Məhkəmə qərarları › İş №2(006)-2689/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2689/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2689/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3616/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4853/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə 08 noyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 27 noyabr 2017-ci il təvəllüdlü X1 və 08 noyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Məlum edirəm ki, Cavabdeh ilə 2016-cı il tarixdə el-adət ənənəsi uyğun olaraq toy edərək faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Daha sonra 2019-cu il tarixdə cavabdehlə ailə münasibətlərimiz pozulmuş və ayrılmışlar. Cavabdehlə birgə münasibətlərimizdən 2 (iki) övladları - 27 noyabr 2017-ci il təvəllüdlü X7 və 08 noyabr 2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3616/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı aliment tələbi barədə iddia tələbi təmin edilmiş, Cavabdeh 12 iyun 2020-ci il tarixdən başlayaraq 27 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Eləcə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4853/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbi barədə iddia tələbi təmin edilmiş, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh 08 noyabr 2019-cu il təvəllüdlü X10 münasibətdə atalığın müəyyən edilməsi, 08 noyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı qızma ödənilməsi qət edilmişdir. Hazırda uşaqların məsrəfləri yetərincə artmış və əvvəlki qətnamələr ilə müəyyən olunmuş aliment artıq tələbatı ödəmir. Həmçinin uşaqlar azyaşlı olduğundan onları təkbaşına qoya bilmir, bu səbəbdən də heç bir yerdə işləmir və ancaq azyaşlı övladına baxa bilmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edildiyindən sabit pul məbləğində müəyyən edilməsinə . dair qətnamə çıxarılmasını xahiş etmişdir. 16.05.2022-ci il tarixdə Cavabdeh tərəfindən etiraz daxil olmuş, İddiaçı tərəfindən verilmiş iddianın rədd olunmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciəti əsasında 2(006)-2689/2022 saylı iş Sizin icraatınızdadır. Məlumdur ki, Cavabdeh İddiaçı ilə ailə həyatından 27 noyabr 2017-ci il təvəllüdlü X7 və 08 noyabr 2019-cu il təvəllüdlü X12 adlı övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət evli olsalarda sonralar ailə münasibətləri pozulmuş və uşağın saxlanılması ilə bağlı aliment təyin edilmişdir. Qeyd edim ki, Cavabdeh bundan əvvəl də X5 ilə ailə həyatı qurmuş və həmin nikahından X9 adlı övladı dünyaya gəlmişdir. Cavabdeh birinci nikahı da pozulmuş, birgə nikahdan doğulmuş qızı X2 da anasının yanında yanında qalması qət edilmişdir. Göründüyü kimi Cavabdeh hər iki nikahı pozulmuşdur. Odur ki, Cavabdeh hazırda İddiaçı ilə yanaşı Xətai Rayon Məhkəməsinin 2(011)-4518/2021 saylı qətnaməsi ilə digər övladı 20 sentyabr 2009-cu il təvəllüdle X6 da 170 manat sabit pul məbləğində aliment ödəyir. Qeyd edir ki, hazırda üç uşağının saxlanılması üçün əlindən gələni etməkdədir. Elə bu məqsədlə Cavabdeh hazırda üç uşağa aliment ödəyir və gecikdirmir. Buna baxmayaraq yenə də çalışır ki, öhdəliklərini yerinə yetirə bilsin. Bununla bağlı valideynlərindən kömək istəyir. Cavabdeh aliment öhdəliyini icra edə bilməsi üçün kifayət qədər borc da almışdır. Hazırda aliment məbləğinin artırılması onun vəziyyətini çətinləşdirəcəyindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4853/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh 08 noyabr 2019-cu il təvəllüdlü X10 münasibətdə atalığı müəyyən edilmiş, 08 noyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəimi rayon Məhkəməsinin 2(006)-3616/2020 saylı, 12.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 12 iyun 2020-ci il tarixdən başlayaraq, 27 noyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İV 722504 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.11.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi tərəfindən verilmiş, AZ-T 090430 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27.11.2017-ci il tarixdə Stokholm şəhərində anadan olmuşdur. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ 420205 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 08 noyabr 2019-cu il tarixdə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir. Mediasiya Şurası, Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/3-00760 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 08 noyabr 2019-cu il təvəllüdlü X12 üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3616/2020 saylı, 12.08.2020-ci il tarixli, 27 noyabr 2017-ci il təvəllüdlü X7 üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)- 4853/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2022-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 27 noyabr 2017-ci il təvəllüdlü X1 və 08 noyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3616/2020 saylı, 12.08.2020-ci il tarixli, 27 noyabr 2017-ci il və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)-4853/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 27 noyabr 2017-ci il təvəllüdlü X7 və 08 noyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3616/2020 saylı, 12.08.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş 170 (bir yüz yetmiş) manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)-4853/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş 170 (bir yüz yetmiş) manat məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində manat olmaqla, qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti iddiaçı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar