Məhkəmə qərarları › İş №2(006)-272/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-272/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-272/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı "kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı "kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2021-ci il tarixli 155/SM-21 saylı kredit müqaviləsi üzrə əsas borc 19966.40 (on doqquz min doqquz yüz altmış altı manat qırx qəpik) manat, faiz borcu 848.58 (səkkiz yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat olmaqla ümumilikdə 20814.98 (iyirmi min səkkiz yüz on dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “X6 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2021-ci il tarixli, 155/SM-21 saylı kredit və eyni tarixli 37582/37568 saylı girov müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 45 % -lə 73100 (yetmiş üç min yüz) manat məbləğində kredit verilmiş, kreditin və faizin ödənilməsinə dair “Forma- 1” qrafiki tərtib edilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, nəticədə, "xxxx" MMC-yə 11 fevral 2021-ci il il tarixli 155/SM-21 saylı kredit müqaviləsi üzrə əsas borc 19966.40(on doqquz min doqquz yüz altmış altı manat qırx qəpik)manat, faiz borcu 848.58(səkkiz yüz qırx səkkiz manat əlli səkkiz qəpik)maııat olmaqla ümumilikdə 20814.98(iyirmi min səkkiz yüz on dörd manat doxsan səkkiz qəpik)manat məbləğində borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikas MPM- nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. Azərbaycan Respublikası DİN-in BPMQİ-nin MAPS Şöbəsindən alınmış arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, hərrac saxta olub. Tərəfə heç bir məlumat verilməmiş və cavabdeh həmin vaxt xəstəxanada olmuşdur. Ümumiyyətlə, hərrac keçirilməmiş və qızıllar satılmamışdır. Süni olaraq ucuz qiymətə satılmış kimi göstərilmişdir. Bunlaraq əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona şəxsi məqsəd üçün 18 ay müddətinədək 73100 AZN məbləğində kredit verilməsini xahiş etmiş, krediti və ona hesablanmış faizi vaxtında ödəməyi öhdəsinə götürmüş, kredit və ona hesablanacaq faizlərin təminatı olaraq özünə məxsus olan qızılzinət əşyalarını girov qoymuşdur. xx.xx.2021-ci il tarixli satış üçün qiymətləndirmə aktından görünür ki, 37582/37568 saylı girov müqaviləsinə əsasən girov qoyulması nəzərdə tutulan qızıl-zinət əşyalarının ümumi dəyəri 37766 manat 50 qəpik təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2021-ci il tarixli, 155/SM-21 saylı kredit və eyni tarixli 37582/37568 saylı girov müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 45 % -lə 73100 (yetmiş üç min yüz) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə kreditin və faizin ödənilmə qrafikindən görünür ki, Cavabdeh tərəfindən aylıq 5657.69 AZN məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri tərəfindən verilmiş yüklülük haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən 901.6 qram – ümumi dəyəri 37766 manat 50 qəpik olan qızıl-zinət əşyaları yüklü edilmişdir. Cavabdeh tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, bağlanmış kredit və girov müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi təqdirdə, həmçinin, kredit borcunun və ona hesablanacaq faiz borclarının ödənilməsi hər hansı bir səbəbdən 10 (on) gün gecikdirildiyi halda yuxarıda göstərilən müqaviləyə əsasən tərəfindən girova qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin girov əşyalarının məhkəməyə müraciət edilmədən əks olunmuş qiymətə satılaraq "xxxx" BOKT MMC qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir, girov qoyduğu qızıl zinət əşyaları özünə məxsusdur və nikahdan əvvəl əldə etmişdir. Gələcəkdə qızıl-zinət əşyalarının satışı ilə bağlı heç bir mübahisə qaldırmayacağını öhdəsinə götürür. Girov predmetinin satışından əldə edilən məbləğ "xxxx" MMC-yə olan kredit öhdəliyini tam ödəmədikdə, qalıq borcunu ödəməyə təminat verir. 37582/37568 saylı, xx.xx.2021-ci il tarixli Girov Müqaviləsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 155/SM-21 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh tərəfindən 37766.5 manat məbləğində qızıl-zinət əşyaları qoyulmuşdur. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 597/2021 saylı bildirişdən görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş borcunu ödəmədiyi təqdirdə qızıl-zinət əşyalarının satışa çıxarılacağı və satışdan əldə olunan vəsait kifayət etmədikdə, qalan məbləğin tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmiş, hərracın yeri və vaxtı barədə məlumatlandırılmışdır. Borclu isə məktubu qəbul etməkdən imtina etmişdir. "xxxx" BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli Bildirişin surətindən görünür ki, borclu girova qoyduğu qızıl-zinət əşyalarının hərracdan satılması, lakin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədiyindən 20066.24 (iyirmi min altmış altı manat iyirmi dörd qəpik) manat məbləğində olan qalıq borcun 10 gün ərzində könüllü olaraq ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu barədə olan maliyyə arayışından görünür ki, onun həmin tarixə olan əsas borcu 19966 manat 40 qəpik, faiz borcu 848 manat 58 qəpik olmaqla, cəmi 20814 manat 98 qəpikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/7052 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş qəbzlərə əsasən xx.xx.2021-ci il tarixli, 155/SM-21 saylı kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc 19331 manat, 30 qəpik; faiz borcu 918 manat, 24 qəpik göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1697 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş qəbzlərə əsasən xx.xx.2021-ci il tarixli, 155/SM-21 saylı kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc 16321 manat, 37 qəpik; faiz borcu 775 manat, 26 qəpik göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında kredit və girov müqaviləsi bağlanmış, cavabdeh tərəfindən öhdəliklər lazımınca həyata keçirilmədiyindən girov qoyulmuş qızıl-zinət əşyaları hərracdan satışa çıxarılmış və satışdan əldə olunan vəsait borcun bağlanmasına kifayət etmədiyindən borclu qalan məbləği ödəməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. İş materiallarında olan təqdim edilmiş bütün qəbzlər barədə verilmiş ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 155/SM-21 saylı kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc 16321 manat, 37 qəpik; faiz borcu 775 manat, 26 qəpik göstərilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11 fevral 2021-ci il il tarixli 155/SM-21 saylı kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 45 %-lə hesablanır. Həmin müqavilələrin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Həmin müqavilələrin 7.1-ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin “Borc verən” tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür:

1. əlverişsiz şəraitin yaranması nəticəsində “Borc alanın” lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda,

2. kreditin qaytarılması ilə bağlı “Borc verənə” maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə,

3. bu Müqavilənin müddəalan Borc alan tərəfindən yerinə yetirilmədikdə, Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Həmin müqavilələrin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc valan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 90 % -lə hesablanan cərimə faizləri ödənilməlidir. Həmin müqavilələrin 11.2-ci bəndinə bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qayatarılmasını tələb etmək hüququna malikdir. Həmin müqavilələrin 13.7-ci bəndinə əsasən “Borc Alan” razılaşdırılmış ödəniş şərtlərini pozduqda,krediti və ondan istifadəyə görə faizlərin ödənilməsi gecikdirildikdə “Borc verən” “Borc alan” a qarşı borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü ödəni.məli olan, lakin ödənilməmiş məbləğin 0.5% (sıfır tam onda beş) miqdarında dəbbə pulu tətbiq edə bilər. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən “Borclu” “Kreditor” qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə “Kreidtor”, “Borclu”dan verilmiş krediti və ona hesablanmış faiz borclarını vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilələrin 5.1,5.2 və 5.3-cü bəndinə əsasən bu müqavilə “ Borclu”nun “Kreditor” qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən diişür.Bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməl idir.Bu müqavilə üzrə tərəflər arasında yaranan mübahisələrin danışıqlar yolu ilə həlli mümkün olmazsa, mübahisələrə qüvvədə olan qanunvericiliyə uyqun olaraq Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqda icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyən edilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 və 452.2.1 -ci maddələrinə əsasən öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-cimaddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşcirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cii maddəsinəəsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdinİməyibsə , həmin vəsait məbləğin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1 -ci öhdəliklərin girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, 155/SM-21 saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 16321 manat, 37 qəpik; faiz borcu olaraq 775 manat, 26 qəpik olmaqla, cəmi 17096 manat, 63 qəpik və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ekspert rəyində göstərilən məbləğdən daha artıq borcun olması sübut edilə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 155/SM-21 saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 16321 manat, 37 qəpik; faiz borcu olaraq 775 manat, 26 qəpik olmaqla, cəmi 17096 manat, 63 qəpik və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar