Məhkəmə qərarları › İş №2(006)-2722/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2722/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2722/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "aliment artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 20 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladı doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2018 saylı, xx.xx.2018-ci il qətnaməsi ilə Cavabdeh 15 may 2018-ci il tarixdən başlayaraq birgə nikahdan olan 30 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Lakin iddiaçı hesab edir ki, qeyd olunan məbləğdə ödənilən aliment uşağın tam sağlam və təminatlı tərbiyyə olunmasına və böyüməsinə yetərli deyildir. Məhz bu səbəbdən hazırda o, həmin məbləğin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya etirazının olmadığını və aliment ödəməyə razı olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)- 3900/2018 saylı qətnaməsinin surətindən görünür ki, 15 may 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 154 (bir yüz əlli dörd) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 17 dekabr 2009-cu il tarixdə verilmiş AZ-İİ №368805 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı 18 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00528 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, cavabdeh iddia tələbi ilə razıdır və iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh alimentin artırılmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmiş, məhkəmə isə həmin ərizəni qəbul etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3900/2018 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası və miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il X1 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar