Məhkəmə qərarları › İş №2(006)-2751/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2751/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2751/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması və uşaqların saxlanması üçün əlavə xərc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin miqdarının artırılması və uşaqların saxlanması üçün əlavə xərc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2013-cü il tarixdə rəsmi nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları doğulub. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu çün onların nikahları Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında saxlanılmış, saxlanması üçün hər uşağa 175 manat, cəmi 350 manat aliment qət edilmişdir. Cəmi 350 manat alimentlə uşaqları saxlamaq çox çətindir. Ona görə də prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Bildirir ki, ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Həmçinin, uşaqları mütəmadi olaraq müalicə etdirir, belə ki, qızın gözünü, oğlanın isə ayağını müalicə etdirir. Hər ay onun hər bir uşağa xərci çıxır. Cavabdeh isə alimentdən başqa ona heç bir köməklik göstərmir. Ona görə də əlavə xərclərə cəlb olunmasını istəyir. Cavabdeh ona hər hansı mənzil və yaşayış yeri verməmişdir. Ona görə də valideynlərinin köməkliyi ilə ipotekaya ev götürmüşdür və hər ay ora ödəniş edir. Ona görə də onun çətinlikləri çoxdur. Uşaqların normal yaşaması üçün o, əlindən gələni edir. Qeyd edilənlərin nəzərə alaraq, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə artıraraq xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləğində hər uşağa hər ay 220 manat, cəmi 440 manat alimentin və əlavə xərc olaraq iki uşağa görə 300 manat əlavə xərcin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçı hazırda məktəbdə müəllim işləyir, aylıq 1218 manat məbləğində əmək haqqı alır. O da hər ay uşaqlar üçün 350 manat məbləğində aliment ödəyir. 2021-ci ildə boşanmışlar. İddia ərizəsinə 2020-ci ilin reseptini sübut olaraq qoyub, hansı ki həmin resept onlar evli olan vaxtı uşaq yıxılmışdı, başı yaralanmışdı və həkimə apardıqları zaman verilən reseptdir. Bundan başqa, uşağın birinin gözündə problem var, amma bu o demək deyil ki, uşağı iddiaçı hər ay müayinəyə aparır. Odur ki, hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona yaşayış üçün ev vermədiyini, ailəsinin köməkliyi ilə ipotekaya ev götürdüyünü iddia edir. Hesab edir ki, iddiaçının ipotekaya ev götürməsi və hazırda borcunun olmasının hazırki iddia tələbinə aidiyyəti yoxdur. Cavabdeh aylıq uşaqlar üçün 350 manat məbləğində alimentini ödəyir. Cavabdeh heç yerdə işləmir, sistemdə işsiz kimi qeydiyyatdadır. İddiaçı işə müəllimə işləyir. Bundan başqa, hazırki iddia tələbinin təmin edilməsi gələcəkdə qətnamənin icrasında çətinliklər yarada bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4022/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X11 arasında 16 noyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2014cü il təvəllüdlü X5 anaları X6 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq (xx.xx.2021-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla) xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X7r. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X7r. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, Cavabdeh iştirak etməmişdir (Mediator:E.Məmmədov). İşin materiallarında olan AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2020-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və heç bir əmək müqaviləsi aşkar edilməmişdir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən çıxarışdan görünür ki, X2 Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim, ümumi təhsil məktəbi/tarix vəzifəsində çalışır, aylıq əmək haqqı 1218,67 manat məbləğindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4022/2021 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları X6 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və 300 (üç yüz) manat əlavə xərcin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamasını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(006)-4022/2021 saylı qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eyni zamanda, iddiaçının aylıq 1218 manat məbləğində əmək haqqı aldığını, cavabdehin isə işsiz olduğunu nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2021ci il tarixli, 2(006)-4022/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği qismən artırılaraq, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin mənasına görə alimentin tutulması məhkəməyə müraciət edilən vaxtdan başlanır. Hazırki tələb isə müəyyən olunmuş aliment məbləğinin artırılması ilə əlaqədardır və iddia təmin olunarsa alimentin məbləği qətnamə qanuni qüvvəyə mindikdən sonra artırılır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilərək aliment məbləği qətnamə qanuni qüvvəyə mindikdən sonra artırılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “Cavabdeh X5 və X3 müalicə xərci üçün hər ay 300 manat əlavə ödənişin tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, qanunvericilikdə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etmək kimi vəzifəsi və bunun üçün də konkret hallar nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində uşaqları mütəmadi olaraq müalicə edilməsi, qızın gözünü, oğlanın isə ayağını müalicə edilməsi, onların müalicəsi üçün hər ay pulun xərclənməsini iddia edir. Lakin, iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş (kredit müqaviləsi, dərmanlar üçün reseptlər, satış çekləri) iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4022/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4022/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar