Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2677/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X1rşı «müqavilədə qeyd edilən faiz dərəcəsi ilə ödənilən faiz dərəcəsi arasında yaranmış fərqin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X1rşı «müqavilədə qeyd edilən faiz dərəcəsi ilə ödənilən faiz dərəcəsi arasında yaranmış fərqin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin Mərkəzi filialı arasında klassik əmanət (depozit) hesabı haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.3-cümaddəsinə əsasən, Müqavilənin predmetinə uyğun olaraq, Əmanətçi 60000 ABŞ dolları məbləğində pulunu Banka depozitə qoymuş, Bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin çərtlərinə uyğun qaydada, Əmanətçiyə faizlərin hesablanmasını, ödənilməsini və Əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.5-ci maddəsinə əsasən, Müqavilənin müddəti 60 aydır. Müqavilə xx.xx.2010-cu u rarixindən xx.xx.2015-ci il tarixinədək qüvvədədir. Müqavilənin 3.1-ci bəndinə əsasən, faizlərin ödənilməsi "illik" şərtilə ilə 16 faiz nəzərdə tutulmuşdur. Müqavilənin bu şərtlərinə uyğun olaraq, xx.xx.2010 il tarixindən 5 (beş) il ərzində, yəni xx.xx.2015-ci il tarixinədək hər il 60000*16%=9600 ABŞ dolları Bank tərəfindən əmanətçiyə ödənilməli idi. Sonradan müqavilənin müddəti xx.xx.2015-ci il tarixindən yenidən 5 (beş) il müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Həmin müddət üzrə 12.4 % faiz dərəcəsi müəyyən edilmişdir. Bu, müqavilənin üzərindəki qeyddən də görsənir. Elə, tərəflər arasında bağlanmış müqavilənin 1.6-cı maddəsində göstərilir ki, müqavilənin bitməsinə bir həftə qalmış Əmanətçi depozitin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır, bu şərtlə ki, Bank müqavilənin müddətinin uzadılmasma razı olsun. Müqavilənin müddətinin uzadılması yeni müqavilənin bağlanılması kimi qəbul edilir. Müqavilənin və Mülki Məcəllənin 947.4-cü maddəsinin tələblərini nəzərə alaraq, müqavilə xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 12.4 faiz dərəcəsi ilə uzadılmış hesab edilir. Burdan belə çıxır ki, müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2015-ci il tarixindən hər il əmanətçiyə 60000*12.4%=7440 ABŞ dolları ödənilməli idi. Lakin bütün bunlara baxmayaraq, Bank tərəfindən birtərəfli qaydada müqavilə üzrə faizlərin azaldılması həyata keçirilərək, xx.xx.2017-ci il tarixindən faiz məbləğinin 2 faiz olaraq hesablanmağa başlanılmışdır. Müştəriyə xx.xx.2015-ci il tarixdə sonuncu ödəniş olaraq, 9600 ABŞ dolları deyil, səbəbi bilinmədən 9480 ABŞ dolları ödəniş edilmişdir. Burda 120 ABŞ dolları məbləğində fərq yaranmışdır və həmin fərq ödənilməlidir. Baxmayaraq ki, xx.xx.2015-ci il tarixindən 7440 ABŞ dolları ödənilməli idi, müştəri xx.xx.2016xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı ilədək olan dövr üzrə 744 ABS dolları, xx.xx.2017-xx.xx.2018-ci ilədək olan dövr üzrə isə 1560 ABŞ dolları, xx.xx.2018xx.xx.2019-cu ilədək olan dövr üzrə isə 6240 ABS dolları, xx.xx.2019-xx.xx.2020-ci ilədək olan dövr üzrə isə 6240 ABS dolları fərq yaranmışdır. Bu səbəblərdən də bankın müqavilə öhdəliklərini icra etməkdən imtina etməsinin hər hansı bir qanuni əsası olmamışdır. Mədaxil çıxarışından görsəndiyi kimi, iddiaçı tərəfindən vəkil xərci olaraq 200 manat pul məbləği ödənilmişdir. Göstərilənlərə əsasən 14904 ABŞ dolları pul məbləğinin, faiz olaraq 1490 ABŞ dolları pul məbləğinin ödəniş gününə (faktiki ödəniş günü) olan USD/AZN məzənnəsinə uyğun olaraq, vəkilə ödənilən 200 manat məbləğin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 60 000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 60 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 16 % dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016cı il tarixdə 6696 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 7440 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə 5880 ABŞ dolları ödənilmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilə bağlanmışdır. Cavabdeh iddiaçıya xx.xx.2016-cı il tarixdə 6696 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 7440 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə 5880 ABŞ dolları ödəməklə əmanət məbləğinin illik faiz dərəcəsini aşağı endirmişdir. Hazırda iddiaçı müqavilədə qeyd edilən faiz dərəcəsi ilə ödənilən faiz dərəcəsi arasında yaranmış fərqin ödənilməsini tələb edir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 948.1-ci maddəsinə bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladıpı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Müqavilənin 3.6-cı bəndində göstərilir ki, əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilənin 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Göründüyü kimi bank əmanəti müqaviləsi üzrə əmanətin məbləği üçün faizlərin dəyişdirilməsi üçün Mülki Məcəllədə konkret hallar müəyyən edilmişdir, belə ki, faizlərin dəyişdirilməsi yalnız müqavilə müddətinin qurtarması və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlanması ilə şərtləndirilmişdir ki, hazırki işin hallarında da qeyd olunan şərtlərin mövcud olması müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin isə 8.1-ci bəndinən görünür ki, müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minərək bu müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin iş materiallarında olan ödəniş cədvəlindən göründüyü kimi cavabdeh əmanəti, onun məbləğinin illik faiz dərəcəsini aşağı endirərək ödəmişdir ki, burdan da aydın olur ki, cavabdeh müqaviləni birtərəfli qaydada dəyişdirmişdir. Halbuki, müqaviləyə dəyişiklik yazılı formada tərtib edilməmiş, habelə iddiaçının buna rəsmi razılığı alınmadan cavabdeh tərəfindən birtərəfli qaydada edilmişdir ki, bu da həm müqavilənin yuxarıda istinad edilən müddəalarına, həm də qanunvericliyin tələblərinə zidd olmuşdur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllə, 421.1 və 421.2-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxxx 2015-ci il tarixli əmanət müqaviləsinə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən birtərəfli qaydada edilmiş əmanətin illik faiz dərəcəsinin 2 faizə endirilməsi ilə bağlı dəyişiklik etibarsız hesab edilməli, faizlər əmanət müqaviləsinin şərtlərinə uyğun hesablanmalı və İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan mədaxil çıxarışından göründüyü kimi iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 200 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 14904 ABŞ dolları pul məbləği, faiz olaraq 1490 ABŞ dolları pul məbləği ödəniş gününə (faktiki ödəniş günü) olan Mərkəzi Bank tərəfindən müəyyən edilmiş USD/AZN məzənnəsinə uyğun olaraq, vəkilə ödənilən 200 manat məbləğ və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2677/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2677/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver