Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1888/2021 11.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş A-058715 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2012-ci il tarixli, 18 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 338537 kvadrat metr pay torpaq sahəsinin ona satılması ilə bağlı onunla Cavabdeh arasında bağlanmış 23 iyul 2012-ci tarixli alqı-satqı müqavihsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmçinin, Cavabdeh verdiyi 4500 manatın, 4500 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 4500 manatın, həmçinin həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 8000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş A-058715 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2012-ci il tarixli, 18 saylı qərarına əsasən cavabdehə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 3385,37 kvadrat metr pay torpaq sahəsi ilə bağlı Cavabdeh verdiyi 4500 manatın, 4500 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 4500 manatın, həmçinin həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 8000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iddiaçıya MPM-nin 54-cü maddəsinin tələbləri baxımından Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı buna razı olmamışdır. Buna görə də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Şəki rayonu Aqrar islahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən X1 ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3385,37 kvadrat metr pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-058715 nömrə ilə qeydiyyata ulmmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh əri X4 da ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini 1993-cü ildə indiki pulla 4500 manata ona satmışdır. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. Hətta, həmin torpaq sahəsi ilə bağlı 2002-ci ildə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin əsli də ona cavabdeh tərəfindən təqdim edilmişdir. O, artıq həmin torpaq sahəsində bir çox yaxşılaşdırma işləri aparmışdır. Həmçinin, həmin torpaq sahəsi ilə bağlı razılaşdırılmış Cavabdeh əri X3 4500 manat pulu tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı Cavabdeh və ailə üzvləri gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər. Lakin, həmin vaxt aralarında notarial şəkildə müqavilə bağlanmamışdır. Hazırda isə həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Göstərmişdir ki, qeyd edilən torpağın alqı-satqısı ilə bağlı razılaşdırılmış 4500 manat pulu cavabdehin əri X3 ödəmişdir. Madəm hal-hazırda sağdır. Bundan başqa həmin dövrdən etibarən qeyd edilən torpaq sahəsində müəyyən abadlıq işləri aparmış və buna müəyyən vəsait xərcləmişdir. İddianı məhkəməyə təqdim ediyi azaldılması hissəsində müdafiə edir. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Şəki rayonu Aqrar islahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən onlara Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3385,37 kvadrat metr pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-058715 nömrə ilə qeydiyyata ulmmiş torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsi iddiaçının torpaq sahəsi qonşu olmuşdur. Maddi imkanları olmadığından qeyd edilən torpağı əkib becərməmişlər. Buna görə də qeyd edilən torpaq sahəsini iddiaçının xahişi ilə 20 il bundan əvvəl ona ona əkməsi üçün vermişlər. İddiaçı bütün bu illər boyu qeyd edilən torpaq sahəsini əkib becərmiş və məhsulunu da özü götürmüşdür. O, qeyd edilən torpaq sahəsini iddiaçıya satmamış və bunun müqabilində ondan hər hansı pul məbləği almamışdır. Hazırda övladları böyüdüyündən qeyd edilən torpağı özləri əkib-becərmək istəyir. İddiaçı isə bununla razılaşmaq istəmir və buna görə də məhkəmədə ona qarşı əsassız iddia qaldırır. Həmçinin əri Madəmin də cavabdehdən pul alması ilə bağlı onun məlumatı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 058715 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən 3385,37 kvadrat metr torpaq sahəsi X1 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. X5 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kim məhkəmə iclasında iddiaçı tələb etdiyi pulu iddiaçıya yox, iddiaçının əri X3 verdiyini bildirmişdir. Yəni, iddiaçı məhkəmə iclasında cavabdehə 4500 manat pul verməsini sübuta yetirə bilməmişdir. Bundan başqa iddiaçı 4500 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 4500 manatın, həmçinin həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 8000 manatla da bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsaslı deyil, bu səbəbdən də İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş A-058715 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2012-ci il tarixli, 18 saylı qərarına əsasən cavabdehə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 3385,37 kvadrat metr pay torpaq sahəsi ilə bağlı Cavabdeh verdiyi 4500 manatın, 4500 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 4500 manatın, həmçinin həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 8000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş A-058715 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2012-ci il tarixli, 18 saylı qərarına əsasən cavabdehə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 3385,37 kvadrat metr pay torpaq sahəsi ilə bağlı Cavabdeh verdiyi 4500 manatın, 4500 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 4500 manatın, həmçinin həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 8000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsitələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1888/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1888/2021
11.11.2021 · Müqavilələrin bağlanması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver