Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-278/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dəymiş zərərə görə 2375,60 (iki min üç yüz yetmiş beş manat altmış qəpik) manat, Hunday servisə ödənilmiş 40 (qırx) manat xidmət haqqı, avtomobilin dövlət qeydiyyat nişanının yenilənməsinə görə 10,50 (on manat əlli qəpik) manat rüsum və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2456,10 (iki min dörd yüz əlli altı manat on qəpik) məbləğində pul tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, xx xxxxxx 2019-cu il axşam saat 22:00 radələrində ona məxsus olan avtomobili Hunday Elantra ** SH *** nömrə nişanlı avtomobili yaşadığı evin qabağında A.D.Qurbanov 42-də küçədə park edib evə getmişdir. Gündüz xx xxxxxx 2019-cu il saat 08:20 radələrində qonşular qapını döyüb avtomobilin zədələndiyini ona xəbər verdilər. Zərər vuran hadisəni törədən tərəf hadisə yerini tərk etmişdir. Dərhal Polisin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə yerinə Nəsimi rayon Yol Polis əməkdaşı gəlmiş və avtonəqliyyat hadisəsini qeydə almışdır. xx xxxxxx 2019-cu il Nəsimi rayon Yol Polis əməkdaşlarının köməyi ilə hadisə törədən avtomobilin yük maşını ** JA *** nömrə nişanlı, zibil daşıyan maşının 59 saylı Nəsimi rayon Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) aid olduğu aşkar edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, yəni bir gün sonra Yol Polis İdarəsinə dəvət edib izahatını almışdılar, hadisəni etiraf etmişdir. Yük avtomobilinin sürücüsünün adı Natiqdir. Araşdırma zamanı yük avtomobilinin icbari sığortası olmadığı müəyyən edilmişdir. Səhəri gün sürücü Natiq ona zəng etmişdir ki, gedək maşını qiymətləndirək, etiraz etməmişdir. Sertifikatı olmayan bir qarajda maşına ustalar baxmışlar, orada ehtiyat hissələri olmadığına görə dəymiş ziyanı müəyyən edə bilməmişlər. Sonra Natiq yenə zəng edib sığorta sənədi tapmışıq demiş və Paşa Sığortanın nümayəndəsini dəvət etmişdilər. Sığorta nümayəndəsi gəlmiş və araşdırıb ona və qarşı tərəfə bildirdi ki, xx xxxxxx 2019-cu il hadisə olan gün ** JA *** nömrə nişanlı yük avtomobilinin icbari sığortası olmadığını bildirdi. Bu mərhələləri gözlədikdən sonra Natiq onunla maşına dəymiş ziyanı real-düzgün qiymətləndirilməsi üçün Hunday Servisə gəlməsini xahiş etmişdir. Natiq vaxtı olmadığını bildirmiş, get özün bu işlə məşğul olmağını demişdir. X2 aparmış, 40 AZN xidmət haqqı ödəmiş, maşına baxış keçirilmiş və dəymiş ziyan 2375,60 AZN (iki min üç yüz yetmiş beş AZN, altmış qəpik) dəyərləndirilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan №AA039793 saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, “Auto Azərbaycan” şirkəti nəzərinizə çatdırır ki, Hyundai Elantra minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə servis Mərkəzində ilkin texniki baxış keçirilmiş və aşağıdakı ehtiyyat hissələrinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir: Kapot, kapotun sağ və sol plasması, on bufer, on buferin orta setkası, ablicovka, on sağ paradır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, № 9/4519 saylı ekspert rəyindən görünür ki, “Auto Azərbaycan” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı Hyundai Elantra minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2375,60 manat müəyyən edilir. İş materiallarında olan AD №468625 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai Elantra minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə 027308 saylı arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı məxsus olan Hyundai Elantra minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil naməlum yük maşını tərəfindən zədələnmişdir. İş materiallarında olan Nəsimi RDYPŞ tərəfindən tərtib edilmiş AP №0145071 saylı protokoldan görünür ki, X1 A.Qurbanov küçəsində hərəkət edərkən manevr qaydasının yolun kənarında dirəyi vurmuş, zərbə nəticəsində dirəy dayanmış vəziyyətdə olan Hyundai Elantra minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və hadisə yerini tərk etmiş, hadisə zamanı xəsarət alan olmamışdır. İş materiallarında olan Nəsimi RDYPŞ tərəfindən tərtib edilmiş TP №3414113 saylı protokoldan görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinib,barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia ərizəsində göstərilən 2375,60 manat məbləğində vurulmuş maddi zərər cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, № 9/4519 saylı ekspert rəyindən görünür ki, “Auto Azərbaycan” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı Hyundai Elantra minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2375,60 manat müəyyən edilir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dəymiş zərərə görə 2375,60 (iki min üç yüz yetmiş beş manat altmış qəpik) manat, Hunday servisə ödənilmiş 40 (qırx) manat xidmət haqqı, avtomobilin dövlət qeydiyyat nişanının yenilənməsinə görə 10,50 (on manat əlli qəpik) manat rüsum və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2456,10 (iki min dörd yüz əlli altı manat on qəpik) məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən dəymiş zərərə görə 2375,60 (iki min üç yüz yetmiş beş manat altmış qəpik) manat, Hunday servisə ödənilmiş 40 (qırx) manat xidmət haqqı, avtomobilin dövlət qeydiyyat nişanının yenilənməsinə görə 10,50 (on manat əlli qəpik) manat rüsum və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2456,10 (iki min dörd yüz əlli altı manat on qəpik) məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən tutulsun və Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-278/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-278/2021
19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver