddiaçılar və digər mülkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Hal-hazırdada mənzil sakinlərindən kommunal müqavilə bağlanmadan pul yığılır. Kommunal müqavilə bağlanması tələblərinə cavab verilmir. Son dəfə 21 yanvar 2020-ci il tarixdə təkrarən Cəmiyyətə müraciət etmişlər, müraciətlərinə cavabsız qalmışdır. Yəni mülkiyyətçilərin çoxlu sayda dövlət orqanlarına rəsmi müraciətlərinə cavab verilmir. “xxxx” MMMC-nin rəhbərliyinin İdarə Heyəti ilə 2017-ci il may ayından, xidməti müqavilə və kommunal xidməti, müqavilə bağlanması müəyyən edilmədiyindən bağlanması öhdəliyini “xxxx” MMMC-nin rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilsin. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etməkdən istifadə edərək, qaz, elektrik enerjinin və su xidmətləri dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, cəmiyyət üzvləri ilə müqavilə öhdəlikləri olmadan öz istəyi ilə pul tələb etməsi çoxlu sayda mənzil mülkiyyətçilərin haqlı narazılığına əsas olmuşdur. Lakin su dəyərinin dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, cavabdeh öz istəyi ilə qanunsuz olaraq müqavilə öhdəlikləri olmadan öz istəyi ilə mülkiyyətçilərdən su pulu tələb edir. Məlumat üçün bildirirlər ki, ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaların, Q.Quliyev 21, İmran Qasımov küçəsi 16 və Xan Şusinski 12 saylı binaların eyni zamanda iddiaçılar tərəfindən binanın ümumi əmlakının istismarı məqsədi ilə “xxxx” MMMC qeyri-kommersiya qurumu kimi yaradılmış və həmin Cəmiyyət 28.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, 08.05.2017-ci il tarixdə vergi orqanında uçotuna alınmışdır. Cəmiyyət fəaliyyətə başladığı anda nizamnamə əsasında Cəmiyyətə rəhbərlik, mənzil mülkiyyətçilərinin və nizamnamə ilə müəyyən edilmiş, Cəmiyyətin qanuni təmsilçisi X22 iki il müddətinə seçilmişdir. Eyni zamanda qeyd edirlər ki, X22 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Audit idarəsinin rəis müavini vəzifəsini icra edir. Eyni zamanda “xxxx” MMMC-nin sədri kimi dövlət reyesteri və Cəmiyyətin bank hesabıda onun adınadır. “xxxx” MMMC-nin sədri N.Kərimov 29 aprel 2019-cu ildə səlahiyyət müddəti bitdiyinə görə rəsmi olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş və müraciət əsasında yeni idarə heyətinin və sədrin çeçilməsi öz həllini tapmamışdır. Buna baxmayaraq X26 28 aprel 2019-cu ildən özünü sədr kimi təqdim etmiş və cəmiyyət üzvlərinin xəbəri və razılığı olmadan özbaşna saxta yolla özünü sədr kimi rəsmi təqdim etmədən öz şəxsi mənafeyinə uyğun fəaliyyət göstərir. “xxxx” MMMC-nin xidməti işçiləri, qanuna zidd əsaslarla, əmək fəaliyyət göstərir. Mənzil Məcəlləsində mülkiyyətçilərlə komunal müqaviləsi bağlanmadan X26 qeyriqanuni olaraq sakinlərdən 3 otağa görə 65, dörd-otağa görə 85 manat məbləqində pul alır. X18 qanunsuz fəaliyyətlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə rəsmi müraciəti olmuş və müraciətlərində iddiaçılara cavab verilmişdir ki, iddiaçılar və digər müİkiyyəçilər məhkəməyə müraciət etməlidirlər. Yəni Cəmiyyətin qanuni təmsilçisi X3 müddəti 26.04.2019-cu il tarixdə başa çatmışdır. Lakin Cəmiyyətin sədri qanuna zidd olaraq öz fəaliyyətini davam etdirməklə, özbaşınalıqla qanunsuz hesab etdikləri, qanunsuz əməlləri ilə mənzil mülkiyyətçilərin hüquqlarını kobud pozurlar. Yəni 28.04.2019-cu il tarixdən idarə heyətinin sədrin və idarə heyətinin digər üzvlərinin səlahiyyət müddəti bitməsinə baxmayaraq, yeni idarə heyəti yaradılmadan Ədliyyə Nazirliyinin qeydiyatından keçməyərək X26 özünü qeyri-qanuni idarə heyətinin sədri kimi, qanuna zidd əsaslarla fəaliyyət göstərməklə çoxlu sayda mülkiyyətçilərin hüquqlarına zidd fəaliyyət göstərir. Yəni mülkiyyətçilərin düşdüyü şəraitin, birbaşa mülkiyyətçilərə özünü Cəmiyyətin sədri kimi elan edən X18 əməli araşdırılmasının labüdlüyünü nəzərə alaraq, qanunsuz hərəkətləri hesab edirlər ki, MPM-nin 265.4-ci maddəsinə görə, “Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad prokurora xəbər verir”. Qeyd edilən normanın tələbini nəzərə alımasını və hesab edirlər ki, X18 qanunsuz və özbaşına əməllərinə hüquqi qiymət verilməlidir. Belə ki, X18 qanunsuz hərəkətləri nəticəsində mülkiyyətçilərdən qanunsuz olaraq aldıqları ödəmələr, ondan alınaraq ödənilməlidir və ondan tələb olunmalıdır. Eyni zamanda mülkiyyətçilərdən qanunsuz pul tələbi, yəni X18 qanunsuz mülkiyyətçilərdən aldıqları məbləğin qaytarılmasımda tələb edirlər. “xxxx” MMMC mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin İdarə heyyətinin qanuna zidd hərəkətləri və cəmiyyətin üzvlərinin hüquqlarının kobud pozulması faktları məhkəməyə müraciətlərinə əsas olmuşdur. “xxxx” MMMC rəhbərliyinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikasıda Dövlət və İctimai mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə haqqı və mənzil-kommunal xidmətlərinə görə tarifləri haqqında qərarın tələblərini kobud pozulması faktdır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) “xxxx” MMMC cavabdehlər X16 və X9 qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 iyun 2020-ci il daxil olmaqla MMC-nin fonduna 3145 manat olan borcunun və X12 iyun 2020-ci il daxil olmaqla MMC-nin fonduna 1380 manat olan borcunun məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, X6 2017-ci ilin may ayından 2020-ci ilin iyun ayı da daxil olmaqla, 4 otaqlı mənzilə görə hər ay 85 manat olmaqla “xxxx” MMMC-nin fonduna olan borcu 3145 AZN təşkil edir, X12 isə 2017-ci ilin may ayı 2019-cu ilin iyun ayınadək borcu 960 manat (həmin müddətdə 3 otaqlı mənzilə görə hər ay 65 manat ödəməli olduğu halda hər ay 25 manat pul ödəmişdir), 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayınadək borcu isə 420 manat (həmin müddətdə 3 otaqlı mənzilə görə hər ay 65 manat ödəməli olduğu halda hər ay 30 manat pul ödəmişdir), cəmi 1380 manat təşkil edir. Qarşılıqlı iddia qaldıraraq, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 İyun 2020-ci il daxil olmaqla“xxxx” MMC-nin fonduna 3145 AZN olan borcunu və eləcə də digər iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X12 iyun 2020-ci ii daxil olmaqla “xxxx” MMC-nin fonduna 1380 AZN olan borcunu məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər ilə “xxxx” MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, “xxxx” MMMC-si qarşılıqlı iddia üzrə cavabdehlərdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 01.04.2017-ci il tarixli qərarından görünür ki; “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi; "xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “ünvan 2 ünvanının müəyyən edilməsi; “ünvan 3eydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi, "xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. “xxxx” mənzil mülkyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri X2. Kompleksdə, 01.04.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər ücün - 85 (səksən bes) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin 01.04.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin, giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Cavabdehlər kompleksdə təyin olunmuş aylıq ödənişlərlə Aprel 2017-ci il tarixindən məlumatlıdırlar və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayırlar. Sadəcə məqsədləri müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəliklərdən yayınmaq, “xxxx” MMMC-nin istər əvvəlki istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınırlar. Lakin, “xxxx” MMMC-i Qanunun Aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri Qanuna riayət etməyə çağırır. Cavabdehlər ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olurlar, axı digər sahə mülkiyyətçiləri onların əvəzinizə ödəməli deyirlər !!! “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin qanuni təmsilçisi seçilmiş X1 müddəti 28.04.2019-cu il tarixdə başa çatmışdır. “xxxx” MMMC-nin 156 sahə mülkiyyətçisiiştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu iltarixli protokolundan görünür ki, “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən, sədrin seçilməsi, “xxxx” MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyəti şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi ifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə ifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə “xxxx” MMMC İdarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. “xxxx” MMMC idarə heyətinin sədri Quliyev AzərHəmid oğlu seçilmişdir. “xxxx” MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X4. Kompleksdə sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 manat təyin olunmuşdur. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşməklərinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, AR-da minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, “xxxx” MMMC-i 01.04.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini (qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksi daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Cavabdeh “xxxx” MMMC məhkəmədə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, X5 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 manat tutularaq MMC-nə ödənilməsi, İddiaçı 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 manat tutularaq MMMC-nə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub, MMMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14 oktyabr 2020-ci il tarixdə məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən iddiaçı X21 əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)-2619/2020 saylı qətnaməsi ilə ilkin iddia rədd edilərək, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh X5 01 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay 85 (səksən beş) manat tutularaq “xxxx” MMMC-nə ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 01 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay 65 (altmış beş) manat tutularaq “xxxx” MMMC-nə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı və X11 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-cu ıl tarixli, 2(006)-2619/2020 saylı iş üzrə qətnaməsinin ləğv edilib, ilkin iddia ərizəsi üzrə iddiaçıların tələblərinin təmin edərək, iddiaçılar ilə müqavilə bağlamaq öhdəliyinin “xxxx” MMMC-nin üzərinə qoyulmasını, “xxxx” MMMC ilə müqaviləsi olmadığı üçün qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıların onlardan kommunal haqq tutulması barədə tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hər iki apellyasiya şikayətlərinin məzmunu eyni olmaqla, apellyasiya şikayətləri onunla əsaslandırılımışdır ki, birincisi - qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərdən hüquqi yardım üçün 500 manat vəkilə ödənilmiş pul vəsaitinin tutulmasını tələb etsə də, vəkilə ödənişi təsdiq edən qəbzi məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə ödənişi təsdiq edən qəbzə istinad etmədən, 300 manat vəkilə ödənilmiş pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmasını qət etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İkincisi - Mənzil Məcəlləsinin 137.5-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Məhkəmə qanunvericiliyin bu tələbini nəzərə almayaraq, yalnız Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə istinad etməklə kifayətlənmişdir. Halbuki, iddiaçılar MMMC-nin üzvü deyillər və ona görə də MMMC onlarla müqavilə bağlamağa borcludur. Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Üçüncüsü - iddiaçı uzun müddətdir ki, kommunal haqqını ödəyir. Qeyri-qanuni seçilmiş və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Azər Quliyevin MMMC-də özünü sədr elan edənə qədər onlardan ödənişlər nağd qaydada alınmış və əvəzində ciddi hesabat blankı olmayan qəbzlər verilmişdir (məhkəmə bu faktlara göz yummuş və iddiaçıların təkidlərinə baxmayaraq, araşdırılma aparılması üçün materilalları prokurorluğa göndərməmişdir). Hazırda da sahə mülkiyyətçilərinin əksəriyyəti ilə nağd qaydada hesablaşma aparılır və kommunal haqlar MMMC-nin hesabına mədaxil edilmir. İddiaçılar izahatlarında bu faktı qeyd etsə də, məhkəmə bunu nəzərə almamışdır. Halbuki, MMMC-nin bank hesabında çıxarış tələb etməklə məhkəmə görə bilərdi ki, əksər sakinlərdən kommunal haqlar nağd qaydada toplanılır və uçotu aparılmır, toplanmış kommunal haqlar təyinatına uyğun olmayaraq xərclənilir. Hazırkı sədrin “seçilməsi” tarixindən sonra haqqını müdafiə üçün onlar mübarizə metodu kimi 30 manat aylıq kommunal haqlarını MMMC-nin bank hesabına ödəyiblər. Təqdim etdiyi sübutları və izahatları məhkəmə nəzərə almayıb. Halbuki məhkəmə mühasibatlıq ekspertizası keçirməklə məhkəmə həqiqəti müəyyən edə bilərdi və nəticədə qanunsuz və əsassız olaraq, 01 may 2017-ci ildən etibarən hər ay üçün iddiaçıdan 65 manat kommunal haqq tutulmasını qət etməzdi. Məhkəmə yalnız iddiaçılardan sübutlar tələb etməklə kifayətlənmiş, sübutları araşdırmamış, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təşəbbüsü ilə çıxış etməmişdir. Halbuki, ekspertizanın keçirilməsini zəruri edən iddiaçının nağd və MMMC-nin bank hesabına ödədiyi kommunal haqları idi. Ən azından məhkəmə ondan tutulmalı məbləği müəyyən edərkən, bank MMMC-nin bank hesabına ödədiyi məbləğləri MMMC-yə “borc”un məbləğindən çıxarmalı idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X6 nümayəndəsi X25 apellyasiya şikayətini müdafiə etdi, ilkin iddia və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh “xxxx” MMMC-nin nümayəndəsi və vəkili Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, qarşılıqlı iddia tələbi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)-2619/2020 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 146.0 kv.m ümumi, 82.9 kv.m yaşayış sahəsi, 63.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1077 nömrəli reyestr kitabının 97225 nömrəli vərəqində 19.12.2009-cu ildə qeydiyyata alınmışdır. İş materiallarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 179,8 kv.m ümumi, 106,1 kv.m yaşayış sahəsi, 73,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1834 nömrəli reyestr kitabının, 168895 nömrəli vərəqində 22.02.2013-cü ildə qeydiyyata alınmışdır. İş materiallarından “xxxx” mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, 1.1 bəndi: “xxxx” mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Həmin Nizamnamənin 3.1.1-ci bəndinə əsasən cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququna malikdir. Həmin Nizamnamənin 4.1.2-ci bəndinə əsasən cəmiyyətin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq cəmiyyətin vəzifəsidir. Həmin Nizamnamənin 6.3-cü bəndinə əsasən cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 6.3.3-cəmiyyətin idarə heyətini və təftiş komissiyasının (müfəttişi) seçmək: 6.3.4-cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya hüquqi şəxslərin X17 şəhadətnamənin surətindən görünür ki, “xxxx” MMMC 28 aprel 2017-ci il tarixdi qeydiyyata alınmışdır. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən 28.04.2017-ci ildə verilmiş çıxarışdan görünür ki, “xxxx” MMMC-nin qanuni təmsilçisi X14r. İş materiallarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən 30.10.2019-cu ildə verilmiş çıxarışdan görünür ki, “xxxx” MMMC-nin qanuni təmsilçisi X24r. İş materiallarından 05.06.2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən Cavabdeh2 hesabına 500 manat pul ödənilmişdir. İş materiallarından “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 142 sahə mülkiyyətçisi iştirak etmiş 01.05.2017-ci il tarixli ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, müzakirələr nəticəsində qərara alınmışdır ki, kompleksin ümumi orta aylıq xərclərinin məcmu göstəriciləri nəzərə alınaraq və mənzillərin sahəsindən asılı olaraq, mənzillərin aylıq “kommunal xərcləri”i aylıq ödənişin miqları təmirli 3 otaqlı mənzilə görə 65,0 manat, 4 otaqlı mənzilə görə 85,0 manat müəyyən olunsun. İş materiallarından “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 168 sahə mülkiyyətçisi iştirak etmiş 27.06.2019-cu il tarixli ümumi yığıncağının protokolundan görünür ki, müzakirələr nəticəsində qərara alınmışdır ki, “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarət heyətinin sədri X7. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətldəri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və.s bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq, sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqları 3 otaqlı mənzilə görə 65,0 manat, 4 otaqlı mənzilə görə 85,0 manat müəyyən olunması qərara alınmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.2- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” MMMC 28 aprel 2017-ci il tarixdi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. Belə ki, iddiaçılar İddiaçı 19.12.2009-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61, 146.0 kv.m ümumi, 82.9 kv.m yaşayış sahəsi, 63.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 12 nömrəli mənzilin, X11 22.02.2013-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21, 179,8 kv.m ümumi, 106,1 kv.m yaşayış sahəsi, 73,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 14 nömrəli mənzilin mülkiyyətçisidir və onların MMMC-nin üzvü olmaq hüquqları vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 126.9-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.3- cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4- cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək. Göründüyü kimi, “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 168 sahə mülkiyyətçisi iştirak etmiş ali orqanı olan ümumi yığıncağının 27.06.2019-cu il tarixli qərarı ilə “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarət heyətinin sədri X8, kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətldəri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və.s bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq, sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqları 3 otaqlı mənzilə görə 65,0 manat, 4 otaqlı mənzilə görə 85,0 manat müəyyən olunması qərara alınmışdır. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən ümumi yığıncağın qərarında göstərilən şərtlərlə müqavilə bağlanması təklif olunsa da, iddiaçılar həmin müqaviləni bağlamaqdan imtina etmişlər. Bu hal apellyasiya mərhələsində də, müəyyən olunmuşdur. Buna görə də, kollegiya ilkin iddia tələbinin “xxxx” MMMC-nin çoxmənzilli binanın mülkiyyətçiləri ilə 2017-ci ilin may ayından xidməti müqavilə bağlanması hissəsində iddianın təmin edilməməsi qənaətinə gəlir. Mənzil Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Kollegiya ilkin iddia tələbinin kommunal xərclər tarifləri müəyyən edilməsi öhdəliyinin “xxxx” MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması hissəsində iddianı əsassız hesab hesab edərək, qeyd edir ki, kommunal xidmətlərin ödənilməsi ali orqan olan ümumi yığıncağın qərarı ilə müəyyən olunur. Kollegiya hesab edir ki, iddiaçılar mülkiyyətçilərin səs çoxluğu ilə qəbul edilmiş həmin qərarı mübahisələndirmədən, kommunal xərclər tariflərinin müəyyən edilməsi öhdəliyinin “xxxx” MMMC-nin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması xahiş etməkdə haqlı olmamışlar. Belə ki, iddiaçıların mülkiyyətçilərin səs çoxluğu ilə qəbul edilmiş həmin qərarı mübahisələndirmədən, kommunal xərclər tariflərinin müəyyən edilməsi öhdəliyinin “xxxx” MMMCnin rəhbərliyinin və idarə heyətinin üzərinə qoyulması tələbi, digər mülkiyyətçilərin hüquqlarını pozmuş olar. Buna görə də, iddiaçılar Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən ali orqan olan ümumi yığıncağın qərarını mübahisələndirmək hüququna malikdirlər. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki,çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçılarla cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Buna görə də, qarşılıqlı iddia X5 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 85 manat tutularaq MMC-nə ödənilməsi, İddiaçı 01 may 2017-ci il tarixdən hesablanmaqla hər ay 65 manat tutularaq MMC-nə ödənilməsi hissəsində X11 və İddiaçı əvvəlki ödənişləri nəzərə alınmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılardan müştərək qaydada tutularaq, cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar aiddir: 115.0.5- nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6- vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat pulun iddiaçılardan müştərək qaydada tutulub, cavabdehə ödənilməsi hissəsində iddianın qismən təmin edilərək, ağlabatan məbləğ olan 300 manat məbləğində pulun iddiaçılardan müştərək qaydada cavabdehin xeyrinə tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı və X11 tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(006)- 2619/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh X5 01.05.2017-ci il tarixdən hesablanmaqla (əvvəlki ödənişləri nəzərə almaqla) 85 manat tutularaq, “xxxx” MMMC-ə ödənilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 01.05.2017-ci il tarixdən hesablanmaqla (əvvəlki ödənişləri nəzərə almaqla) 65 manat tutularaq, “xxxx” MMMC-ə ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə 300 (üç yüz) manat pul X11 və İddiaçı müştərək qaydada tutularaq, “xxxx” MMMC-ə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3210/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3210/2021
21.04.2021 · Müqavilələrin bağlanması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver