Məhkəmə qərarları › İş №2(006)-28/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-28/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-28/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnda yaranan maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnda yaranan maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilə; ünvan 2a yerləşən mənzilə və ünvan 3vanında yerləşən mənzilə istifadə hüququnun həyata keçirilməsində yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2010-cu ildə Cavabdeh ilə rəsmi nigaha girərək evlənmişlər. Nigahları Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu ildə qeydiyyata alınmış və onlara AZ-İ seriyalı 612635 nömrəli Qeydiyyat haqqında şəhadətnamə verilmişdir. Birgə nigahlarından iki azyaşlı uşağı var. ünvan 1 ünvanında yerləşən mənzil, ünvan 2a yerləşən mənzil və ünvan 3vanında yerləşən mənzilləri cavabdehlə birgə nigah dövründə əldə etmişlər. Həmin əmlakların bir qismi ona həqdiyyə olunmaqla, bir qismi isə ona hədiyyə olunmuş digər daşınmaz əmlakların satışından əldə edilmiş pul vəsaitləri hesabına alınmışdır. Məhkəmə hökmü ilə cəzaçəkmə müəssisələrində olan zaman Cavabdeh ona xüsusi müılikiyyət hüququ ilə məxsus olan, həmçinin onun şəxsi vəsaiti hesabına alınmış əmlakları ona verdiyi etibarnamələr ilə xəbəri olmadan öz adına və digər ailə üzvlərinin adına rəsmiləşdirməyə nail olmuşdur. Cəzaçəkmə müəsisəsindən azadlığa buraxıldıqdan sonra cavabdeh mənzillərin giriş qapılarının klidlərini dəyişdirərək onu yaşadığı mənzilə buraxmamışdır. Bununla bağlı “102” xidməti vasitəsi ilə polis orqanlarına müraciətlər etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Nadir Rza-zadənin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 dekabr 2020-ci il tarixli qərarında bu mübahisənin mülki xarakterli olduğu göstərilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda göstərdiyi daşınmaz əmlakların özgəninkiləşdirilməsinə səbəb olan əsaslara dair və s. tələblərlə bağlı məhkəmələrdə cavabdehə qarşı iddialar qaldıraraq həmin əsasları mübahisələndirmiş, idddia tələbləri təmin edilmişdir. Hesab edir ki, Cavabdeh yuxarıda göstərdiyi həmin daşınmaz əmlaklarla bağlı ona qarşı qaldırdığı iddia tələblərini qəbul edib-etməməsindən asılı olmayaraq, cavabdehin həmin daşınmaz əmlaklardan onun istifadə hüququnu məhdudlaşdırması tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh ona qarşı daşınmaz əmlaklarla bağlı məhkəmədə qaldırdığı iddia tələblərini qəbul etməsə də, mövcud qanunvericiliyə əsasən hər bir halda həmin daşınmaz əmlakların birgə nigah dövründə əldə edilmiş əmlaklar olduğunu qəbul edərək, onun həmin əmlaklara olan hüquqlarını tanımalı və bu əmlaklar üzərində hüquqlarının həyata keçirməsində maneələr törətməməlidir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə istifadə hüququnun həyata keçirilməsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli 05Q-936/69 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, xx.xx.2008-ci il tarixdə nikah pozulmuşdur. xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 2a yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1103/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə-388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 56.3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı Bak şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11, mənzil 24 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8843/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1103/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-15/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin və çıxarışın ləğv edilməsi, daşınmaz əmlakın tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınması" tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli Mənzil bağışlama müqaviləsindən görünür ki, iddiaçı ünvan 3vanında yerləşən mənzili qızı X2 bağışlamışdır. RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 3vanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının bildirdiyinə görə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə etməsinə, mülkiyyətçi kimi hüquqlarını həyata keçirməyə cavabdeh tərəfindən maneələr yaradılır. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Bakı şəhəri Nəsimi Rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1103/2021 saylı qətnaməsi ilə İddiaçı ilə X4 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə- 388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 56.3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı Bak şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 11, mənzil 24 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarına Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın digər maddələrində də mənzil və əlaqəli hüquqlarla bağlı müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İddiaçı qeyd edir ki, ona məxsus yaşayış sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddia ərizəsində qeyd olunan hallar həqiqətən mövcuddur, cavabdeh tərəfindən iddiaçının iddia ərizəsində qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə maneələr yaradılmışdır. Halbuki, Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (mənzildə yaşamaq səlahiyyəti versəyidi), bu halda, cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun həyata keçirilməsində Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar