Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2649/2021 23.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2 (006)-5949/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 100 (bir yüz) manat sabit pul məbləğində alimentin hazırkı dövr üçün indeksasiyasının müəyyən edilərək alimentin miqdarının artırılması və 25 iyun 2018-ci il tarixdə doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2 (006)-5949/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 14.09.2018-ci il tarixdən başlayaraq 25 iyun 2018-ci il təvəllüdlü X3 üçün hər ay üçün 100 ( bir yüz ) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bununla yanaşı iddiaçı ərizəsində valideynlərinin vəfat etməsini, hazırda uşağı təkbaşına böyütdüyünü, göstərilən qətnamənin qəbul edilməsindən artıq 2 ildən çox vaxt keçdiyini, bu müddət ərzində Respublikada ərazaqların, geyim əşyalarının qiymətlərinin və müalicə xərclərinin bahalaşdığını, bu səbəbdən 100 manat sabit pul məbləğində alimentin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın körpə olduğunu və özünün heç yerdə işləmədiyini qeyd etmişdir. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, əvvəlki nikahdan doğulmuş 23.08.2011-ci il təvəllüdlü X6 onun himayəsində olmasını, 29.07.2010-cu il təvəllüdlü X2 üçün hər ay 120 manat sabit pul məbləğində alimentin ondan tutularaq X8 xeyrinə ödənilməsini, hazırda ehtiyat hissələri mağazasında satıcı vəzifəsində işlədiyini və aylıq qazancının 250 manat təşkil etdiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, hazırda uşağı 25 iyun 2018-ci il təvəllüdlü X3 üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödədiyini, əvvəlki nikahdan olan bir uşaq üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment ödədiyini, bundan başqa əvvəlki nikahdan olan 23.08.2011-ci il təvəllüdlü X6 onun himayəsində olmasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli, AZ-İV seriyalı, 220829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 iyun 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11 sentyabr 2018-ci il tarixdə 143 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(006)- 5949/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 25 iyun 2018-ci il tarixdə doğulmuş X9 atası olması faktı müəyyən edilmiş, Cavabdeh 14 sentyabr 2018-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahlarından 25 iyun 2018-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 16 mart 2021-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh avto ehtiyat hissələri mağazasında əmək müqaviləsi üzrə satıcı işləyir, aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekbar 2016-cı il il tarixli, 2(006)- 4066/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə X18 arasında 04 sentyabr 2009-cu il tarixdə bağlanmış və həmin tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 664 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra 23 avqust 2011-ci il təvəllüdlü X15 atası Cavabdeh ilə, 29 iyul 2010-cu il təvəllüdlü X13 isə anası X16 ilə saxlanılmış, 29 iyul 2010cu il təvəllüdlü X1 üçün 14 sentyabr 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat aliment tutularaq X14 ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İddiaçı alimentin artırılması haqqında öz iddiasını əsaslandıraraq «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmiş və həmin Qanunda göstərilən uşaqlar üçün yaşayış minimumunu əsas tutmuşdur. Bununla əlaqədar, məhkəmə qeyd edir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və bununla əlaqədar, uşağın saxlanması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(006)-5949/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş etsə də, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, 250 manat məbləğində əmək haqqı alır. Həmçinin, Cavabdeh təqdim etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekbar 2016-cı il il tarixli, 2(006)-4066/2016 saylı qətnamənin surətindən görünür ki, 23 avqust 2011-ci il təvəllüdlü X15 onun himayəsindədir və 29 iyul 2010-cu il təvəllüdlü X1 üçün hər ay 120 manat aliment ödəyir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.3-cü bəndində qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin Qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, hazırda cavabdehin himayəsində əvvəlki nikahdan doğulmuş 23 avqust 2011-ci il təvəllüdlü X6 olmasını və 29 iyul 2010-cu il təvəllüdlü X1 üçün 14 sentyabr 2016cı il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat məbləğində aliment tutulmasını, cavabdehin aldığı əmək haqqının məbləğini və hər üç uşağın mənafelərini nəzərə alaraq, elecə də ədalətlilik prinsipi baxımından hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı aliment miqdarının artırılması məqsədəmüvafiq deyil. Həmçinin, iş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2649/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2649/2021
23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver