Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2745/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, X4 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X4 Cavabdehnə qarşı "sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X12 Cavabdehnə qarşı "sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X9 10 noyabr 2006-cı ildə cavabdeh "Cavabdeh" MMC-yə məxsus ünvan 1 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasından pay barədə müqavilə bağlayaraq, həmin binanın 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.metr olan, 34 nömrəli mənzilini almışdır. Müqavilənin şərtinə əsasən mənzil ona pay kimi verilmiş və mənzilin ümumi dəyəri 64.500 (altmış dörd min beş yüz) ABŞ dolları olmuşdur. Həmin müqavilənin 4-cü bəndinə uyğun olaraq 10.11.2006-cı ildə mənzilin ümumi qiymətindən 15.000 ABŞ dolları, 15.12.2006-cı il tarixdə 30.000 ABŞ dolları, 17.01,2007-ci il tarixdə isə 20.000 ABŞ dolları (cəmi 65.500 ABŞ dolları) ödəniş edilmiş və ona maliyyə arayışı verilmişdir. İddiaçıların atası X9 ilə anası X6 nikahı 13.07.1961 -ci ildə bağlanmışdır. Həmin mənzil onların birgə nikahı dövründə əldə edilmiş və pay haqqı ödənilmişdir. X9 05 sentyabr 2017-ci il tarixdə, X13 isə 01 avqust 2020-ci ildə vəfat etmişdir. İddiaçılar həm X3, həm də X6 qanun üzrə vərəsələri kimi tanınmışlar və bu barədə onlara 05 fevral 2021 -ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mənzilin təhvil verilməsi cavabdeh tərəfindən gecikdirildiyindən iddiaçıların valideynləri vaxtında mənzili təmir etdirə bilməmişlər. Ataları vəfat edənədək mənzillə əlaqədar heç bir mübahisə olmamış, hətta o vəfat etdikdən sonra 2019-cu ilin yanvar ayında iddiaçılara təmir üçün icazə verilmiş və mənzilin çöl qapısını dəyişmişlər. Mənzilin içərisində təmirə başlamaq istədikdə MMC-nin yeni direktoru əvvəlki direktorla aralarında anlaşılmazlıq olduğunu bildirərək mənzildə təmirin aparılmasına imkan verməmiş və bu günədək mənzili təhvil verməkdən imtina etməklə valideynlərindən onlara qalan əmlaka olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda, cavabdeh mənzilin təhvil verilməsini gecikdirməklə valideynlərinə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, mənzilin təhvil verilməsi 2-3 il müddətinə nəzərdə tutulsa da, bu günədək təhvil verilmədiyindən mənzilə görə ödənilmiş 65.500 ABŞ dollarından 2009-ci ildən bəri faydalana bilməmişlər. Hansı ki, mənzil vaxtında təhvil verilmiş olsaydı onlar oranı təmir edib, kirayəyə verə və 11 il müddətinə hər ay orta hesabla 300 manat olmaqla 39.600 manat (11 il x 12 ay x 300 manat = 39.600 manat) fayda əldə edərdilər. İddiaçıların valideynlərindən onlara qalan əmlaka olan hüquqları məhkəmə qaydasında müdafiə edilməli, mənzil üzərində iddiaçıların sahiblik və istifadə hüquqları tanınmalı, mənzilin onlara təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi cavabdeh "Cavabdeh" MMC-yə həvalə edilməli və əldən çıxmış faydaya görə cavabdehdən 39.600 manat məbləğində pul tutulub iddiaçılara verilməlidir. Göstərilənlərə əsasən Bak şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzil üzərində iddiaçıların sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin iddiaçılara təhvil verilməsi və mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi və əldən çıxmış faydaya görə cavabdehdən 39.600 manat məbləğində pulun tutulub iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, X4 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X10 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçıların məhkəməyə təqdim etmiş olduğu 10.11.2006cı il tarixli alqı-satqı müqaviləsinin imza qismində Şükürov.İ.M qrafasının önündə atılmış imza və möhürlər saxtadır. Belə olduğu halda heç bir müqavilədən söhbət gedə bilməz. Həmçinin, müqavilənin 2006-cı ildə imzalandığı iddia edildiyi üçün açıq şəkildə görünür ki, iddia müddəti çoxdan ötürülmüşdür. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında bildirdi ki, o, 2006-cı ildən 2013-cü ilədək Cavabdeh MMC-nin direktoru olmuşdur. 2006-cı ildə iddiaçıların ataları Əlikişi Həmidov ofisə gəlmiş, evin qiyməti barədə razılığa gəlmiş, müqaviləni imzalamışlar. Razılığa gəlmişlər ki, onlar evin pulunu hissə-hissə ödəyəcəklər. Hal-hazırda onların borcları qalmayıb. 2013-cü ildə müəyyən səbəblərdən dolayı işdən çıxmışdır. 2013-cü ildə şirkəti Tağıyev Elşadın adına keçirtmişdir. Latın qrafikasına keçid dövründə iddiaçı əvvəki imza formasını dəyişərək yeni formada sənədlərə imza çəkmişdir. Müqavilə saxta deyildir. Müqavilədəki imza ona məxsusdur, MMC-nin möhürü də həmin vaxtı onda olmuşdur. Buna görə də nə imza, nə də möhür saxta deyil, müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış və iddiaçıların ataları Əlikişi Həmidov tərəfindən mənzilin dəyəri tam olaraq şirkətə ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, İddiaçı3 sinif yoldaşıdır. 2018-ci ilin avqustunda ona deyildi ki, mənzildə təmir işləri aparılmalıdır. Binada həmin dövrdə təmirə icazə verilmirdi. Gülağa adında şəxs mənzildə təmir işləri aparmağı üçün mənzil sahibinin adının qeyd kitabçasında olmamalı olduğunu bildirdi. O, öz kitabında qeydlərinə baxaraq bildirdi ki, həqiqətən də iddiaçıların atası Əlikişi Həmidovun burada mənzili var. Onlar bundan sonra o mənzilə qapı qoydular. Lakin bir iki gün sonra onlardan təmirə davam edilməsi üçün 2000 manat istədilər. Onlar bu pulun nə üçün lazım olduğunu soruşanda cavabında sayğac pulu kimi verilməli olduğunu bildirmişlər. 3-4 gün sonra onlara təmirə davam edilməsi üçün evin sənədlərinin təqdim edilməsini bildirdilər. Onlar evin sənədlərini şirkətə təqdim etdilər. Bundan sonra onlara dedilər ki, müqavilə saxtadır. Təmirə icazə verilmədi. Sonrakı proseslərdən xəbəri yoxdur. İş materiallarında olan kooperativ Cavabdeh MMC ilə payçı X9 arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli müqavilədən görünür ki, kooperativ ünvan 2 ünvanında yerləşmiş Cavabdeh MMC-nin tikilməkdə olan binasında 34 №-li mənzili payçıya verir, payçı bunun müqabilində 64.500 ABŞ dolları ödəməyi öz öhdəsinə götürür. İşin materiallarında olan Cavabdeh MMC-nin 10 noyabr 2006-cı il tarixli maliyyə arayışından görünür ki, X9 ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzilin pay dəyərini ödəmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.01.2019-cu il tarixli arayışdan görünür ki, X9 və X13 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.07.1961-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həmidova soyadı verilmişdir. İş materiallarında olan 06.09.2017-ci il tarixli, AZ-İ № 884604 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 05.09.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 06.08.2020-ci il tarixli, AZ-İİ № 112263 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 01.08.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş 08 iyun 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci ildə İmişli şəhərində anadan olmuş, atası Həmidov Ağakişi oğlu, anası X11r və barədə akt qeydləri kitabında 08.06.1968-ci il tarixdə 269 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.1975-ci ildə İmişli şəhərində anadan olmuş, atası X9, anası X11r və bu barədə akt qeydləri kitabında 05.06.1975-ci il tarixdə 258 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx.xx.1978-ci ildə İmişli şəhərində anadan olmuş, atası X9, anası X11r və bu barədə akt qeydləri kitabında 07.08.1978-ci il tarixdə 258 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarındakı İmişli regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Z.Z.Zaidov tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»lərin təsdiq olunmuş surətlərindən görünür ki, 05.09.2017-ci il tarixdə vəfat etmiş X3 və 01.08.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri – İddiaçı1, İddiaçı2, X12 – İmişli rayonu, Muradxanlı kəndində yerləşən 0,557018 ha torpaq sahəsindən-miras əmlakdan 1/3 hissə irs almalıdırlar. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsində isə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzil iddiaçıların atası X5 məxsus olmuş və 05.09.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçıların anaları X13 isə 01.08.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçılar valideynlərinin vərəsələri kimi haqlı olaraq mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını tələb edirlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilin iddiaçılara təhvil verilməməsi, eyni zamanda, iddiaçılar tərəfindən həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməsi onların mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və istifadə hüquqları tanınmalı, həmin mənzil iddiaçılar İddiaçı1, İddiaçı2, X7 təhvil verilməli və iddiaçılar tərəfindən həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydaya görə cavabdehdən 39.600 manat məbləğində pulun tutulub iddiaçılara verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar tələblərinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə, həmçinin Cavabdeh nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə iddia müddətinin ötürülməsi ilə bağlı müddəalar şamil edilməməlidir. Göründüyü kimi, iddiaçıların hüquqları pozulmuşdur və onlar mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil ilə əlaqədar müqavilə 2006-cı il tarixdə iddiaçıların atası X9 ilə bağlanmış, lakin Ə.Həmidov 2017-ci il tarixdə vəfat etmişdir. Nəticədə iddiaçılar, ataları X3 qanun üzrə vərəsələri kimi tanınmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bundan əlavə, eyni Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və istifadə hüquqları tanınmalı, həmin mənzil iddiaçılar İddiaçı1, İddiaçı2, X7 təhvil verilməli və iddiaçılar tərəfindən həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi Cavabdehnə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişində 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan, 34 nömrəli mənzil üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və istifadə hüquqları tanınsın. Həmin mənzil iddiaçılar İddiaçı1, İddiaçı2, X7 təhvil verilsin və iddiaçılar tərəfindən həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2745/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2745/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver