Məhkəmə qərarları › İş №2(006)-279/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-279/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-279/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.519,36 manat əsas borc, 86.784,52 manat faiz, 2.904,61 manat cərimə olmaqla, cəmi 125.208,49 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmeti, Cavabdeh sahibliyində olan Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsi 11, 3 saylı binanın Xİİ mərtəbəsində yerləşən 3 otaqlı, 101 nömrəli, ümumi sahəsi 148,6 m2 olan mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna və girov predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanmasına kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması; girov predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2013-cü il tarixli 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 11 % ödənilmək şərti ilə 182.000 manat kredit verilmişdir. 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsinə 14.12.2015-ci il tarixli 1 saylı əlavə razılığa əsasən, kredit müqaviləsinin müddəti 29 dekabr 2017-ci il tarixədək uzadılmış və ona edilmiş 2 saylı əlavəsi qüvvəyə minmişdir. 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsinə 21.12.2016-cı il tarixli 2 saylı əlavə razılığa əsasən, kredit müqaviləsinə edilmiş 3 saylı əlavəsi qüvvəyə minmişdir. 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsinə 21.12.2017-ci il tarixli 3 saylı əlavə razılığa əsasən, kredit müqaviləsinin müddəti 30 dekabr 2019-cu il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 15 %-ə dəyişdirilmiş və ona elan edilmiş 4 saylı əlavəsi qüvvəyə minmişdir. 100.LN.1104.29.1213.00001 saylı kredit müqviləsinə 17.12.2019-cu il tarixli 4 saylı əlavə razılığa əsasən, kredit müqsviləsinin müddəti 30 noyabr 2021-ci il tarixədək uzadılmış və ona edilmiş 5 saylı əlavəsi qüvvəyə minmişdir. Tərəflər arasında imzalanmış 20.05.2011-ci il tarixli 108.CL.200511.0000l/c saylı girov müqaviləsinə və ona edilmiş 1 saylı əlavə razılığa əsasən verilmiş kreditin təminatı kimi Cavabdeh sahibliyində olan Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsində yerləşən 11, 3 saylı binanın 12-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 101 nömrəli mənzil girov qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 16.04.2021-ci il tarixli **********979 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 15.04.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 125.208,49 manat təşkil edir. Bundan 35.519,36 manat əsas borc, 86.784,52 manat faiz, 2.904,61 manat cərimə borcu təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 35.519,36 manat əsas borc, 86.784,52 manat faiz, 2.904,61 manat cərimə olmaqla, cəmi 125.208,49 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutulması, tutmanın girov qoyulmuş, onun sahibliyində olan Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsi 11, 3 saylı binanın Xİİ mərtəbəsində yerləşən 3 otaqlı 101 nömrəli, ümumi sahəsi 148,6 m2 olan mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və girov predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin ondan tutulması, girov predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdrıması zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Belə hesab edir ki, iddia tələbi faiz, cərimə və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməli, həmin hissələrdə iddia tələbi rədd edilməlidir. Belə ki, onunla İddiaçı ASC arasında bağlanmış 29.12.2013cü il tarixli 100.LN.l104.29121.3.00001 nömrəli kredit müqaviləsinə əsasən, o, bankdan 24 ay müddətinə, illik 11 faiz ödənilmək şərtilə 182.000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən aralarında kreditin ödəniş cədvəli tərtib edilmiş və o, həmin cədvəldə göstərildiyi məbləğdə pulu ödəməyi öz üzərinə götürmüşdür. Sonradan həmin kredit müqavaviləsinə müxtəlif vaxtlarda dəyişiklik edilmiş, sonuncu dəfə aralarında 17 dekabr 2019-cu il tarixdə 4 saylı əlavə razılıq imzalanmış və həmin razılığa əsasən onun əsas borcunun ümumi məbləği 45.519,36 manat müəyyən edilmişdir. Həmin razılığa əsasən kredit müqaviləsinin müddəti 30 noyabr 2021-ci il tarixədək uzadılmış və ona edilmiş 5 saylı əlavəyə əsasən ödəniş cədvəli tərtib edilmişdir. Ödəniş cədvəlinə əsasən o, 30 noyabr 2021-ci il tarixədək 45.519,36 manat əsas borc, 7.349,72 manat faiz olmaqla ümumilikdə 52.869,08 manat pul ödəməyi öhdəsinə götürmüşdür. O, kredit götürdüyü dövrdə İddiaçı ASC-də işləmiş, yüksək məbləğdə əmək haqqı almış və onun kredit müqaviləsi üzrə ödənişləri ilə əlaqədar heç bir problemi olmamışdır. Lakin 2020-ci ilin may ayında bankın qəfil olaraq bağlanması xəbəri çıxmışdır. Bankın lisenziyası ləğv edildikdən sonra o da işdən azad edilmiş, bundan sonra isə heç bir məbləğdə kredit ödəyə bilməmişdir. Həmin kredit borcundan o, hər ay 2.000 manat olmaqla 5 ay müddətində, yəni 03 yanvar 2020-ci il tarixdən 03 may 2020-ci il tarixədək, ümumilikdə 10.000 manat məbləğində pul ödəmiş, yəni onun banka faizlə birlikdə cəmi 42.869,08 manat məbləğində borcu qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 07 dekabr 2021-ci il tarixli 9/6351 saylı ekspert rəyindən də görünür ki, 4 saylı əlavə razılığın şərtləri nəzərə alınmaqla onun banka 30 iyun 2021-ci il tarixə əsas borc üzrə 37.975,18 manat və faiz üzrə 6.550,72 manat olmaqla, ümumilikdə 44.525,89 manat borcu vardır. Lakin cavabdeh ondan 35.519,36 manat əsas borcun, 86.784,52 manat faizin, 2.904,61 manat cərimənin tutulmasını tələb edir. Ona görə də, hesab edir ki, məhkəmə əsas borcu iddia tələbi həcmində tutmalı, yəni – ondan əsas borc üzrə 35.519,36 manat, faiz üzrə 6.550,72 manat olmaqla, ümumilikdə 42.070,08 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini qət etməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə də, iddiaçının ondan yalnız aralarında bağlanmış 17 dekabr 2019cu il tarixli 4 saylı əlavə razılığa əsasən üzərinə götürdüyü faiz məbləğini tələb etmək hüququ vardır. İddiaçının iddia ərizəsinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində bildirmək istəyir ki, Bakı şəhəri Xətai rayonu S.Vəzirov küçəsi 11.3 saylı binanın Xİİ mərətəbəsində yerləşən 3 otaqlı, 101 nömrəli, ümumi sahəsi 148,6 m2 olan mənzil dövlət reyestrində qeydə alınmamış mənzildir və onunla bank arasında həmin məzilin girov qoyulması barədə bağlanmış müqavilə əhəmiyyətsizdir. Belə ki, həmin zaman bank ona kredit verərkən, həmin müaviləni onunla formal olaraq, yalnız onun əmlak vəziyyətinin göstəricisi kimi bağlamışdır. Mülki Məcəllənin 280.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Aralarında bağlanmış girov müqaviləsi isə dövlət qeydiyyatına alınmadığına görə həmin müqavilə qüvvəyə minməmişdir. Mülki Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Belə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC ilə onun arasında bağlanmış 20 may 2011-ci il tarixli Girov Müqaviləsi əhəmiyyətsiz müqavilədir və bu müqaviləyə əəsaslanaraq tələb ona məxsus mənzilə yönəldilə bilməz. Bu baxımdan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı iddia tələbi faiz, cərimə və tələbin girov predmetinə yönəldilməsi hissəsində təmin edilməməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddia tələbinin faiz, cərimə və tələbin girov predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını, ekspertin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid (ekspert) X3 ifadəsində bildirdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin İqtisad ekspertizalar şöbəsinin böyük eksperti, birinci dərəcəli ədliyyə qulluqçusudur. Hazırki iş üzrə obyektiv rəy verilməsi ilə əlaqədar onun tərəfindən iki ayrı-ayrı növdə hesablama aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, hazırki iş üzrə tərəflər arasında kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə 4 ayrı-ayrı əlavə razılaşma imzalanmışdır. İlk hesablama kredit müqaviləsinin bağlandığı tarixdən məhkəmənin ekspertizanın keçirilməsinə əsas olmuş qərardadında qeyd edilmiş tarixədək aparılmış və həmin hesablama aparılan zaman 4 ayrı-ayrı əlavə razılaşma üzrə bütün faiz dərəcələri, o cümlədən, müddətlər və s. nəzərə alınmışdır. İkinci hesablama isə kredit müqaviləsi üzrə 4 saylı əlavə razılaşmanın bağlandığı tarixdən məhkəmənin ekspertizanın keçirilməsinə əsas olmuş qərardadında qeyd edilmiş tarixədək aparılmışdır. Bundan əlavə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, faiz dərəcəsinin aşağı olmasının səbəbi ondan ibarətdir ki, onun tərəfindən faiz dərəcəsi hesablanan zaman kredit müqaviləsi üzrə 4 saylı əlavə razılaşmanın tarixi əsas götürülmüş və həmin razılaşma ilə müəyyən edilmiş məbləğ üzrə müvafiq hesablamalar aparılmaqla, 6.550,72 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2013-cü il tarixli 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 24 ay müddətinə illik 11 % ödənilmək şərti ilə 182.000 manat kredit almışdır. İş materiallarına əlavə olunmuş əlavə razılıqlardan görünür ki, kredit müqaviləsinə 14.12.2015-ci il tarixli 1 saylı əlavə razılığa əsasən, kredit müqaviləsinin müddəti 29 dekabr 2017-ci il tarixədək uzadılmış və müqaviləyə 2 saylı əlavə qüvvəyə minmişdir. Kredit müqaviləsinə 21.12.2016-cı il tarixli 2 saylı əlavə razılığa əsasən, kredit müqaviləsinə 3 saylı əlavə qüvvəyə minmişdir. Kredit müqaviləsinə 21.12.2017-ci il tarixli 3 saylı əlavə razılığa əsasən, kredit müqaviləsinin müddəti 30 dekabr 2019-cu il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 15 %-ə dəyişdirilmiş və kredit müqaviləsinə 4 saylı əlavə qüvvəyə minmişdir. Kredit müqviləsinə 17.12.2019-cu il tarixli 4 saylı əlavə razılığa əsasən, kredit müqsviləsinin müddəti 30 noyabr 2021-ci il tarixədək uzadılmış və kredit müqaviləsinə 5 saylı əlavə qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş 20.04.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 15 aprel 2021-ci il tarixə 35.519,36 manat əsas borc, 86.784,52 manat faiz, 2.904,61 manat cərimə olmaqla, cəmi 125.208,49 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli 9/6351 saylı ekspert rəyindən görünür ki, (100.LN.1104.291213.00001 saylı kredit müqaviləsi, 14.12.2015-ci il tarixli 1 saylı əlavə razılıq, 29.02.2016-cı il tarixli 2 saylı əlavə razılıq, 21.12.2017-ci il tarixli, 3 saylı əlavə razılıq və 17.12.2019-cu il tarixli, 4 saylı əlavə razılıq üzrə) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 29.12.2013-cü il tarixli 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsinin, 1 saylı əlavə razılığın, 2 saylı əlavə razılığın, 3 saylı əlavə razılığın və 4 saylı əlavə razılığın şərtləri nəzərə alınmaqla Cavabdeh 30.06.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faizi 201.901,60 manat məbləğində müəyyən edilir, o cümlədən: 30.06.2021-ci il tarixə: əsas borc üzrə - 168.897,19 manat; faiz borcu üzrə - 33.004,42 manat. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16.11.2018-ci il tarixli 16112018/291927/1 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. (4 saylı əlavə razılıq üzrə) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 29.12.2013-cü il tarixli 100.LN.1104.291213.00001 saylı kredit müqaviləsinin və 4 saylı əlavə razılığın şərtləri nəzərə alınmaqla Cavabdeh 30.06.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faizi 44.525,89 manat məbluğındə müəyyən edilir, o cümlədən: 30.06.2021-ci il tarixə: əsas borc üzrə - 37.975,18 manat; faiz borcu üzrə - 6.550,72 manat. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 16.11.2018- ci il tarixli 16112018/291927/1 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh LPO İddiaçı ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəməyə təqdim edilmiş 20 may 2011-ci il tarixdə bağlanması qeyd olunan girov müqaviləsindən görünür ki, həmin müqavilə notarial qaydada təsdiq edilməmişdir, müqaviləyə iddiaçının ipoteka predmeti üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, əmlakın bankın xeyrinə ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müvafiq reyestrdən çıxarış əlavə olunmamışdır. Məhkəmə tərəflərə qeyd olunan sübutların məhkəməyə təqdim edilməsi üçün vaxt vermiş, həmçinin mübahisəyə tam, hərtərəfli və obyektiv baxılması, prosesin yubanmaması üçün 12 avqust 2021-ci il tarixli 2(006)-4970/2021 saylı qərardadla ipoteka predmeti kimi göstərilən əmlakın dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə (ekspertiza) təyin etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 03.03.2022-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ipoteka predmeti kimi məhkəməyə təqdim edilən mənzilin bazar qiyməti 175.000 (yüz yetmiş beş min) manat, likvid qiyməti 150.360 (bir yüz əlli min üç yüz altmış) manat təşkil edir. İddiaçı tərəf notarial qaydada bağlanmış ipoteka müqaviləsini, cavabdehin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı (ipoteka müqaviləsi bağlamaq üçün hüququnun olmasını təsdiq edən), həmçinin ipoteka yüklülüyünün dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışı məhkəməyə təqdim etməmişdir. Halbuki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Bildiriş məktublarından görünür ki, LPO İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh kredit müqaviləsi və əlavə razılıqlarla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maliyyə arayışında qeyd olunan 35.519,36 manat əsas borc, ekspert rəyi ilə müəyyən edilmiş 6.550,72 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 42.570,08 manat pul vəsaiti, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ekspertiza xərci olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış girov müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməməklə (cavabdehlə bank arasında notarial qaydaya təsdiq edilmədən, ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmadan) bağlanmışdır. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maliyyə arayışında qeyd olunan 35.519,36 manat əsas borc, ekspert rəyi ilə müəyyən edilmiş 6.550,72 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 42.570,08 manat pul vəsaiti, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza xərci olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar