Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2663/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “saxlanc müqaviləsi ilə girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə 3 №-li aktla “xxxxxx” İKB ASC-ə girov qoyulmuş 28 adda, 126,8 qram çəkidə qızıl-zinət əşyalarının və ya bugünkü qiymətlə dəyərinin həmin girovla bankdan götürülmüş vəsaitin ödənildiyi vaxtdan bu günə kimi həmin dəyərin bankın kredit verərkən nəzərdə tutduğu faiz ilə hesablanmaqla itirdiyi vəsaitin Cavabdeh (“xxxxxx İKB”) ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, kredit götürmək məqsədilə “xxxxxx” İKB ASC-nin Bərdə filialı ilə xx xxxxxx 2014-cü ildə 12 SKMF-1-0-174-14 saylı əsas kredit müqaviləsi bağlamışdır.Həmin əsas kredit müqaviləsi əsasında “xxxxxx” İKB ASC-nin Bərdə filialı ilə 6 faiz dərəcəsi olmaqla 36 aya 10.000 manat kredit götürmüş, girov kimi həmin kreditin zəmanəti olaraq xx.xx.2014-cü il tarixdə 3 saylı aktla 28 adda, 126,8 qram çəkidə qızıl-zinət əşyalarını banka girov qoymuş, qeyd olunan krediti 2015-ci ilin aprel ayında bağlamış, 06, aprel 2015-ci il tarixdə həmin cavabdehlə yeni kredit müqaviləsi bağlayaraq 15000 manat kredit götürmüşdür. Kreditin təminatı kimi Bərdə rayonu Hacallı kəndində X2 mülkiyyətində olan 0,73 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 141,8 kv-m, ümumi, 101, 6 kv-m yaşayış, 40.2 kv-m yardımçı sahədən ibarət fərdi yaşayış evini banka girov qoymuşdur. Lakin əvvəlki bağlanmış müqavilə ilə banka saxlanca verilmiş yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarını bank ona qaytarmamış və dəfələrlə müraciətlərinə baxmayaraq bu günə kimi həmin əmlakını bankdan ala bilmir. İkinci müqavilə ilə yuxarıda qeyd etdiyi yaşayış evi girov qoyulmaqla kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli müqavilə şərtlərini yerinə yetirə bilmədiyinə görə “xxxxxx” İKB ASC ona qarşı iddia qaldıraraq vəsaitini tələb etmiş, nəticədə Bərdə rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)- 2097/2018 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, ondan 13125 manat əsas, 1172,01 manat faiz borcu, 20 manat cərimə və 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəidilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun 20 manat xidmət haqqının iddaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə tutmanın Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və evdə yaşayanların həmin evdən çıxarılması qərarlaşdırılmışdır. Tərəflərindən verilən şikayətlə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-381/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsində Bərdə rayon Məhkəməsinin xx xxx 2018-ci İl tarixli, 2(021)-2097/2018 saylı qətnaməsi ilə ona, İddiaçı münasibətdə qismən təmin edilmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-2018 saylı qətnaməsi, tutma X4 məxsus olan mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən, 3 otaqlı, 141,8 kv.metr, ümumi, 101,6 kv.metr yaşayış, 40,231 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsinə yönəldilməsi hissəsində dəyişdirilmiş və tutma X6 mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən, 3 otaqlı, 141,8 kv.metr, ümumi, 101,6 kv.metr yaşayış, 40,231 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsinə yönəldilmiş və ilkin satış qiyməti 65.000 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə müəyyən olunmuşdur ki, “Məhkəmə kollegiyası apellyasia şikayətində girov qoyulmuş 28 adda qızıllara münasibətdə bildirir ki, həmin qızılların hazırkı kredit müqaviləsi üzrə girov qoyulması işdən görünmür. Ona görə də kollegiya apellyasiya şikayətinin həmin tənqidi yanaşır və cavabdehin özünü müdafiə etməsi halı kimi qiymətləndirir.” Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında birmənalı olaraq qərara alıb ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Qeyd etdiyi kimi, o, 2014cü ildə götürdüyü krediti qaytarmış və ikinci dəfə götürdüyü kreditin təminatı kimi yuxanda qeyd olunmuş yaşayış evi girov qoyulmuşdur. Onun 2014-cü ildə götürdüyü kredit məbləğini vaxtından əvvəl tam ödəmişdir. Həmin kreditlə əlaqədar heç bir borcu qalmadığı halda banka girov qoyduğu qızıl-zinət əşyalarını bu günə kimi bankdan ala bilmir, Bank qanunsuz saxladığı həmin qızıl-zinət əşyalarını vaxtında qaytarsaydı həmin əşyaları istifadə etməklə banka olan borcunu qaytara bilərdi. Lakin bu barədə dəfələrlə rəsmi qeyrirəsmi müraciətlərinə baxmayaraq qoyduğu qızıl-zinət əşyalarını qaytarmır. Qeyd etdiyi kimi 2014-cü ildə götürdüyü kredit müqaviləsi tam ödənilmiş ancaq banka girov qoyduğu qızıl-zinət əşyaları bank tərəfindən qaytarılmır. Hazırki vəziyyətdə bank borclu, o isə kreditor mövqeyindədir. Bu vəzivyətdə bank ona borcludur, Azərbaycan Respublikası MMnin 385.1-ci maddəsinə əsasən "Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditin) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmək, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınt tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinin tələblərinə görə Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyigünə qədər tutulur. Onun da qızıl-zinət əşyalarını bank vaxtıda qaytarmamaqla onun həmin vəsaitlərindən isitadə hüququnu məhdudlaşdırmış və onu əldə edə biləcəyi gəlirdən məhrum etmişdir.Odur ki, “xxxxxx” İKB ASC-ilə 2014-cü ildə bağlanmış kredit müqaviləsilə alınmış kredit tam ödənilsə də, həmin kreditə görə banka girov qoyulmuş 28 adda, 126,8 qram qızıl-zinət əşyaları həmin girovla götürülmüş vəsaitin, ödənildiyinə baxmayaraq girov qoyulmuş əşyaların həmin vaxtdan bu günə kimi bank tərəfindən qaytarılmır. Buna görə həmin əşyaların dəyərinin bankın öz faiz dərəcəsi ilə hesablamaqla itirdiyi vəsaitin bank tərəfindən ona ödənilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı xx xxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlayarkən eyni tarixdə qızılların girov qoyulması ilə bağlı saxlanc müqaviləsi də imzalamışdır. Onlar borcun ödənilməsi tələbi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərkən tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişlər. Qətnamə icra olunanda ipoteka predmeti əgər borcu qarşılayarsa qızıllar qaytarılacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 3 №-li aktdan görünür ki, İddiaçı ona məxsus 28 ədəd 126.8 qram çəkisi olan 3,625 manat dəyərində qızıl-zinət əşyalarını “xxxxxx” İKB ASC-yə girov qoymuşdur. İş materiallarında olan “xxxxxx” İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 12-SKMF-3-0-259-15 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdeh İddiaçı 36 ay müddətinə, illik 6 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxx” İKB ASC (girovsaxlayan) ilə İddiaçı arasında bağlanmış (girovqoyan) xx xxxxx 2015-ci il tarixli, 12-SKMF-3-0-259-1 №-li saxlanc müqaviləsinin surətindən görünür ki, xx xxxxx 2015-ci il tarixli, 12-SKMF-3-0-259 №-li kredit müqaviləsinin təminatı olaraq 3,625 manat dəyərində qızıl-zinət əşyaları Banka girov qoyulmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-381/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti İddiaçı münasibətdə qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-2018 saylı qətnaməsinin, tutma X4 məxsus olan mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən, 3 otaqlı, 141,8 kv.metr, ümumi, 101,6 kv.metr yaşayış, 40,231 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsinə yönəldilməsi hissəsində dəyişdirilməsi və tutmanın X2 mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən, 3 otaqlı, 141,8 kv.metr, ümumi, 101,6 kv.metr yaşayış, 40,231 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsinə yönəldilməsi və ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/504 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “xxxxxx” İKB ASC-nin (Cavabdeh) Bərdə filialı ilə İddiaçı arasında bağlanmış 12-SKMF-3-0-259-15 saylı, xx xxxxx 2015-ci il tarixli saxlanc müqaviləsində “Girov qoyan” qrafalarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuş-dur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Eyni Məcəllənin 269.5-ci maddəsinə görə və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 280.1-ci maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Bu Məcəllənin 294.1-ci maddəsinə əsasən girova aşağıdakı hallarda xitam verilir: - girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; - bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; -. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; - tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda. 294.2-ci maddəsin görə girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. İşin məhkəmə iclаsındа müəyyənləşdirilən hаllаrındаn görünür ki, iddiаçı İddiaçı ilə Cavabdeh (“xxxxxx İKB”) ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 12-SKMF-3-0- 259-15 saylı kredit müqaviləsinə əsasən X3 36 ay müddətinə, illik 6% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borc öhdəliyinin təminatı kimi X2 mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 3 otaqlı, 141.8 kv.metr ümumi, 101,6 kv.metr yaşayış, 40.231 kv.metr köməkçi sahədən ibarət yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin İddiaçı məxsus 28 ədəd 126.8 qram çəkisi olan 3,625 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-381/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bərdə rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-2097/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti İddiaçı münasibətdə qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-2018 saylı qətnaməsinin, tutma X4 məxsus olan mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən, 3 otaqlı, 141,8 kv.metr, ümumi, 101,6 kv.metr yaşayış, 40,231 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsinə yönəldilməsi hissəsində dəyişdirilməsi və tutmanın X2 mülkiyyətində olan Bərdə rayonu Hacallı kəndində yerləşən, 3 otaqlı, 141,8 kv.metr, ümumi, 101,6 kv.metr yaşayış, 40,231 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,73 ha torpaq sahəsinə yönəldilməsi və ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehlə aralarında 2014-cü il tarixli kredit müqaviləsi bağlandığını, mübahisəli qızıl-zinət əşyalarını həmin müqavilənin təminatı kimi girov qoyduğunu və bu müqavilə üzrə də borcun tərəfindən tam ödənildiyini əsas gətirməklə girov predmetinin geri qaytarılmasını tələb edir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı 3625 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehlə aralarında bağlanmış xx xxxxx 2015-ci il tarixli 12-SKMF-3-0-259- 15 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli saxlanc müqaviləsinə əsasən Banka girov qoymuşdur. İddiaçı belə bir saxlanc müqaviləsi bağlamadığını, həmin müqavilədəki imzanın ona məxsus olmadığını bildirsə də, keçirilmiş ekspertiza nəticəsində 12-SKMF-3- 0-259-15 saylı, xx xxxxx 2015-ci il tarixli saxlanc müqaviləsində “Girov qoyan” qrafalarındakı imzaların İddiaçı məxsus olduğu müəyyən edilmişdir. Yuxarıda sadalanan faktlardan göründüyü kimi, borclu İddiaçı Banka olan borcu tam şəkildə ödənilməmişdir. Belə ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olsa da, həmin qətnamənin icra edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mübahisə predmeti olan daşınar əmlak isə Bank ilə İddiaçı arasında mövcud olan kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi öhdəliyinin təminatı olduğundan və bu öhdəliyə xitam verilmədiyindən (yəni hüquqi münasibətlərin , bütün haqq, öhdəlik və vəzifələrin aradan qalxması halları baş vermədiyindən) əmlakın yüklülükdən azad olunması mümkün deyil. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “bugünkü qiymətlə dəyərinin həmin girovla bankdan götürülmüş vəsaitin ödənildiyi vaxtdan bu günə kimi həmin dəyərin bankın kredit verərkən nəzərdə tutduğu faiz ilə hesablanmaqla itirdiyi vəsaitin Cavabdeh (“xxxxxx İKB”) ASC-dən alınaraq ona verilməsi”nə dair hissədə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “saxlanc müqaviləsi ilə girov qoyulmuş qızıl-zinət əşyalarının və ya həmin əşyaların əsassız saxlandığı müddətdə itirilmiş gəlirin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “saxlanc müqaviləsi ilə girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2663/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2663/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver