Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2815/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «müqavilənin ləğvi, depozit seyfinin açılaraq saxlanca verilməsi və icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «müqavilənin ləğvi, depozit seyfinin açılaraq saxlanca verilməsi və icarə haqqının ödənilməsi» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “X3 verilməsi haqqında” müqaviləyə əsasən Banka məxsus 30 saylı depozit seyfi Cavabdeh icarəyə verilmişdir. Lakin, Depozit seyfi üçün nəzərdə tutulmuş komisyon haqqı (icarə haqqı) müqavilə bağlandığı tarixdən bu günə qədər ödənilməmişdir. Cavabdehlə bağlanmış müqavilədə komisyon haqqının (icarə haqqının) miqdarı konkret olaraq nəzərdə tutulmasa da, onun ödənilməsi ilə bağlı bütün şərtlər göstərilmişdir. Bu səbəbdən də, Bank tərəfindən oxşar depozit seyfi üçün müəyyən edilmiş miqdarda, xx.xx.2019-cu il tarixdən hesablanmaqla bir illik icarə haqqının, yəni 360 manatın ödənilməsini qanuni hesab edirlər. Depozit seyfinin müştərinin iştirakı olmadan açılması mümkün olmadığından və Bankın buna dair hər hansı bir hüququ olmadığından, eləcə də müştərinin Depozit seyfinin açaqlarını banka təhvil verməməsi, tərəflərin müqavilə üzrə öhdəliklərinə bu günə qədər də xitam verilməməsinə səbəb olmuşdur. Cavabdeh müqavilə imzalandıqdan bu günə qədər icarə haqqını ödəmədiyindən, nəticədə müqavilə üzrə cavabdehin banka 360 manat ümumi borcu qalmışdır. Cari borcun tam şəkildə qaytarılması ilə bağlı bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq bildirişi də heç bir nəticə verməmiş, cavabdeh hal-hazırkı dövrə qədər ödənişlər həyata keçirməməklə, eyni zamanda Depozit seyfində olan əmlakını götürmədən bank qarşısında olan öhdəliklərini pozmaqda davam etmişdir ki, nəticədə banka maddi zərər vurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2013-cu il tarixli “X3 Verilməsi Haqqında” müqavilənin ləğv edilməsi, Cavabdeh bankın xeyrinə icarə haqqı üzrə 360 manat məbləğində pulun tutulması və 30 saylı Depozit seyfi açılaraq əmlak olduğu təqdirdə Bankın saxlanca verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Bank” qismində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “Müştəri” qismində Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış X3 verilməsi haqqında müqaviləsinə əsasən bank irəlidə “Seyf” adlanan 30 saylı depozit seyfini və bu seyfin açarını müqavilə imzalandığı tarixdən etibarən müvəqqəti istifadə üçün Cavabdeh verilmişdir. Həmin müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, müştəri depozit seyfinin icarəsi üzrə komisyon haqqını müqavilənin müddətinin əvvəlində banka tam həcmdə ödəyir. Müddətdən asılı olmayaraq komisyon haqqı bu müqavilənin başlandığı tarixdən qabaqcadan, tam şəkildə icarə müqaviləsində göstərilən müddətə görə ödənilir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdehla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “X3 verilməsi haqqında” müqaviləyə əsasən Banka məxsus 30 saylı depozit seyfi Cavabdeh icarəyə verilmişdir. Depozit seyfi üçün nəzərdə tutulmuş komisyon haqqı (icarə haqqı) müqavilə bağlandığı tarixdən bu günə qədər ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən icarə müqaviləsi əvəzli müqavilə olduğuna görə, habelə həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəmək ödəmək öhdəliyini daşıdığına görə Müqavilə üzrə komisyon haqqı (icarə haqqı) banka ödəməlidir. Bundan əlavə, hazırki müqavilədə komisyon haqqının (icarə haqqının) miqdarı konkret olaraq nəzərdə tutulmasa da, onun ödənilməsi ilə bağlı bütün şərtlər göstərilmişdir. Bu səbəbdən də, bank tərəfindən Cavabdeh oxşar depozit seyfi üşün müəyyən edilmiş miqdarda, yəni 360 manat məbləğində xx.xx.2019-cu il tarixdən hesablanmaqla bir illik komisyon haqqının (icarə haqqının) ödənilməsi tələb edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənlədirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisədə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 360 manat məbləğində bir illik komisyon haqqının 10 təqvim günü müddətində ödənilməsini xahiş edirlər. Əks təqdirdə, müqavilə tələblərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən bank tərəfindən müqavilə 10 təqvim günü müddətində Azərbaycan Respublikası qanunvericiliyinə uygun olaraq ləğv edilməsini göstərilmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi tərəflər arasında xx xxxxxx 2013cü il tarixli “X3 verilməsi haqqında” müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus 30 saylı depozit seyfi X2 icarəyə verilmiş, cavabdeh tərəfindən depozit seyfi üçün nəzərdə tutulmuş icarə haqqı müqavilə bağlandığı tarixdən hazırki vaxta qədər ödənilməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulduğunu iddia edərək, müqavilənin ləğv edilməsini, ziyanın əvəzini tələb edir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən banka məxsus 30 saylı depozit seyfi cavabdehə icarəyə verilmiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək, icarə haqqını tam şəkildə iddiaçıya ödəməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfdən xx.xx.2019-cu il tarixdən 360 manat icarə haqqı məbləği iddiaçıya ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icarə müqaviləsi ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə 360 manat icarə haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi tərəflər icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərlərinə öhdəliklər götürmüşlər. İddianın 30 saylı depozit seyfi açılaraq əmlak olduğu təqdirdə banka saxanca verilməsi hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və 30 saylı depozit seyfi açılaraq əmlak olduğu təqdirdə banka saxanca verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli “X3 verilməsi haqqında” müqavilə ləğv edilməli, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə icarə haqqı üzrə 360 manat məbləğində pul tutulmalı, 30 saylı depozit seyfi açılaraq əmlak olduğu təqdirdə banka saxanca verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli “X3 verilməsi haqqında” müqavilə ləğv edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə icarə haqqı üzrə 360 manat məbləğində pul tutulsun və 30 saylı depozit seyfi açılaraq əmlak olduğu təqdirdə banka saxlanca verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2815/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2815/2020
19.10.2020 · Müqavilələrin ləğv edilməsi - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver