Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2681/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1680 (bir min altı yüz səksən) manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus “Range Rover” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin mart ayında mühərrik hissəsində prokladka deyilən yerində yağın sızdığını görmüşdür. Bu səbəbdən həmin vaxt avtomobilini təmir olunması üçün Bakı şəhəri Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “4 ÇARX” avtomobil təmir servisinə aparmışdır. İlkin adlı usta avtomobilinə baxdıqdan sonra avtomobilin karobkasının yağının dəyişdirilməli olduğunu, həmçinin avtomobilin bir neçə hissəsinin xarab olduğunu bildirmişdir. O, da öz növbəsində Cavabdeh avtomobilin bütün təmir xərclərinin nə qədər olduğunu soruşmuşdur. Cavabdeh nəzərdə tutduğu təmir xərclərini hesabladıqdan sonra avtomobilin 1920 (bir min doqquz yüz iyirmi) manat təmir xərcinin olduğunu bildirmişdir. O, da usta Cavabdeh bildirdiyi məbləğ ilə razılaşmış və hissə-hissə olmaqla ona 1920 (bir min doqquz yüz iyirmi) manat pul vermişdir. Cavabdeh avtomobilin yağını dəyişmiş, lakin bundan başqa heç bir təmir işi görmədən avtomobili ona geri qaytarmışdır. Cavabdeh ona məxsus avtomobilin yağını dəyişməsinin qiyməti 140 (bir yüz qırx) manat olmuşdur. Bundan sonra o, dəfələrlə Cavabdeh ödədiyi pulu geri qaytarmasını tələb etməyinə baxmayaraq Cavabdeh ona yalnız 100 (bir yüz) manat pul qaytarmışdır. Cavabdeh hal-hazırda ona 1680 (bir min altı yüz səksən) manat borcu qalmışdır. Dəfələrlə Cavabdeh ona olan 1680 (bir min altı yüz səksən) manat borcunu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə şikayət etmişdir. Nəticədə hadisə ilə bağlı araşdırma aparılmış Cavabdeh Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinə dəvət olunaraq izahatı alınmışdır. Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən izahatı alınmış xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh izahatında bildirmişdir ki, “2023-cü ilin mart ayında o, Bakı şəhəri Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “4 ÇARX” avtomobil təmir sexində çilingər işləmişdir. Həmin vaxt Range Rover markalı **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rahib adlı şəxs avtomobilini gətirərək təmir etdirmək istəmişdir. O, avtomobilə nəzər yetirdikdən sonra avtomobilin 1920 (bir min doqquz yüz iyirmi) manat təmir xərci olduğunu demişdir. Bundan sonra avtomobilin sahibi Rahib adlı şəxs onun dediyi məbləğə razılaşmış və hissə-hissə olmaqla ümumilikdə 1920 (bir min doqquz yüz iyirmi) manat pul vermişdir. O, avtomobili təmir üçün təhvil aldıqdan sonra avtomobilin yağını dəyişmiş, lakin digər işləri görməyə çatdırmamışdır. Bundan sonra isə avtomobilin sahibi Rahib gəlib avtomobilini aparmışdır. Hal-hazırda isə onun Range Rover markalı **-TG-*** dövlət qeydiyyat nişanlıı avtomobilin sahibi Rahibə 1680 (bir min altı yüz səksən) manat borcu qalmışdır. O, avtomobilin sahibi Rahibdən təhvil verdiyi avtomobili təmir etmək üçün 1920 (bir min doqquz yüz iyirmi) manat pul almış, lakin avtomobilin yağını dəyişmiş və sonradan 100 (bir yüz) manat pulu ona geri qaytarmışdır. Hal-hazırda onun Rahibə 1680 (bir min altı yüz səksən) manat borcu qalmışdır.” Cavabdeh ona məxsus avtomobilin təmir olunması üçün ondan 1920 (bir min doqquz yüz iyirmi) manat pul almış, lakin həmin puldan 100 (bir yüz) manatını ona geri qaytarmış, 140 (bir yüz qırx) manat pulu isə avtomobilin yağının dəyişməsinə sərf olunmuşdur. Halhazırda onun ona 1680 (bir min altı yüz səksən) manat borcu qalmışdır. Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2023-cü ilin mart ayında o Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 4 Çarx avtomobil təmir sexində çilingər işləmişdir. Həmin vaxtı Range Rover markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Rahib adlı şəxs “RANGE ROVER” markalı avtomobilini gətirərək təmir etməyini istəmişdir. O avtomobilə nəzər saldıqdan sonra avtomobilin 1920 (min doqquz yüz iyirmi) manat xərci olduğunu demişdir. Bundan sonra avtomobilin sürücü Rahib adlı şəxs onun dediyi məbləğlə razılaşmış və bir neçə dəfəyə ümumilikdə 1920 AZN vermişdir. O, avtomobili təhvil aldıqdan sonra avtomobilin yağını dəyişmiş, lakin qalan işləri görməyə çatmamışdır. Bundan sonra isə avtomobilin sahibi Rahib adlı şəxs avtomobili gəlib götürmüşdür. Hal-hazırda isə onun Rahib adlı şəxsə 1620 (min altı yüz iyirmi) manat borcu qalmışdır. O, Rahib adlı şəxsdən ona təhvil verdiyi avtomobili təmir etmək üçün 1920 AZN pul almış, lakin avtomobilin yağını dəyişmiş və sonradan 100 AZN qaytarmış və hal hazırda onun Rahibə 1680 (min altı yüz səksən) AZN borcu qaldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında tapşırıq ilə bağlı münasibətlər yarandığından mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 23 və 40-ci fəsillərində təsbit olunmuş «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» və «Tapşırıq» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Odur ki, məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindən göründüyü kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 786.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh iddiaçıdan nəqliyyat vasitəsinin təmiri ilə bağlı 1920 manat məbləğində pul vəsaiti almış və daha sonra cavabdeh təmir işlərinin görülməsini lazımi qaydada həyata keçirməmiş, yəni sadəcə avtomobilin yağını dəyişmişdir. Daha sonra Cavabdeh iddiaçıya 100 manat məbləğində pul qaytarmışdır. Cavabdeh İddiaçı 1.680 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Şərh olunan hüquq normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlara əsasən cavabdehin 1680 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürməsi öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi qanuni və əsaslıdır. Odur ki, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1680 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1680 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2681/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2681/2023
25.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver