Məhkəmə qərarları › İş №2(006)-2621/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2621/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2621/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “764,48 manat faiz borcunun tamamilə silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən faiz borcumun tamamilə silinməsi cavabdeh "Cavabdeh" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinnin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, “tamamilə” sözünün dəyişdirilərək “qalan 764,48 manat hissəsinin” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, barəsində vaxtilə 2018-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən "Cavabdeh" ASC ayrı-ayrı iki kredit müqaviləsi üzrə yaranmış kredit borcu barədə müvafiq olaraq e-2(001)-7549/2018 nömrəli, 20.08.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 3000 manat ödənilməmiş əsas borc, 762.52 manat fazi borcu, cəmi 3762.52 manat məbləğin ondan tutulması müəyyən olunmuşdur. Həmin məhkəmənin e-2(001)-8533/2018 nömrəli, 05.10.2018-ci il tarixli məhkəmə əmrinə əsasən isə 3832,80 manat ödənilməmiş əsas borc, 738,98 manat faiz borcu, cəmi 4571,78 manat məbləğin ondan tutulması əmr edilmişdir. Məhkəmə əmrlərinə etiraz etməmiş və icra olunması üçün Binəqədi İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin sonralar devalvasiya ilə əlaqədar heç bir ödəniş edə bilməmişdir. Daha sonra "Problemli kreditlərlə bağlı kompensasiyanın verilməsi ilə bağlı" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28.02.2019-cu il tarixli fərman qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə edərək ona məlum olmuşdur ki, xarici valyutada Bank VTB ASC-dən götürdüyü və ödənişini başa çatdırdığı kreditlərə görə ona cəmi 1740,40 manat kompensasiya hesablanmış, həmin məbləğ Cavabdeha olan əsas kredit borclarının azaldılmasına yönəldilmiş, (müvafiq olaraq 976,26 manat və 764,14 manat) həmin borclar üzrə 2856,54 manat və 2235,86 manat qalıq borcunun qaldığı müəyyən olunmuşdur. Bundan sonra onun Cavabdeh ASC-yə cəmi 5092 manat əsas kredit borcum qalmalı idi, faiz borclarının silinməsi və yenidən hesablanması ilə bağlı Cavabdeh ASC-dən heç bir açıqlama verilməmişdir. Baxmayaraq ki, cavabdeh banka dəfələrlə bu barədə müraciətlər etmiş, lakin heç biri cavablandırılmamışdır. Bu yaxınlarda cavabdehin Binəqədi İcra və Probasiya şöbəsinə göndərdiyi məktublarda onun borclarının müvafiq olaraq 2583,46 manat və 3273,42 manat, yəni cəmi 5857 manat təşkil etdiyi qeyd olunmuşdur. Buradan belə görünür ki, bank tərəfindən onun məhkəmə əmrləri ilə müəyyən olunmuş faiz borclarına da yenidən baxılmış və 5092 manat əsas borc məbləği ilə yanaşı 765 manat faiz borcu saxlanılmışdır. Faiz borcunun hansı qaydada yenidən hesablanması və silinməsi barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, məlum Fərmanın icrası ilə bağlı qəbul olunmuş qaydalara əsasən milli valyuta götürdüyü kreditlərin məbləği 17000 manatdan çox olmadığı və həmin kreditlərə görə gecikdirilmiş günlər 365 gündən çox olduğu üçün Fərmanın əhatə dairəsinə düşməli və faizlər tam şəkildə silinməli idi. Mərkəzi Bankın 24.06.2020-ci il tarixli məktubunda da qalıq əsas kredit borcunun müvafiq olaraq 2235,86 manat və 2856,54 manat təşkil etmişdir. Halbuki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı ilə Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etməli idi. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır, ona görə ki, tərəflərindən araşdırılan məlumatlara əsasən müqavilənin bağlanıldığı 31.08.2017-ci il tarixli, **********01944104 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" qəbul etdiyi 28.02.2019-cu il tarixli fərmanına qədər gecikmə günləri 294 gün, 31.08.2017-ci il tarixli, 110GTKR172431002 saylı kredit müqaviləsi üzrə gecikmə günləri isə 304 gün hesablanmışdır. Sözügedən fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Belə ki, gecikmə günü yuxarıda qeyd olunan hər iki müqavilə üzrə 360 gündən az olduğuna görə bu kredit müqavilələri üzrə borclar fərmanın təsir dairəsinə düşməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsinə iddia etdiyi məlumatları təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı 24 iyun 2020-c i il tarixli məktubunda qeyd edilir: “Sizin "Cavabdeh" ASC ilə bağlı daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərman imzalanmışdır. Nəzərinizə çatdırırıq ki, sizinlə Bank VTB Azərbaycan ASC arasında bağlanmış kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qaşılanması məqsədilə sizə dövlət büdcəsinin vəsaiti hesabına 1740.40 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların kredit təşkilatları və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən sizə hesablanmış kompensasiya məbləği proporsional qaydada, ilk növbədə, sizin 01.03.2019-cu il tarixinə "Cavabdeh" ASC-də 10 gündən artıq gecikməsi olan 3000 manat və 3832.80 manat məbləğlərindəki əsas kredit borcunuzun azaldılmasına yönəldilmişdir. Bundan sonra sizin qalıq əsas kredit borcunuz müvafiq olaraq 2235.86 manat və 2856.54 manat təşkil etmişdir. Əlavə olaraq bildiririk ki, həmin Fərman müvafiq olaraq 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması qeyd olunmuşdur. Həmçinin qeyd edirik ki, "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 5.2.1-ci bəndinə müvafiq olaraq Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Bu hissə ilə əlaqədar bildiririk ki, sizin qeyd olunan tarixə sözügedən kreditləriniz üzrə əsas borcunuzun məbləği milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) çox olmasa da, həmin kreditlərə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sözügedən kredit müqavilələri üzrə qalıq borc barədə məlumatın əldə edilməsi üçün müştərisi olduğunuz kredit təşkilatına, Bakı şəhəri üzrə 1 saylı ( Bakı şəh., Ak.Həsən Əliyev 36) "Asan Kommunal" mərkəzinə və ya Azərbaycan Kredit Bürosuna (Bakı şəhəri, AZ1014, S.Vurğun küçəsi 43, “X7‫ ״‬iş mərkəzi) müraciət etməyiniz tövsiyyə olunur”. Belə ki, hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh ASC -yə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “764,48 manat faiz borcunun tamamilə silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “764,48 manat faiz borcunun tamamilə silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar