Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-277/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində Dövlətə vurulmuş 5.286 manat 40 qəpik məbləğində ziyanın Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin hesabına (təqdim olunmuş bank rekvizitləri üzrə) ödənilməsi; 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Avtomobil X3 "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(006)- 4928/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, qiyabi qətnamənin ləğv edilməsini və mülki işə tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli, 2(006)- 4928/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 06.04.2020-ci il tarixdə Mərdəkan körpüsü-Koroğlu metrosu istiqamətində – avtomobil yolunun 12-ci kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq idarə etdiyi «BMW» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və yol kənarındakı təhlükəsizlik səddinin 56 p.m-lik hissəsini və 1 ədəd siqnal dirəyinin qutusunu (yeşiyini) yararsız vəziyyətə salmışdır. Səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş və sübut olaraq iddia ərizəsinə əlavə olunmuş 06.04.2020-ci il tarixli aktdan göründüyü kimi, Cavabdeh tərəfindən «BMW» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan körpüsündən Koroğlu metrosu istiqamətində hərəkətdə olarkən, avtomobil yolunun 12-ci kilometrində yol-nəqliyyat hadisəsi törətmiş və yolun kənarındakı təhlükəsizlik səddinin 56 p.m-lik hissəsi və 1 ədəd siqnal dirəyinin qutusunu (yeşiyini) yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində "xxxx" MMC-yə 5.286 manat 40 qəpik məbləğində ziyan dəymişdir. Faktla bağlı DYPİ tərəfindən inzibati xəta haqqında 06.04.2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Zərərvuran tərəf Cavabdeh ziyanın ödənilməsindən yayınır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh 06.04.2020-ci il tarixdə idarə etdiyi «BMW» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan körpüsündən Koroğlu metrosu istiqamətində hərəkətdə olarkən, avtomobil yolunun 12-ci kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və yolun kənarındakı təhlükəsizlik səddinin 56 p.m-lik hissəsi və 1 ədəd siqnal dirəyinin qutusunu yararsız vəziyyətə salmışdır. Hadisə yeri incələnmiş, fotoşəkillər çəkilmiş, Cavabdeh barəsində 06.04.2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Cavabdeh törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə edilmişdir. İddiaçı tərəfindən hadisə ilə bağlı 06.04.2020-ci il tarixdə yolun kənarındakı təhlükəsizlik səddinin 56 p.m-lik hissəsi və 1 ədəd siqnal dirəyinin qutusunun yararsız vəziyyətə salınması barədə müvafiq akt tərtib edilmişdir. "xxxx" MMC-nin baş mühəndisi tərəfindən verilmiş 06 aprel 2020-ci il tarixli, yol elementlərinə vurulmuş ziyanın miqdarı barədə arayışdakı məlumatlara əsasən yol elementləri olan siqma dirəyi, W tipli baryer, dayaq, bolt və görülmüş işlərə çəkilməli məsrəflər 5.286 manat 40 qəpik təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə müraciəti əsasında məhkəmənin 26.01.2022-ci il tarixli, 2(006)-277/2022 saylı qərardadı ilə iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.04.2022-ci il tarixli, 9/1083 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Avtomobil X3 "xxxx" MMC tərəfindən tərtib edilmiş 06.04.2020-ci il tarixli arayışa əsasən yol elementlərinə vurulmuş ziyanın miqdarı nəzəri olaraq təxminən 5.286,40 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İşin faktiki hallarından, habelə məhkəməyə daxil olmuş ekspert rəyindən göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçıya 5.286 manat 40 qəpik məbləğində ziyan vurulmuşdur və iddiaçının tələbi haqlıdır. İddiaçı qeyd olunan zərərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh vurulmuş ziyanı ödəmir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş ziyana görə 5.286 manat 40 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC-yə (təqdim edilmiş bank rekvizitləri üzrə) ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 5.286 manat 40 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMCyə (təqdim edilmiş bank rekvizitləri üzrə) ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-277/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-277/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver