Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2814/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Maham oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Rəfi oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızından müştərək qaydada 74.000 (yetmiş dörd min) manat və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat olmaqla cəmi 74.030 (yetmiş dörd min otuz) manat məbləğində pulun alınaraq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və mütəşəkkil dəstənin digər üzvünün qanunsuz əməlləri nəticəsində ona 74.000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-84/2017 saylı xx xxxxxx 2017-ci il tarixli hökmünün surətindən göründüyü kimi, Cavabdeh2 2011-ci ilin may-iyun və 2013-cü ilin sentyabrdekabr aylarında Bakı şəhərində, tabeçiliyində olan, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X41 və digərləri ilə birlikdə mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərək hakimiyyətdən və qulluq mövqeyindən müntəzəm olaraq tamah məqsədilə sui-istifadə edib 2011-ci ilin may ayında İddiaçı məxsus, Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Birliyinin xx.xx.2005-ci il tarixli 34566 saylı müqaviləsinə əsasən qardaşı X17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 b ünvanda yerləşən 0,25 hektar torpaq sahəsinin bir sotu 2000 ABŞ dolları olmaqla cəmi 50000 ABŞ dollarına Fərhad Əliyevin adından barəsində cinayət təqibi davam etdirilən şəxsin qohumu X24 adına Bakı şəhəri 7 saylı notariat kontorunda verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə əsasında X1 və qeyd olunan pul vəsaitini barəsində cinayət təqibi davam etdirilən şəxsin qəbul etməsindən sonra, həmin şəxsin vasitəsilə İddiaçılə danışıqlar aparıb bu torpaq sahəsinin qonşuluğunda, 475 e saylı ünvanda yerləşməklə ona məxsus olan və Bakı Şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Birliyinin xx.xx.2005-ci il tarixli 34567 nömrəli müqaviləsinə əsasən dostu X9 adına rəsmiləşdirilmiş 0,25 hektar torpaq sahəsini 50000 ABŞ dollarına satın almağı razılaşdıraraq, pul vəsaitini alqı-satqı rəsmiləşdirildikdən 10 gün sonra verməyi vəd edib Bakı şəhəri 7 saylı notariat kontorunda Aydın Allahverdiyevin adından barəsində cinayət təqibi davam etdirilən şəxsin qohumu X24 adına verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə əsasında faktiki mülkiyyətinə keçirdikdən, daş hasarla torpaq sahəsini əhatəyə aldıqdan sonra, dəstə üzvləri vasitəsilə torpaq sahəsinin sənədlərinin saxta olmasını iddia edərək İddiaçı barəsində cinayət işi başlanacağı, həbs olunacağı, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib torpaq sahəsinin dəyərini təşkil edən 50000 ABŞ dollarını ödəməkdən imtina edib xx.xx.2012-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə xüsusi mülkiyyətinə keçirməklə, həmçinin 2013-cü ilin sentyabr ayında İddiaçı məxsus olmaqla atası Ağababa Əliyevin adına rəsmiləşdirilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 475 ünvanda yerləşən 0,25 hektar torpaq sahəsini 30000 manata barəsində cinayət təqibi davam etdirilən şəxsin qohumu Abbasov Rövşən Rəhim oğluna sataraq qeyd olunan məbləğdə pul vəsaitini qəbul etməsindən sonra, sonuncular vasitəsilə həmin torpaq sahəsinin sənədlərinin saxta olduğunu bəhanə edib İddiaçı barəsində cinayət işi başlanacağı həbs olunacağı, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək ona ödənilmiş 30000 manat pul vəsaitinin 5000 manat hissəsini geri qaytarmağı və həmin torpaq sahələrinin qonşuluğunda yerləşməklə İddiaçı məxsus olmaqla bacısı X15 adına rəsmiləşdirilmiş Mərdəkan qəsəbəsi 475 d saylı, 0,25 hektar torpaq sahəsinin əvəzsiz surətdə onlara verilməsini tələb etmiş, İddiaçı dəstə üzvlərinin səlahiyyətlərinə əsasən hədəni real qəbul edərək Rövşən Abbasova 5000 manatı qaytarması, Nailə Yavərovanın adından Rövşən Abbasovun adına Bakı şəhəri 7 saylı notariat kontorunda verilmiş xx.xx.2013-cü il tarixli etibarnamə əsasında Mərdəkan qəsəbəsi 475 d saylı ünvanda yerləşən 30000 manat dəyərində torpaq sahəsini əvəzsiz surətdə onlara verməsi və xx.xx.2015-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən dəstə üzvü İlqar Əliyevin həyat yoldaşı Cavabdeh1 Bahadur qızı və vətəndaş X25 mülkiyyətinə rəsmiləşdirilməsi ilə, ümumilikdə özgənin külli miqdar təşkil edən 69000 manat dəyərində 0,50 hektar torpaq sahəsi və 5.000 manat məbləğində pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur (Hökmün surəti 11-12-ci vərəqləri). Bakı Hərbi Məhkəməsinin 1(093)-84/2017 saylı xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 179 və sair maddələri ilə və Mehdiyev Azər Söhrab oğlunun CMnin müvafiq maddələri ilə məhkum edilmişlər. Cavabdeh2 və Mehdiyev Azər Söhrab oğlunun barələrində olan cinayət işi üzrə yuxarıda qeyd olunan epizod üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. İşə birinci instansiya məhkəməsində baxılan zamanı tərəfindən mülki iddia verilməmişdir. Qeyd olunan hökmlə zərərçəkmiş şəxslərə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hissəsindən göründüyü kimi, onun (İddiaçı) gələcəkdə məhkəmədə mülki iddia irəli sürülməsi hüquqlarının olmasını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2, X41 və X28 məxsus, sonuncunun, eləcə də Cavabdeh1 Bahadur qızı və X11 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475 b və 475 d saylı torpaq və bağ sahələrinin üzərində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il, xx xxxx 2016-cı il və xx xxxxxx 2017-ci il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmalı və həmin daşınmaz əmlaklar dövlət nəfinə müsadirə edilməməlidir. (Hökmün surəti 115 və 118-ci vərəqi). Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızından müştərək qaydada 74000 manat və dövlət rüsumu kimi ödədiyim 30 manat olmaqla cəmi 74030 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızından müştərək qaydada 74.000 (yetmiş dörd min) manat və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 74.030 (yetmiş dörd min otuz) manat məbləğində pulun alınaraq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Maham oğlu yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 (hüquqlarını təmsil etdiyi şəxs) və Cavabdeh1 Bahadur qızına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə” iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 74.000 (yetmiş dörd min) manat dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 74.030 (yetmiş dörd min otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. İddia ərizəsinin əsassızlığı ilə bağlı ilk öncə qeyd etmək lazımdır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı yalnız Bakı Hərbi Məhkəməsinin 1(093)-84/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə istinad etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. “İddiaçının” tələb etdiyi pulun ona heç bir aidiyyatının olmadığı elə həmin ərizə oxunduğu andan açıq-aydın şəkildə məlum olur. İlk öncə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, ittihamın mahiyyətindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanlar tərəflər arasındakı mülki-hüquq münasibətlərindən yaranmış ziddiyyətləri hədə-qorxu ilə tələb etmə cinayətinin obyekti və obyektiv cəhəti kimi qiymətləndirmiş və bununla bağlı cinayət təqibini həyata keçirmişlər və sonda ədalətli olmayan hökm qəbul edilmişdir. Hazırkı iddia ərizəsində qeyd edilən xüsusatlarla bağlı istintaq orqanı X29 AR CM-nin 182.3.1 və 182.3.2-ci maddələri ilə ittiham elan etmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin mülki-hüquq münasibətinin əsasını təşkil etməsi onunla şərtlənmişdir ki, vətəndaş İddiaçı, atası Ağababa Əliyevin, qardaşı Fərhad Əliyevin, bacısı Nailə Yavərovanın və dostu Aydın Allahverdiyevin adına rəsmiləşdirilmiş torpaq sahələrindən qardaşı Fərhad Əliyevin 0,25 ha torpaq sahəsini 2011-ci ildə satmaq qərarına gəlmiş və bununla bağlı Xəzər rayon İcra Hakimiyyətində işləyən Əli Əsgər adlı tanışına müraciət etmiişdir. Bu faktın mövcudluğu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış vətəndaş İddiaçı adından Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmünün 45-ci səhifəsinin sonuna daxil edilmiş ifadələrdə öz təsdiqini tapır. Buradan görünür ki, vətəndaş İddiaçı iş üzrə təqsirləndirilən şəxslərdən heç birini əvvəlcədən tanımadan ailə üzvlərinin adına rəsmiləşdirilmiş torpaq sahələrindən birinin satılması niyyəti ilə tanışı Ələkbər adlı şəxsə özü könüllü olaraq müraciət etmiş və bu halda kənar şəxslərin hər hansı şəkildə təsir və təzyiqinə məruz qalmamışdır. Birinci instansiya məhkəməsinin hökmünün 49-cu səhifəsinin sonu 50-ci səhifəsinin əvvəlində şahid qismində dindirilmiş MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi X25 ifadəsinə istinadən qeyd olunan məlumatlardan görünür ki, 2011-ci ildə Cavabdeh2 Rafiq Səfərovu yanına çağıraraq İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisində bağ tikmək istədiyini bildirmişdir. X62 ifadəsində qeyd olunan məlumatlardan aydın şəkildə görünür ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində mərhum İlqar Əliyevlə birlikdə Cavabdeh2 bağ evi tikmək niyyətində olmağı qanunla müəyyən edilmiş haldır və buna dair həmin onun sabiq idarə rəisinə müraciətində hər hansı bir qanunsuzluğa yol verilməmişdir. Hökmün həmin hissəsində bununla bağlı qeyd olunur, “2011-ci ildə ləğv edilmiş MTN-nin Anti-Terror Mərkəzinin rəisi Cavabdeh2 onu yanına çağıraraq İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisisində bağ evi tikmək istədiklərini deyərək onlar üçün ucuz qiymətə bağ sahəsi tapmağını tapşırmış, o da Xəzər rayonuna yeni təyin olunduğu üçün rayonda çox adamı tanımadığından həmin tapşırığın icrasını işçi Heydər İslamova həvalə etmişdir. Heydər də Xəzər rayon İcra Hakimiyyətində işləyən Ələkbər Aslanov adlı qohumunun vasitəsi ilə 50 sot torpaq sahəsi tapdığını, ümumi qiyməti 100.000 ABŞ dolları olduğunu bildirmiş, o da bu barədə Cavabdeh2 məlumat vermişdir. Bir neçə gündən sonra Cavabdeh2 İlqar Əliyevlə birlikdə Mərdəkan qəsəbəsinə gələrək torpaq sahəsinə baxaraq razılıqlarını bildirib getmişlər. Bir müddət sonra İlqar özü Mərdəkana gedərək torpaq üçün 50.000 ABŞ dolları verib pulun qalan hissəsini isə alqı-satqıdan sonra verəcəklərini bildirmişdir. O özü torpaq sahibi ilə görüşməmiş və danışıq aparmamış, bütün danışıqları Heydər özü və ya qohumu Ələkbər Aslanov vasitəsi ilə aparmışdır.” Şahid qismində dindirilmiş Rafiq Səfərovun məlumatlarından görünür ki, mübahisə predmeti olan 50 sot torpaq sahəsi Xəzər rayon İcra Hakimiyyətində işləyən Ələkbər Aslanov vasitəsi ilə TN-nin Xəzər rayon idarəsinin bölmə rəisi Heydər İslamov tərəfindən tapılmış, bu torpağın ümumi dəyəri 100.000 ABŞ dolları olaraq qiymətləndirilmiş, bir müddətdən sonra mərhum İlqar Əliyev tərəfindən bunun üçün Rafiq Səfərova 50.000 ABŞ dolları nağd pul verilmiş və pulun qalan hissəsini də alğı-satqıdan sonra verəcəyinə dair vəd verilmişdir. X62 ifadəsində xüsusi diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, torpaq sahəsinin tapılmasına və alğı-satqısına dair bütün tapşırıqlar bölmə rəisi Heydər İslamova verilmiş,sonuncu da öz növbəsində bu danışıqları qohumu Ələkbər Aslanov vasitəsi ilə aparmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş İddiaçı də ifadəsində demişdir ki, torpaqların satılması ilə bağlı məhz Xəzər rayon İcra Hakimiyyətində işləyən Ələkbər Aslanova müraciət etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri X18 da ifadəsinə istinadən birinci instansiya məhkəməsinin hökmünün 52-ci səhifəsinin sonunda qeyd olunur, “2011-ci ilin təxminən iyun ayında MTNnin Xəzər rayon idarəsinin şöbə rəisi vəzifəsində işləyən və əvvəllər tanıdığı Heydər İslamov onun yanına gələrək Mərdəkan qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi Cavabdeh2 və onun müavini İlqar Əliyev üçün 25 sot torpaq sahəsi almaq istədiyini deyərək ona işdə köməklik göstərməyini xahiş etmiş, bundan sonra o, əvvəllər tanıdığı Mərdəkan qəsəbəsində işləyən X19 məxsus torpaq sahəsinin satılması üçün vasitəçilik etmişdir. İddiaçı həmin torpaq sahəsinin bir sotunu 2.500 ABŞ dollardan satmağa dair Heydər İslamovla razılıq əldə etmişdir. Bundan bir müddət keçəndən sonra Heydər İslamov ona Əli Əsgərə vermək üçün bir neçə gün ərzində cəmi 50.000 ABŞ dolları pul vermiş və o da həmin pulları Əli Əsgərin özünə təqdim etmişdir.” X52 ifadəsinə istinadən qeyd olunan məlumatlardan aydın şəkildə görünür. X64 Əliyevlə bütün danışıqlar bölmə rəisi Heydər İslamov tərəfindən birincinin vasitəsi ilə aparılmış, hətta 50.000 ABŞ dolları məbləğində nağd pul vəsaiti də məhz şahid Ələkbər Aslanov vasitəsi ilə X64 Əliyevə verilmişdir. X64 Əliyevin özü də ifadəsində qeyd etmişdir ki, məhz ona qarşı hədə-qorxu edən sözlər şahid Heydər İslamov tərəfindən işlədilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin hökmünün 46-cı səhifəsində zərərçəkmiş Əliyevin ifadəsinə istinadən qeyd olunur: “torpaq sahəsini satmaq istəməsi barədə Xəzər rayon icra Hakimiyyətində işləyən Ələkbər adlı tanışına məlumat verdiyini, Ələkbərin Heydər adlı bir şəxslə gəlib torpaq sahəsinə baxdıqlarını, torpaq sahəsinin hər sotunun 2000 manata olmaqla cəmi 50.000 manata satmağa razılşadıqlarını, bir neçə gün sonra Heydərin 50.000 manat pul gətirdiyini, qardaşının öz adından Heydərin bildirdiyi şəxsə etibarnamə verdiyini, bu hadisədən bir neçə gün sora Heydərin mobil nömrəsinə zəng edərək əlavə 25 sot da torpaq sahəsinin lazım olduğunu, lakin hazırda əlində nağd pulun olmadığını, pulu 5-10 günə verəcəyini bildirdiyini, ikinci 25 sot torpaq sahəsini də yenə də 50.000 manata satmağa razılaşdırdığını, onun sözünə inanıb dostu Aydın Allahverdiyevin adına olan torpaq sahəsini ona satmağı ilə bağlı Aydının adından Heydərin bildirdiyi şəxsə etibarnamə verdiyini, Heydərin MTN-nin Xəzər rayon idarəsində işlədiyini, birinci torpaq sahəsini idarə rəisi Rafiq Səfərov, ikinci torpaq sahəsini isə Anti-terror Mərkəzinin rəisi, general Cavabdeh2 üçün aldığını bildirdiyini, həmin hadisədən təxminən 10-15 gün sonra pulunu almaq üçün Heydərə zəng vurduğunu, onun isə müxtəlif bəhanələr gətirərək, yəni torpaq sahəsinin Bağlar idarəsinə aid torpaq olmadığını, sənədin saxta olduğunu bəhanə kimi gətirərək pulunu verməyəcəyini bildirdiyini, ona şikayət edəcəyini bildirdikdə həbs edəcəyi ilə hədələdiyini, hətta şikayət etsə general Cavabdeh2 vasitəsi ilə başına oyun açacağını bildirdiyini, həmin torpaq sahəsinə görə Heydərin ona 50.000 manat pulu vermədiyini göstərmişdir.” Zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş İddiaçı məlumatlarından aydın olur ki, ona Cavabdeh2 adından hədə-qorxunu MTN-nin Xəzər rayon idarəsinin bölmə rəisi Heydər İslamov gəlmişdir. Şahid qismində dindirilmiş Heydər İslamov isə belə bir halın mövcudluğunu təsdiq etməmiş, İstintaq orqanı da vətəndaş İddiaçı hədə-qorxu gəldiyini sübuta yetirə bilməmişdir. Belə ki, cinayət işinin 16-cı cildinin 56-120-ci səhifələrində daxil edilmiş rəsmi sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsinin 475b və 475e ünvanlarında yerləşən ümumilikdə 0,50 ha torpaq sahəsinə aid sənədləşmənin, özəlləşdirmə işlərinin aparılması ƏMDK yanında DƏDRX-dən çıxarış və sair sənədlərin alınması xx xxxx 2011-ci il tarixli,7E/l9-10565 saylı etibarnamələr əsasında vətəndaş X20 və X35 tərəfindən X30 etibar edilmişdir. Həmçinin cinayət işinin bu hissəsinə dair daxil edilmiş xx xxxx 2011-ci il tarixli, 7E/5868 saylı etibarnamələrdən görünür ki, bu hüquqların həyata keçirilməsi X42 ilə yanaşı X35 tərəfindən X31 etibar edilmişdir. Məhz Mərdəkan qəsəbəsi 475b ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin alğı-satqısına dair 7 № li xüsusi Notariat kontorunda müvafiq sənədləşmələr aparılarkən xx xxxx 2011-ci il tarixdən vətəndaş X17 adından X31 verilmiş 7E/5868 saylı etibarnamə əsasında Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi, ev 30-da qeydiyyatda olan Quliyev Yusif oğlunun adına 38 saylı Dövlət Notariat kontorunda verilmiş xx xxxx 2012-ci il tarixdə AN-İ ******* saylı alğı-satqı müqaviləsi rəsmləşdirilmiş və bu müqavilə ilə X17 adına olan və 475b ünvanda yerləşən 0,25 ha torpaq sahəsi, eləcə də, eyni tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə X9 adına olan və 475e ünvanında yerləşən 0,25 ha torpaq sahəsi MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi X28 hər birinin dəyəri 20.000 (iyirmi min) manat olmaqla ümumilikdə 40.000 AZN-ə satılmışdır. Cinayət işinin materiallarına daxil edilmiş xx xxxx 2011-ci il tarixli və xx xxxx 2011-ci il tarixli, 7E/19- 10564, 7E/19-10565, 7E/5868 saylı, eləcə də, xx xxxx 2012-ci il tarixli, 7E/06-195 saylı etibarnamələrdən, habelə arasında bağlanmış xx xxxx 2012-ci il tarixli AN-İ ******* və AN-İ ******* saylı alğı-satqı müqavilələrindən görünür ki, ayrı-ayrılıqda 0,25 ha ərazidən ibarət olan ümumilikdə 0,50 ha torpaq sahəsi eyni gündə X5 və bunun əvəzində X26 və X12 ayrı-ayrılıqda 20.000 iyirmi min) manat olmaqla ümumilikdə 40.000 manat pul vəsaiti ödənilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsinə istinadən birinci instansiya məhkəməsinin hökmünün 45 və 46-cı səhifələrinə daxil edilmiş məlumatlardan isə görünür ki, ilk növbədə İddiaçı qardaşı Fərhad Əliyevin adına olan 475b ünvanda yerləşən 0,25 ha torpaq sahəsini 50.000 manata satdığını, bundan bir neçə gün sonra isə dostu Aydın Allahverdiyevin adına olan 475e ünvanda yerləşən 0,25 ha torpaq sahəsini də 50.000 manata satdığını bildirmiş, lakin sonuncu dəfə 50.000 manata satdığı 0,25 ha torpaq sahəsinə görə ona verilməli olan pulu almadığını iddia etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X43 isə ifadəsində aydın şəkildə qeyd edir ki, Mərdəkan qəsəbəsində bağ evinin tikilməsi ilə bağlı torpaq sahəsinin alınmasına dair Cavabdeh2 müraciətinin icrasını bölmə rəisi Heydər İslamova həvalə etmişdir. Bu faktın mövcudluğu birmənalı şəkildə sübut edir ki, ilkin olaraq vətəndaş X17 adına olan 475b ünvanda yerləşən 0,25 ha torpaq sahəsi Cavabdeh2 sifarişi əsasında alınmış və bunun üçün mərhum İlqar Əliyevin, sabiq idarə rəisi Rafiq Səfərovun, bölmə rəisi Heydər İslamovun və Xəzər rayon İcra Hakimiyyətinin şöbə rəisi Ələkbər Aslanov vasitələri ilə vətəndaş X26 50.000 manat nağd pul vəsaiti ödənilmişdir. Zərərçəkmiş şəxs İddiaçı də öz ifadəsində bildirir ki, qardaşı Fərhad Əliyevin adına olan torpaq sahəsinin satılmasına dair sövdələşmənin şərtlərinə uyğun olaraq ona ödənilməli olan 50.000 manat tam məbləğdə Heydər İslamovdan alınmışdır. Cinayət işinin 16-cı cildinin 279-282-ci səhifələrinə daxil edilmiş xx xxxxxxxx 2012-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən də görünür ki, bu müqavilə üzrə sabiq idarə rəisi X7 qəsəbəsi 475b ünvanda yerləşən mülkiyyətində olan 0,50 ha torpaq sahəsinin yalnız 1666.0 kv.m (0,16 ha) torpaq sahəsini Cavabdeh2 həyat yoldaşı X11 adına rəsmiləşdirmiş, digər 1666.0 kv.m torpaq sahəsi mərhum İlqar Əliyevin həyat yoldaşı Quliyeva (Əliyeva) Nahidə Bahadur qızının və 1666.0 kv.m torpağı öz adına rəsmiləşdirmişdir. Buradan aydın şəkildə görünür ki, alqı-satqı müqaviləsi üzrə 0,50 ha torpaq sahəsi 1666,0 kv.m olmaqla bərabər şəkildə Cavabdeh2, İlqar Əliyevin və Rafiq Səfərovun arasında bölünmüş və Cavabdeh2 tərəfindən 0,25 ha torpaq sahəsinin dəyəri hesab edilən 1.000 manat zərərçəkmiş şəxs İddiaçı tam şəkildə ödənilmişdir. xx xxxx 2012-ci il tarixli AN-İ ******* və AN-İ ******* saylı alqı-satqı müqavilələri üzrə isə ümumilikdə 0,50 ha torpaq sahəsinin alışına dair mülkiyyətçilərə 40.000 manat Rafiq Səfərov tərəfindən ödənilmişdir. Qeyd olunanlardan əlavə toplanmış iş materialları ilə müəyyən edilir ki, vətəndaş İddiaçı xx xxxxxx 2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə bacısı X15 adına olan və Mərdəkan qəsəbəsi 475d ünvanda yerləşən 0,25 ha daha bir torpaq sahəsinin də 1500 kv.m (0,15 ha) hissəsini 5000 (beş min) AZN qiymətinə X28, 1.000 kv.m (0,10 ha) hissəsini isə yenə də 5.000 (beş min) AZN qiymətinə mərhum İlqar Əliyevin həyat yoldaşı Cavabdeh1 Bahadur qızına satmışdır. Bununla bağlı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsinə istinadən birinci instansiya məhkəməsinin hökmünün 46-cı səhifəsində qeyd olunur: təxminən 2013cü ildə atasının adına olan 25 sot torpaq sahəsinin satmaq qərarına gəldiyini, bu barədə Xəzər rayon İcra Hakimiyyətində işləyən İmran və ya İman adlı şəxslə əlaqə saxlayıb 25 sot torpaq sahəsini cəmi 37.500 manata satmağı planlaşdırdığını bildirdiyini, İmranın da 30.000 manata müştərinin olduğunu və razılaşdığını, atasının adından İmranın bildirdiyi şəxsin adına уtibarnamə verdiklərini, həmin gün axşam icra hakimiyyətinin inzibati binasında görüşüb etibarnaməni İmranın yanında olan bir nəfər şəxsə verdiyini, sonradan adının Rövşən olduğunu bildiyi, həmin şəxsin 30.000 manatı ona verdiyini, Rövşənin MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi X25 bibisi oğlu olduğunu, bir gün sonra Rövşənin ona zəng vurub bağlar idarəsindən torpaq üçün verilən sənədin saxta olduğunu bildirdiyi, görüşməyi təklif etdiyini, Rövşənin görüş zamanı torpaq sahəsinə aid sənədin saxta olduğunu bildirərək verdiyi 30.000 manat puldan 5000 manatını qaytarmaqla, əlavə olaraq bacısı Nailənin adına olan 25 sot torpaq üçün onun adına etibarnamə verməli olduğunu söylədiyini, Rövşənin onunla danışa-danışa tez-tez Rafiqlə telefonla əlaqə saxladığını, hər dəfə danışandan sonra onun təklifi ilə razılaşmadığını, yoxsa Rafiqin əsəbləşərək onu həbs edə biləcəyini dediyini, onların MTN-də işləməsini bilib daxildən özünə və ya yaxın qohumlarına şərləyib nə isə edə bilmələrindən qorxduğunu, Rövşənlə uzun söhbətdən sonra onun dediyi ilə razılaşdığını, yəni 5000 manatı qaytarmaqla bacısı Nailə Yavərovanın adından şəxsən Rövşənin adına etibarnamə verdiyini, bu torpağı da 30.000 manat satmağı planlaşdırdığı da əllərindən pulsuz alındığını, Rafiq Səfərovun onlara 74.000 manat pul verməli olduqlarını, torpaqlarin əlindən alınmasının ləğv olunmuş MTN-nin sabiq vəzifəli şəxslərinin əvvəlcədən qurulmuş ssenari əsasında həyata keçirildiyini başa düşdüyünü, həmin dövrlərdə şikayət edəcəyi təqdirdə özünə problem yaradacağını, Cavabdeh2 və Rafiq Səfərovun ona və ya yaxın qohumlarına pislik edəcəyini düşünüb heç yerə şikayət etmədiyini göstərmişdir.” Zərərçəkmiş şəxs İddiaçı məlumatlarından görünür ki, alınmış 0,50 ha torpaq sahəsindən əlavə 2013-2015-ci illəri əhatə edən dövrdə o, əlavə 0,50 ha torpaq sahəsini də satmaq qərarına gəlmiş və bununla bağlı şəxsi təşəbbüsü ilə Xəzər rayon İcra Hakimiyyətində işləyən İmran və ya İman adlı şəxsə müraciət etmiş, sonuncu da bu müraciət əsasında torpağın 0,25 ha hissəsinin 30.000 manata alınmasını razılaşdırmışdır. Mübahisələndirilən əlavə 0,25 ha torpaq sahəsinin alınması ilə bağlı müəyyən edilmiş 30.000 manata İmran adlı şəxsin yanında Rövşən adlı şəxs tərəfindən İddiaçı şəxsən verilmişdir. Cinayət işinin 16-cı cildinin 56-120 və 279-282-ci səhifələrinə daxil edilmiş rəsmi sənədlərdə qeyd olunan məlumatlardan isə görünür ki, vətəndaşlar X17, (X9 və X15 adından İddiaçı tərəfindən X28 ümumilikdə 0,75 ha torpaq sahəsi satılmış və bunun üçün İddiaçı 75.000 (yetmiş beş min) AZN məbləğdə pul vəsaiti ödənilmişdir. AN-İ 0294832, AN-İ ******* saylı xx xxxx 2012-ci il tarixli; AN-İ ******* saylı, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqavilələri üzrə isə vətəndaşlar X26, X12 və X21 ümumilikdə 50.000 (əlli min) manat məbləğdə pul vəsaitinin ödənildiyi müəyyən olunur. (0,25+0,25+0,25 x 2000 AZN+20.000 AZN+5.000 AZN + 5.000 AZN=50.000 manat). Göründüyü kimi alqı-satqı müqavilələri üzrə vətəndaşlara 50.000 manat məbləğdə pul vəsaitinin ödənildiyi rəsmi sənədlərlə təsdiq olunmuş və bundan əlavə 75.000 manat məbləğdə pul vəsaitinin də vətəndaş İddiaçı verildiyi zərərçəkmişin özü və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Ümumilikdə 0,75 ha torpaq sahəsindən əlavə 0,25 ha torpaq sahəsinin vətəndaş İddiaçı pulsuz və ya hər hansı bir digər üsul və vasitələrlə alınmasını təsdiq edən faktlar və rəsmi sənədlər iş materiallarında mövcud olmamış, X64 Əliyevin özü də sonuncu 0.25 torpaq sahəsinin üzərində hər hansı bir şəxsi mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi cinayət prosesini həyata keçirən orqanlara təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxs İddiaçı bu iddiaları ilə bağlı birinci instansiya məhkəməsinin hökmünün və 47-ci səhifələrində şahid qismində dindirilmiş Abbasov Rövşən Rəhim oğlunun ifadəsinə istinadən qeyd olunur, “İddiaçı alınan həmin 50 sot torpaq sahəsinin üç yerə bölünərək həmin ərazidə Cavabdeh2, İlqar Əliyevin və Rafiq Səfərovun ev tikdiklərini, bu hadisədən təxminən 2 il sonra, yəni 2013-cü ildə Rafiq Səfərovun həmin torpaq sahəsinin ətrafında olan Əliyev Əsgərə məxsus 25 sot torpağın alınmasını tapşırdığını, onun da İddiaçılə görüşüb həmin 25 sot torpağı almaq istədiyini bildirdiyini, qiymətini 25 sot üçün 25.000 manata razılaşdırdıqlarını, eyni anda torpağın özəlləşdirilməsinin alınmayacağı təqdirdə sənədi geri qaytarıb pulunu geri alacağı barədə şərt kəsdiyini, İddiaçı də onunla razılaşdığını, daha sonra İddiaçı bacısı X15 onun adına etibarnamə verdiyini göstərmişdir.” Şahid Rövşən Abbasovun ifadəsində qeyd olunan bu məlumatlardan da aydın şəkildə görünür ki, 25 ha əlavə torpaq sahəsinin 25.000 manata alış qiyməti razılaşdırıldıqdan sonra zərərçəkmiş İddiaçı bacısı X15 adından şahid Abbasov Rövşən Rəhim oğluna xx xxxxxx 2013-cü il tarixli, AR-İ 292936 saylı etibarnamə verilmiş və bu etibarnamə əsasında Nailə Yavərovanın adından Rövşən Abbasov tərəfindən Cavabdeh1 Bahadur qızı və X43 ilə xx xxxxxx 2015-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən Mərdəkan qəsəbəsi 475d ünvanında yerləşən 0,25 sot torpaq əsinin 0,15 sot hissəsi 5000 manata Rafiq Səfərova, 0,10 sot hissəsi isə 5000 manata Cavabdeh1 satılmışdır. Zərərçəkmiş şəxs İddiaçı ifadəsinə istinadən birinci instansiya məhkəməsinin hökmünün 45-ci səhifəsinin sonunda qeyd olunur, hər biri 0,25 sot olmaqla İddiaçı atası Ağababa Əliyevin, qardaşı Fərhad Əliyevin, bacısı Nailə Yavərovanın və dostu Aydın Allahverdiyevin adına 4 ədəd torpaq sahəsi olmuşdur. İş üzrə mövcud olan faktiki hallarla, şahid ifadələri ilə və toplanmış digər rəsmi sənədlərlə etibarnamələr, alqı-satqı müqavilələri və s.) sübut olunur ki, zərərçəkmiş şəxs İddiaçı yaxınlarının sərəncamında ümumilikdə yalnız 0,75 sot torpaq sahəsi olmuşdur və bu torpaq sahələrinin alqı-satqısının rəsmiləşdirilməsi zamanı vətəndaşlara 50.000 manat, X64 Əliyevə isə 75.000 manat məbləğdə pul vəsaiti Ödənilmişdir. Burada diqqət çəkən daha bir maraqlı məqam ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin hökmünün 48-ci səhifəsində şahid qismində dindirilmiş X9 məlumatlarında qeyd olunur ki, Mərdəkan qəsəbəsində “Günəşli” və “Abşeron” sanatoriyalarının yanında İddiaçı məxsus hər biri 25 sot olan 5 torpaq sahəsi, yəni ümumilikdə 125 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahələrinin Əli Əsgərgilin dədə-baba torpaqlarının olmasını, daha sonra həmin torpaqların ərazisində adını unutduğu düşərgə salındığını, SSRİ-nin süqutundan sonra həmin düşərgənin də ləğv olunduğunu və torpaq sahələrinin Bakı şəhəri, Bağlar İdarəsinin balansına verildiyini, təxminən 2005-ci ildə X77 idarəsi ilə razılaşaraq həmin torpaq sahələrinin ailə üzvləri və onun adına icarəyə götürülməsinə dair müqavilə imzalandığını, torpaq sahələrinin biri Əli Əsgərin qardaşı Fərhad Əliyev, biri atası X60, biri özünün, biri bacısı Nailə Yavərova, birinin isə onun adına icarəyə verildiyini göstərmişdir.” X3 bu məlumatlarından aydın olur ki, mübahisə predmeti oian torpaq sahələri adı çəkilən vətəndaşların mülkiyyətində olmamış və bu torpaqlar icarə müqavilələri əsasında 2005-ci ildə Bağlar İdarəsi tərəfindən İddiaçı təşəbbüsü ilə yaxın qohumlarının müvəqqəti istifadəsinə verilmişdir. Bu faktın mövcudluğu X3 məlumatları ilə yanaşı cinayət işi üzrə şahid qismində dindirilmiş X25 məlumatlarında da öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünün 50-ci səhifəsində X8 ifadəsinə istinadən qeyd olunur ki, “torpaq sahəsi ilə bağlı danışıqları İddiaçı adlı şəxs aparsa da, torpaq sahəsi onun qardaşı, atası, bacısı və dostunun adına olmuşdur, Əli Əsgərgil adlarına olan torpaqların çıxarışını çıxarmağa başlamışlar. Bu müddət ərzində onlar torpaq sahəsinə yeni hasar tikməyi danışmışlar. Hasarın tikintisinə başlayanda torpaq sahəsində məskunlaşmış 3 məcburi köçkün ailəsi tikintiyə icazə verməmiş və onlarla qarşıdurma yaranmışdır, ancaq torpaq sahəsinin satılması ilə bağlı danışıqlar aparılanda məcburi köçkünlərin oradan çıxarılmasını Əli Əsgər öz üzərinə götürmüş, məcburi köçkünlər narazılıq edəndə Əli Əsgərlə əlaqə saxlamalarını bildirmiş, sonuncu da Rövşənə onların bir qədər gözləmələrini, sənəd düzəldəndən sonra tikintiyə başlamalarını demişdir. Təxminən 5 ay ərzində Əli Əsgərgil torpaq sahələri üçün çıxarışlar ala bilməmiş, Cavabdeh2 də onunla mütəmadi əlaqə saxlayıb bağ sahəsi ilə maraqlanmış, o isə hər dəfə sənədlərin düzəlmək üzrə olduğunu bildirərək vaxtı uzatmışdır. 2011-ci ilin payız ayında məlum olmuşdur ki, Əli Əsgərgil çıxarış üçün Əmlak Komitəsinə müraciət edərək rədd cavabı almış, həmin ərazinin dövlət mülkiyyətində olan torpaq olması göstərilmişdir. Belə olan haİda o Cavabdeh2 yanında rüsvay olmuş və X78 tapıb pulu geri almasını tapşırmışdır. Heydər də Əli Əsgərin ağsaqqalları olan Elman, Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba və dostu Aydınla görüşüb aydınlaşdıracağını demiş və onlarla görüşüb məsələni müzakirə etmişdir. Danışıq zamanı X73 vaxt verilməsini xahiş edib, başqa kanal vasitəsi ilə çıxarış alacağını bildirmiş, olan da Əli Əsgərə 2-3 ay vaxt vermiş, amma Əli Əsgərgil yenə də çıxarış ala bilməmişlər.” X8 məlumatlarında da aydın görünür ki, mübahisələndirilən torpaq sahələri reallıqda dövlət mülkiyyətində olan torpaq sahələri olmuş və bu torpaq sahələri icarə müqavilələri əsasında vətəndaş İddiaçı yaxın qohumlarının istifadəsinə verilmişdir. Məhz yaxınlarının adına verilmiş icarə müqavilələrindən istifadə edərək vətəndaş İddiaçı bu torpaqları satmaq qərarına gəlmiş və alıcılarla torpaqların mülkiyyət hüququnu müəyyən edən çıxarışların alınıb veriləcəyinə dair vəd vermişdir. Buradan aydın olur ki, vətəndaş İddiaçı özünə də yaxşı məlum olmuşdur ki, alıcılara təklif etdiyi torpaq sahələri mülkiyyət hüququ ilə Azərbaycan dövlətinə məxsus olmuş, bu səbəbdən həmin torpaqlar üçün yaxınlarının adına icarə müqavilələri ilə müvəqqəti istifadəyə verilmiş və torpaqdan istifadə edən vətəndaş İddiaçı bu torpaqları “dədə-baba” torpaqları adlandıraraq mülkiyyət hüququnu əsassız və qanunsuz iddialarla özünküləşdirmiş, bununla alıcıların etibarından sui-istifadə eməklə həmin torpaqların satılmasına nail olmuş, nəticədə də külli miqdarda vəsait əldə etmişdir. Hər sotunun 2000 manata satılması sövdələşdirilmiş ümumilikdə 0,75 sot torpaq sahəsinə dair vətəndaş İddiaçı ərazidə müvəqqəti məskunlaşmış vətəndaşların ərazidən çıxarılmasını və torpaq sahələri üzərində mülkiyyət hüququnu müəyyən edən çıxarışların alınmasını öhdəlik olaraq üzərinə götürmüş olsa da bu öhdəliklərin heç birini yerinə yetirə bilməmişdir. Bunun əvəzində Cavabdeh2 məcburiyyət qarşısında qalaraq mübahisəli torpaq sahələrində müvəqqəti məskunlaşmış vətəndaşlarla müvafiq ərazilərdə tikilmiş binalarda ev tikməsi ilə bağlı şəxsən baş nazirin müavini Əli Həsənovdan xahiş etməklə həmin şəxslərin ərazidən köçürülməsini təmin etmişdir. Bundan əlavə satışa çıxarılmış torpaq sahələrinin üzərində mülkiyyət hüququnu müəyyən edilməsi məqsədi ilə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovdan şəxsən xahiş etmişdir. Bütün bunlar Bakı Hərbi Məhkəməsinin 1(093)-84/2017 saylı xx.xx.2017-ci il tarixdə öz əksini tapmışdır. İşin faktiki hallarından göründüyü kimi real həqiqətdə Cavabdeh2 həyat yoldaşının mülkiyyətinə verilmiş 1666.0 kv.m (0,16 ha) torpaq sahəsi üçün o, 50.000 manat pul vəsaitini iddiaçıya ödəmişdir. Digər tərəfdən isə iş materiallarından görünür ki, Cavabdeh2 və ya iş üzrə dindirilmiş digər şəxslərdən vətəndaş İddiaçı 74.000 manat məbləğində borclu olmasını və ona bu məbləğdə maddi ziyanın vurulması hallarının mövcudluğu hər hansı bir rəsmi sənədlə Öz təsdiqini tapmamış və ya belə məbləğdə borcun mövcudluğu müqavilə öhdəliklərindən irəli gəlməmişdir. İşin faktiki hallarından, iş üzrə toplanmış rəsmi sənədlərdən və kifayət qədər istinad olunan hüquqi normaların tələblərindən isə görünür ki, mübahisə predmeti olan 0,75 ha daşınmaz əmlak orpaq sahəsi əmlak hüququ ilə İddiaçı məxsus olmamışdır və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmamışdır. Eyni zamanda vətəndaş İddiaçı 74.000 manat məbləğində maddi ziyan vurulmasını müəyyən edən müqavilə və ya hər hansı digər rəsmi sənəd iş materiallarında mövcud olmamışdır. Bundan əlavə vətəndaş İddiaçı və şahid qismində dindirilmiş digər şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, 0,75 ha torpaq sahəsinin satışa çıxarılması ilə bağlı İddiaçı 75.000 manat nağd pul vəsaiti verilmişdir. Həmçinin alqı-satqı müqavilələri ilə müəyyən edilir ki, notarial qaydada aparılmış əməliyyatlar üzrə alıcılar tərəfindən ümumilikdə 50.000 manat nağd pul vəsaiti ödənilmişdir. Lakin iddiaçının hazırkı “pul tələbinə dair” iddianı tələb etmək hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırmalıdır. Yuxarıda sadalanan işin faktiki hallarından və iddia ərizəsinin mətnindən də aydın olur ki, iddiaçının istinad etdiyi torpaq sahələri qanunla müəyyən edilmiş qaydada mülkiyyət, sahiblik və ya istifadə hüququ əsasında ona məxsus olmamışdır. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Tərəflər arasında alğı-satqı münasibətinin mövcudluğu və həmin torpaq sahələrinin dəyərinin İddiaçı tam ödənilməsi iddiaçı tərəfindən mülki işə əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1(093)-84/2017 saylı xx.xx.2017-ci il tarixli hökmündən də tam aydın görünür. Belə ki, hökmdə qeyd edilir: 7 saylı xüsusi notariat kontorundan 570 nömrəli xx.xx.2015-ci il tarixli məktubla daxil olan sənədlərdən görünür ki, AN-İ ******* nömrəli, xx xxxx 2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X17 06.2011-ci il tarixdə X31 verdiyi 7E/5868 saylı və onun da adından edən Bakı şəhəri 38-ci DNK-da alınmış 7E/06-195 saylı, xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən Biləsuvar şəhəri M. Ə.Sabir küçəsi, ev 30-da qeydiyyatda olan Quliyev Asif oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475b saylı ünvanda yerləşən 0,25 ha torpaq sahəsini 20000 manat qiymətinə X4. AN-İ ******* nömrəli, xx xxxx 2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satgı müqaviləsi” ilə X10 xx.xx.2011-ci il tarixdə X31 verdiyi 7E/5868 saylı və onun da adından çıxış edən Bakı şəhəri 38-ci DNK-da alınmış 7E/06-195 saylı, xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi, ev 30-da qeydiyyatda olan X54 Bakı şəhəri Xəzər rayon, Mərdəkan qəsəbəsi 475e ünvanda yerləşən 0,25 ha torpaq sahəsini 20000 manat qiymətinə X4. AN- İ ******* nömrəli xx xxxxxx 2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, X16 Bakı səhəri, Q.Qarayev prospekti ev 2-də qeydiyyatda olan Abbasov Rövşən Rəhim oğluna verdiyi xx xxxxxx 2013-cü il tarixli AR-1 292936 nömrəli etibarnamə əsasənda sonuncu Nailə Yavərovava məxsus Bakı şəhəri, Xəzər rayonu. Mərdəkan qəsəbəsi 475d saylı ünvanda yerləşən cəmi 0,25 ha torpaq sahəsinin 1500 kvadrat metr hissəsini 5000 manat qiymətinə X32, 1000 kvadrat metr hissəsini isə 5000 manat qiymətinə Cavabdeh1 satmışdır. X2 qəsəbəsi, 475e saylı ünvanda yerləşən 0.25 ha torpaq sahəsinə aid sənədləşmə, özəlləşmə işlərini aparması, ƏMDK-nin yanında DƏDRX-dən çıxarış və sair sənədləri almağı, xx xxxx 2011-ci il tarixli, 7E/19-10565 nömrəli etibarnamə ilə Bakı şəhəri Mərdəkan qəsəbəsi, E. Hüseynzadə küçəsi, döngə 4, ev 19-da qeydiyyatda olan X30 etibar etmişdir. X6 qəsəbəsi, 475b saylı ünvanda yerləşən 0.25 ha torpaq sahəsinə aid sənədləşmə, özəlləşmə işlərini aparmağı, ƏMDK-nin yanında DƏDRX-dən çıxarış və sair sənədləri almağı, xx xxxx 2011-ci il tarixli, 7E/19-10564 nömrəli etibarnamə ilə X30 etibar etmişdir (c,16, i,v.56-120), AN-İ ******* nömrəli xx xxxxxxxx 2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilə ilə X44 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475b saylı ünvanda yerləşən mülkiyyətində olan 0,5 ha torpaq sahəsindən 1660.0 ha kv.m torpaq sahəsini X11 və 1666.0 kv.m torpaq sahəsini X13 mülkiyyətinə vermiş, 1666.0 kv.m torpaq sahəsi onun öz mülkiyyətinə qalmışdır (c,16 iv,279-282), Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 və X14 müştərək qaydada 74.030 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı iddia tələbini Bakı Hərbi Məhkəməsinin 1(093)- 84/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə istinad etmişdir. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-84/2017 saylı xx.xx.2017-ci il tarixli hökmündən aydın olur ki, iddiaçının tələb olunan pula heç bir aidiyyətı yoxdur. Adları çəkilən müxtəlif şəxslərin adları hallandırılsa da məhkəmədə iddiaçı kimi o çıxış etmişdir. Bundan başqa çox maraqlı hallaran biri də ondan ibarətdir ki, bütün alqı-satqı işlərini, həyətyanı sahələrindən birini mülkiyyətinə alan digər şəxs cavabdeh kimi qoyulmamışdır. Həmin şəxs MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi X43 olmuşdur. MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi X43 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin rəisi Cavabdeh2 onu yanına, çağıraraq İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisində bağ evi tikmək istədiklərini deyərək onlar üçün ucuz qiymətə bağ sahəsi tapmağını tapşırmış, o da Xəzər rayonuna yeni təyin olunduğu üçün rayonda çox adamı tanımadığından həmin tapşırığın icrasını işçi Heydər İslamova həvalə etmişdir. Heydər də Xəzər rayon İcra Hakimiyyətində işləyən Ələkbər Aslanov adlı qohumunun vasitəsi ilə 50 sot torpaq sahəsi tapdığını, ümumi qiyməti 100.000 ABŞ dolları olduğunu bildirmiş, o da bu barədə Cavabdeh2 məlumat vermişdir. Bir neçə gündən sonra Cavabdeh2 İlqar Əliyevlə birlikdə Mərdəkan qəsəbəsinə gələrək torpaq sahəsinə baxaraq razılıqlarını bildirib getmişlər. Bir müddət sonra İlqar özü Mərdəkana gələrək torpaq üçün 50.000 ABŞ dolları verib pulun qalan hissəsini isə alqı-satqıdan sonra verəcəklərini bildirmişdir. O özü torpaq sahibi ilə görüşməmiş və danışıq aparmamış, bütün danışıqları Heydər özü və ya qohumu Ələkbər Aslanov vasitəsi ilə aparmışdır. Cinayət işi üzrə birinci instansiya məhkəməsində Xəzər rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri X37 da dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, 2011-ci ilin təxminən iyun ayında MTN-nin Xəzər rayon idarəsinin şöbə rəisi vəzifəsində işləyən və əvvəllər tanıdığı Heydər İslamov onun yanına gələrək Mərdəkan qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror Mərkəzinin rəisi Cavabdeh2 və onun müavini İlqar Əliyev üçün 25 sot torpaq sahəsi almaq istədiyini deyərək ona bu işdə köməklik göstərməyini xahiş etmiş, bundan sonra o, əvvəllər tanıdığı Mərdəkan qəsəbəsində yaşayan İddiaçı məxsus torpaq sahəsinin satılması üçün vasitəçilik etmişdir. İddiaçı həmin torpaq sahəsinin bir sotunu 2.500 ABŞ dollardan satmağa dair Heydər İslamovla razılıq əldə etmişdir. Bundan bir müddət keçəndən sonra Heydər İslamov ona Əli Əsgərə vermək üçün bir neçə gün ərzində cəmi 50.000 ABŞ dolları pul vermiş və o da həmin pulları Əli Əsgərin özünə təqdim etmişdir. X8 məlumatlarında da aydın görünür ki, mübahisələndirilən torpaq sahələri reallıqda dövlət mülkiyyətində olan torpaq sahələri olmuş, və bu torpaq sahələri icarə müqavilələri əsasında vətəndaş İddiaçı yaxın qohumlarının istifadəsinə verilmişdir. Məhz yaxınlarının adına verilmiş icarə müqavilələrindən istifadə edərək vətəndaş İddiaçı bu torpaqları satmaq qərarına gəlmiş və alıcılarla torpaqların mülkiyyət hüququnu müəyyən edən çıxarışların alınıb veriləcəyinə dair vəd vermişdir. Buradan aydın olur ki, vətəndaş İddiaçı özünə də yaxşı məlum olmuşdur ki, alıcılara təklif etdiyi torpaq sahələri mülkiyyət hüququ ilə Azərbaycan dövlətinə məxsus olmuş, bu səbəbdən də həmin torpaqlar üçün yaxınlarının adına icarə müqavilələri ilə müvəqqəti istifadəyə verilmiş və bundan istifadə edən vətəndaş İddiaçı bu torpaqları “dədə-baba” torpaqları adlandıraraq mülkiyyət hüququnu əsassız və qanunsuz iddialarla özününküləşdirmiş, bununla alıcıların etibarından sui-istifadə etməklə həmin torpaqların satılmasına nail olmuş, nəticədə də külli miqdarda vəsait əldə etmişdir. Bunlardan əlavə iddiaçı öz iddia ərizəsində cinayət işindən ayrılmış cinayət işi ilə ümumiyyətlə maraqlanmamış, həmin işin taleyi onu maraqlandırmamışdır. Cavabdeh olaraq cəmi iki nəfər qoyulmuşdur. İddiaçı ümumiyyətlə Cavabdeh1 Bahadur qızının əri, mərhum X33 tanımamışdır, Əliyev İlqar arvadının adına olan torpaq sahəsinə görə pulunu nağd şəkildə ödəmişdir. Bundan əlavə, vətəndaş Ə. Əliyevin və şahid qismində dindirilmiş digər şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, 0,75 ha torpaq sahəsinin satışa çıxarılması ilə bağlı İddiaçı 75.000 manat nağd pul vəsaiti verilmişdir. Həmçinin alqı-satqı müqavilələri ilə müəyyən edilir ki, notarial qaydada aparılmış əməliyyatlar üzrə alıcılar tərəfindən ümumilikdə 50.000 manat nağd pul vəsaiti ödənilmişdir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırmalıdır. İddia ərizəsindən də aydın olur ki, iddiaçının istinad etdiyi torpaq sahələri qanunla müəyyən edilmiş qaydada mülkiyyət, sahiblik və ya istifadə hüququ əsasında ona məxsus olmamışdır. Faktiki olaraq iddiaçı subyektiv hüquqa malik olmamışdır. İddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Odur ki, yuxanda qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızından müştərək qaydada 74.030 manat pulun alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X22 qalmış miras əmlakına dair vərəsələrinin ərizəsi əsasında xx.xx.2016-cı ildə tərəflərindən vərəsəlik işi açılmış, qanunauyğun olaraq mərhumun arvadı - Cavabdeh1, xx.xx.2011-ci il təvəllüdlü həddi buluğa çatmamış oğlu - X50 və qızı - X38 müəyyən olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-84/2017 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 125-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh2 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsi hərbi kollegiyasının xx.xx.2018-ci il tarixli, 1-1(103)-07 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin Cavabdeh2 və Mehdiyev Azər Söhrab oğlu haqqındakı xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin materiallarından göründüyü kimi iddiaçı ona məxsus olan torpaq sahələrinin Cavabdeh2 və Cavabdeh1 Bahadur qızının mərhum əri X41 tərəfindən qanuna zidd şəkildə, hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə edərək hədə-qorxu ilə ələ keçirilmiş və bununla da onun hüquq və mənafelərinə əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Lakin işə baxılan zaman İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahələrinin hər hansı hüquqla ona məxsusluğu müəyyən edilməmişdir. Belə ki, iddia ərizəsində sadalanan torpaq sahələrinin Cavabdeh2 və X27 qohumlarının adına rəsmiləşdirilməmişdən əvvəl Ağababa Əliyev, X35, X20 və X21 rəsmi olaraq məxsus olduğu müəyyən edilmiş və bu faktlar işin mübahisələndirilməyən hallarına aiddir. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, həmin maddənin məzmununa görə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yalnız hüquqları pozulmuş şəxsə məxsusdur. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərər görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahələrinə dair hər-hansı hüquqa malik olması öz təsdiqini tapmamşıdır. Məhkəmə həmçinin iddiaçının Cavabdeh2 və Cavabdeh1 Bahadur qızının mərhum əri X41 barəsində başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından zərərin tələb edilməsinə dair subyektiv hüququna malik olmasına istinad etdiyi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin maddənin məzmununa görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxan məhkəmə üçün yalnız cinayət tərkibli hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələsində məcburidir. Beləliklə İddiaçı istinad etdiyi Cavabdeh2 və X27 təqsirləndirilmələrinə dair cinayət işləri çərçivəsində zərərçəkmiş şəxs qismində tanınması, mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla ona məxsus olmayan əmlaka cavabdehlər tərəfindən yiyələnməsi nəticəsində dəymiş hər-hansı zərəri tələb etmək hüququna malik olmasına əsas vermir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından iş üzrə təqdim edilmiş sübutlar araşdırılmadan, rədd olunmalıdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2814/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2814/2020
16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver