Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2831/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi, məhkəmə sənədlərinin proses iştirakçılarına elektron kabinet vasitəsilə çatdırılması, kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3529/2021 nömrə li iş üzrə 14 mart 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında 06.11.2013-cü il tarixdə “Depozit seyfinin icarə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 30 saylı depozit seyfi əvəzsiz olaraq Cavabdeh icarəsinə və istifadəsinə verilmişdir. 2. "xxxx" ASC Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC Cavabdehla 06.11.2013-cü il tarixdə bağlanmış “Depozit seyfinin İcarəyə verilməsi haqqında” müqavilənin lə ğvini, Cavabdeh 360 manat icarə haqqının bankın xeyrinə tutulmasını və 30 saylı depozit seyfi açılaraq, əmlak olduğu təqdirdə bankın saxlancına verilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli “Depozit seyfinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə icarə haqqı üzrə 360 manat məbləğində pulun tutulması və 30 saylı depozit seyfinin açılaraq əmlak olduğu təqdirdə banka saxlanca verilməsi qət edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
5. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3529/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2815/2020 saylı iş üzrə 19 oktyabr 2020-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri rədd edilmişdir.
7. Qətnamədən iddiaçı "xxxx" ASC kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3529/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) Ba kı Apellyasiya Məhkəməsinin 2(103)-3529/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, "xxxx" ASC kassasiya şikayətini qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürdükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verməmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
10. İddiaçı "xxxx" ASC 15 iyul 2021-ci il tarixli qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəmənin 7 dekabr 2021-ci il tarixli 2(102)5 916/2021 saylı qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3529/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ç) apelyasiya instansiyası məhkəməsində ikinci icraat
12. İddiaçı "xxxx" ASC ərizə ilə müraciət edərək, müddətin bərpa edilməsi və kasassiya şikayətinin baxılması üçün AR Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Ərizə belə əsaslandırılmışdır ki, qətnamə Bakın mülki işdə etibarnamə üzrə nümayəndələri X2 və Nümayəndə2 elektron kabinetlərinə yerləşdirilməmişdir. Nümayəndə2 ümumiyyətlə elektron kabinetdə qeydiyyatdan keçməmiş, X1 qətn amənin elektron kabinetdə yerləşdirilməsi ilə bağlı hər hansı məlumat göndərilməmişdir. Lakin kassasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardadın elektron kabinetə yerləşdirilməsi ilə bağlı elektron poçtuna məlumat göndərilmişdir. Bankın müştəri portfelinin iri həcmli olması ilə əlaqədar məhkəmə işlərinin sayı və nəticə etibari ilə elektron kabinetə daxil olan məlumatlar çoxdur. Elektron kabinetə iş üzrə məhkəmə qərarının yerləşdirildiyinə dair SMS və ya elektron poçt ünvanına müvafiq bildirişin göndərilməməsi səbəbindən yuxarıda qeyd edilən qətnamənin elekron kabinetə yerləşdirildiyi diqqətdən yayınmış və qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3529/2021 nömrəli, 14 mart 2022-ci il tarixli qərardadı ilə (hakiml ər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski, R.Eyvazov) iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti verilməsi üçün müddətinin bərpa olunmasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Bankın müştəri portfelinin iri həcmli olması, məhkəmə işlərinin sayının və elektron kabinetə daxil olan məlumatların çoxluğu müddətin bərpası üçün üzürlü hal hesab edilə bilməz. Ona görə məhkəm ə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməmiş və vurğulamışdır ki, iddiaçı prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 133.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin sonuncu - 14 mart 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qətnamədən kassasiya şikayəti verilməsi üçün "xxxx" ASC tərəfindən prosessual müddətin ötürülməsini n üzrlü hesab edilərək müddətin bərpa edilməsi və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatına götürülməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə Bankın mülki işdə etibarnamə üzrə nümayəndələri Nümayəndə3 və Nümayəndə2 elektron kabinetlərində 26.04.2021-ci il tarixdə yerləşdirilməmişdir. Belə ki,Nümayəndə2 ümumiyyətlə elektron kabinetdə qeydiyyatdan keçməmiş, Nümayəndə3 isə qətnamənin elektron kabinetdə yerləşdirilməsi ilə bağlı hər hansı məlumat (SMS və ya email vasitəsilə) göndərilməmişdir. Əlavə olaraq qeyd edirik ki, MPM-nin 135.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Müddətin bərpası ilə bağlı ərizədə qeyd edilənlərdən əlavə bildiririk ki, hazırda “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə baxılan işlər üzrə Banka eyni zamanda kağız daşıyıcıda məhkəmə aktları göndərildiyindən şikayət müddəti qətnamənin Banka daxil olduğu tarixdən hesablanmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Cavabdeh etiraz təqdim edərək kassasiya şikayətinin yolverilməzliyinə görə icraata qəbul edilməməsini xahiş etmişdir.
20. Daha sonra təkrar etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin və digər sənədlərin elektron kabinetə yerləşdirilməsi zamanı müvafiq məlumatların iddiaçıya və ya onun nümayəndəsinə təqdim olunmasını elektron kabinetin istifadəçisi özü müəyyən etməlidir. Bildirişin çatdırılma üsullarını iddiaçı özü əvvəlcədən seçməlidir. Ola bilər ki, elektron kabinet istifadəçisi öz mülahizəsinə əsasən bildirişlərin ona çatdırılmasını, ümumiyyətlə istəməsin. Bu demək deyil ki, məhkəmə bildirişi, məhkəmə aktı proses iştirakçısına təqdim olunmamışdır. Baxşıyeva Günel və Nümayəndə2 Bankın rəsmi işçiləridir və onlar hazırki məhkəmə prosesləri barədə məlumatı olan şəxslərdir. Qətnamə və qərardadlar barədə onların məlumatı olmuşdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri e tmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verild iyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Kollegiya qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən as ılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Bankın müştəri portfelinin iri həcmli olması, məhkəmə işlərinin sayının və elektron kabinetə daxil olan məlumatların çoxluğu müddətin bərpası üçün üzürlü hal hesab edilə bilməz.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya icraatı zamanı da istifadə olunmuş və həmin məhkəmə irəlisürülən dəlilləri maddi və prosessual hüquq normalarının tətbiqi baxımından düzgün cavab vermişdir.
33. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaç ı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3529/2021 nömrəli, 14 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.